GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Göy madyan - Qazi Surxay Əkbəri yazır

Göy madyan - Qazi Surxay Əkbəri yazır

Tarix: 4-03-2024, 10:09 Bölmə :Maraqlı Baxış: 524

Əslində yazmamaq, yazmaqdan daha ağır gəlir mənə. Sadəcə ürəyimin gözlərimə rəhm etməməsi əndişələndirir. "Göy madyan" adı həm atın rəngini, həm də onun və zamanın hərəkət sürətini, onunla yanaşı birinci Qarabağ savaşçısının xəyal dünyası və real durumundan bəhs edəcək. Burada at, əlil olmuş döyüşçünün bütün istirablarına baxmayaraq, sona yaxın muradına yetməsi təsvirinin maraqlı finalının səbəbkarı olacaq. Sadəcə yazmamaqda acizəm.

 Göy madyan - 1-ci hissə 

--Hardadır o bədbəxt, yenə yatır! Oğlanlarımın qoçaqları ayrılıb ev oldu, mənə aciz, avarası qaldı.

Mən oyaq idim. Sadəcə düşünürdüm ki, özümü yuxuluğa vurmaqla fantom ağrısını aldada bilərəm.

Gecə saat on birə kimi dözüb, atam yatandan sonra, şiddətli fantom ağrısının məni vadar edib aldırdığı 0,5 l, arağı əl damında yavaş-yavaş içib boşaltmışdım. Əlillkdən qabaq, bəlkə də iki ayda bir dəfə 100 qramdan artıq içməzdim.

Protezləşmə mərkəzində pasient olan zamanlarda, şiddətli sinir ağrıları səhərə kimi mənə işgəncə verib yuxu şirinliyindən məhrum edərdi. Hər dəfə belə olanda, bir qrup əlilin şad-xürrəm qəhqəhələr içrə söhbətləşdiyi, nərd oynadıqlarını təəccüb edirdim.

Gecələrin birində, dözülməz ağrıların istirabını çəkərək dəhlizdə gəzərkən həmtalelərim mənə səslənib, bir siqaret uzatdılar.

-Al çək. Dərdini bilirik. Hökümət dərman verməsə də, "dərmanı" özümüz tapırıq.

-Nədir bu?

-Yaxşı maldır. Yandır ruhun və canın dincəlsin.

Onsuz da onları ağrıdan coda edən bu əməllərindən məlumatlı idim. Sadəcə evdə allaha tapşırıb gəldiyim üç uşağın talehin düşünərək, bu vərdişlərdən uzaq durmağa özümü məcbur edirdim. Və ona görə də etirazım qəti oldu. Əlillərin 

demək olar hamısı yaşda məndən kiçik idilər.

Mənim 34 yaşım var idi.

Günlərin birində, baş leytenant Fikrətin ad gününü qeyd edirdik. Mənə də araq süzdülər. Əvvəl etiraz etsəm də dizdən aşağı ayağını itirmiş Fikrət inandırdı ki, ağrıların azalmasına kömək edir. Ömrümdə ilk dəfə idi ki, 300 qrama yaxın alkaqol içki içdim. Və həmin gecəni rahat yatdım.

Qoltuq ağaclarına təpinib, atamın hüzuruna çıxdım.

- Ay oğul, günortaya qədər yatanın əlbbətdə cöngələrini apararlar. "Nizami" kolxozunun sahələrinin kövərlərinə hörüklənmiş altı mal-qaradan iki iri 160-180 kq-lıq danaları və Göy madyanı oğurlamışlar. Oğrunun insaf damarı da işə düşübmüş. Ya da işini müşkülə salmamaq qərarı veribmiş .

- Xalxın oğlanları oralarda döyüşə-döyüşə vazgenlərin mal-qarasını qənimət gətirdi. Sən isə bir ayağını da oralarda qoyub, üstümə qayıtdın. İndi də döyüş görməyənlər sənin heyvanlarını oğurlayır.

Mən bilirdim ki, atam halal adamdır. Bu qənimət, qarət məsələsini də yandığından dilə gətirir. Bizim qəsəbədə onun qədər çox saylı heyvan 

bəsləyən yox idi. Camaat onun bu yorulmazlığından söhbət açanda, qürurla deyərdi ki, Savalanın suyundan, havasındandır.

Atamdan bir az rəncidə idim; Bir il öncə İcra başçısı Maşallah bəy onunla tanış olarkən, məni xeyli təriflədikdən sonra, nəyə ehtiyacımız olduğunu soruşanda, atam da oğlunun əlil olduğu səbəbindən, ot-ələf tədarükünü kəsir olduğunu dilə gətirmişdi. Atamın bu təmənnası məni bərk narahat etmişdi. Heç vaxt olmadığı qədər, səsimi yüksəldərək, niyə yardım istədin? Cöngənin birini satıb, ot-ələf ala bilərdik axı, demişdim. Başçı kolxoz sədrlərindən birinə 100 ədəd ot presi tapşırmışdı. Sonralar Maşallah bəyin gözündən yayınmağa çalışırdım. O həm də könüllülər batalyonunun qurucusu sayılırdı. Əraziləri azad etmədə əsas rollardan birinə üstlənmişdi.

Digəlki, heç bir il də başçı qala bilmədi. 4 iyun qiyamından sonra istefa verdi.

Qoltuq ağaclarına güvənib, 1,5 km məsafə qət edərək cöngələr hörüklənmiş əraziyə gəldim.

Məni də, atamı da yandıran, Göy madyanın oğruya yalından yapışmasına rüxsət verməsi idi. Göy madyan 

ikimizdən özgə heç kəsə tabe olmazdı. Görünür quldur təcrübəli at minən imiş. Danaları altı metrlik zəncirlərlə hörükləyirdik. Heyvanların aparılma istiqamətini bilmək üçün, hörük sürüntəyi axtarsam da görə bilmədim. Görünür təcrübəli oğru, hörükləri danaların boğazına dolayıbmış ki, iz buraxmasın. Elə ilk ağlıma gələn, cənub istiqaməti oldu. Erkəc, Mənəş, Buzluq istiqaməti. Ona görə də quru çaylağa düşüb, cənub istiqamətində axtarışımı davam etdirdim. Quru çaylağın qumələyən yerində, səkkiz inək dırnağı, dörd nal izi müşahidə etdim...

 Davamı var.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Göy bikinili aktrisa hovuz başında - fotolar

    Göy bikinili aktrisa hovuz başında - fotolar ...

    1-09-2017, 16:53

  • 
  • Yer kürəsi bu tarixdə məhv olacaq: Sayılı günlər qaldı - DƏHŞƏTLİ PROQNOZ

    Yer kürəsi bu tarixdə məhv olacaq: Sayılı günlər ...

    11-10-2017, 11:48

  • 
  • "Barselona" Çempionlar Kubokunda "Real"ı məğlub etdi

    "Barselona" Çempionlar Kubokunda ...

    30-07-2017, 14:48

  • 
  • Üç günəş birdən peyda oldu - VİDEO

    Üç günəş birdən peyda oldu - VİDEO ...

    23-01-2015, 22:49

  • 
  • Taksilərin ən təhlükəli rəngi məlum olub

    Taksilərin ən təhlükəli rəngi məlum olub ...

    8-03-2017, 23:10


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu