Çox maraqlıdır ki, 2012-ci ilin yanvar ayında Parisdə prezidentliyə namizədlərin seçkiqabağı kampaniyası çıxışları məhz mason lojasında edilirdi.
16 potensial namizəddən altısı masonların önündə çıxış etməyə gəlir. Onların hamısı ölkənin ən böyük partiyalarının üzvləridir. Məhz bu namizədlərdən biri Avropanın ən güclü iqtisadiyyat ölkəsinin başında duracaq. Bəs niyə bu namizədlər öz seçicilərinin deyil, gizli təşkilat üzvlərinin önündə çıxış edirlər? Ekspertlər əmindirlər ki, gələcək prezidentlərin taleyini məhz masonlar həll edir.
İnanmaq çətin olsa da, bütün dünya mütəxəssisləri ABŞ kimi böyük dövlətin masonlar tərəfindən yaradıldığını iddia edir. Bundan başqa qeyd edilir ki, mason gizli təşkilatının üzvü ABŞ-ın ilk prezidenti Corc Vaşinqton paytaxtı elə layihələşdirib ki, bu şəhər özündə xüsusi simvolları gizləyir. Ki, gələcək nəsil şifrələnmiş məlumatı oxuya bilsin.
Bu şifrələrə tək Vaşinqtonda yox, eləcə də Parisdə, Peterburqda, Moskvada rast gəlmək olar. Məsələn, Kremlin başında olan 5 guşəli qırmızı ulduz masonlarda hikmət rəmzidir. Ulduz və ehrama tez-tez müxtəlif dövlətlərin, partiyaların bayraqlarında, böyük şirkətlərin loqolarında rast gəlmək olar.
Siyasətə qarışmadıqlarını bildirsələr də, onlar “Yeni dünya düzəni” yaratmaq istəyir. Onun prinsipləri dünyada bütün sərhədləri ləğv edərək vahid dövlət yaratmaqla insanları qula çevirməkdir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?