Gundemxeber.az » Maraqlı » Tutanxamonun “lənəti”nin səbəbi: Kəşfdə əli olanların mistik ölümlərinin sirri 100 il sonra açıldı
Təqribən yüz il əvvəl britaniyalı arxeoloqlar Tutanxamonun sarkofaqını kəşf ediblər.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, ancaq möhtəşəm elmi hadisəni “fironun lənəti” kimi tanınan mistik hadisələr izləyib. Belə ki, qəbrin açılmasında əli olan beş nəfər gözlənilmədən bir-birinin ardınca həyatla vidalaşıb.
Nəhayət, Mançester Universitetinin alimlər qrupu nə baş verdiyini öyrənə biliblər.
Elm adamları 1922-ci ildə Misir fironu Tutanxamonun məzarının tapılmasından sonra ölən beş nəfərin qalıqlarının DNT-sini təhlil ediblər və badyan bitkisinin tərkibində olan zəhərin izləri üzə çıxıb. Ehtimallara görə, tədqiqatçılar nəfəs alarkən min illər boyu qəbirdə qalan bitkinin sporlarını uda bilərdilər.
Məlumatda vurğulanıb ki, badyan ürəkbulanma, qusma, qıcolma və ölüm kimi müxtəlif simptomlara səbəb ola bilən zəhərli bir bitkidir.
Kəşf arxeoloqların qədim yerləri qazarkən üzləşdiyi təhlükələri vurğulayıb və belə şəraitdə işləyərkən təhlükəsizlik tədbirlərinə ehtiyac olduğunu aydın nümayiş edib.
Qeyd edək ki, Tutanxamonun qəbrinin açılmasında əli olanların həyatlarını itirməsi nəinki yerlilər, hətta tanınmış xadimlər tərəfindən “fironun lənəti” ilə əlaqələndirilib.
Gundemxeber.az
6-05-2014, 09:55
11-02-2019, 10:35
12-11-2015, 13:09
15-06-2016, 21:34
11-05-2019, 22:17
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?