Gundemxeber.az » Maraqlı » Alimlər günəş işığından istifadə edərək plastik materialı qiymətli xammala çevirdilər
Adelaida Universitetinin avstraliyalı alimləri plastik qabları və digər polietilen məmulatlarını təkrar emal edərək kimya sənayesi üçün qiymətli xammala çevirmək üsulunu işləyib hazırlayıblar.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, reaksiya otaq temperaturunda baş verir.
“Biz polietilen plastik tullantılarını atom metal katalizatorlarından istifadə etməklə yüksək seçiciliklə etilen və propion turşusuna çevirdik”, - deyə layihə rəhbəri professor Şiçjan Syao bildirib.
O, qeyd edib ki, polietileni qiymətli məhsullara çevirmək üçün günəş işığından istifadə olunub. Katalizator kimi isə palladium atomları olan qeyri-toksik titan dioksidi işə yarayıb.
Parçalanma nəticəsində yaranan maddənin demək olar ki, 99%-i plastik, dərman, herbisidlər, aromatik maddələr, həlledicilər və s. istehsalında istifadə olunan propion turşusu olub.
Gundemxeber.az
26-11-2020, 14:52
6-12-2017, 12:36
6-06-2018, 12:59
23-07-2016, 21:08
17-11-2020, 21:00
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?