GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Məktəbli oğlanlara lüt şəkillərini göndərən qadın: “Bədən mənim, can mənim...“ – Şok

Məktəbli oğlanlara lüt şəkillərini göndərən qadın: “Bədən mənim, can mənim...“ – Şok

Tarix: 21-05-2024, 23:47 Bölmə :Maraqlı Baxış: 420

bitmap-img6

Şəmkir rayonunda 1990-cı il təvəllüdlü Səfər qısqanclıq zəminində həyat yoldaşı Fidanı (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, o, 1999-cu il təvəllüdü Fidanın votsap mesajlaşma proqramı ilə müxtəlif kişilərlə sevgi məzmunlu qarşılıqlı yazışma və telefon danışıqlarından xəbər tutub. 1 iyul 2023-cü ildə Rusiyanın Moskva şəhərindən Şəmkir rayonunun kəndinə gəlib.
O, arvadından müxtəlif kişilərlə hansı səbəbdən yazışdığını, telefonda danışdığını soruşub və onunla mübahisə edib.

Fidan heç kimin onun şəxsi işinə qarışa bilməyəcyini deyib, boşanmaq istədiyini bildirib. Bundan hiddətlənən Səfər Fidanı öldürmək qərarına gəlib. Babasından miras qalmış ov tüfəngini götürüb və iyulun 7-də saat 6 radələrində qayınatasının yaşadığı evə gedib. O, çardağın üzərinə çıxıb və əlverişli məqam gözləyib.

Həmin gün saat 21 radələrində göyərti yığmaq üçün evin bağ sahəsinə keçən Fidanın geri qayıtmasını gözləyib. Təxminən 3-4 dəqiqə sonra qadın bağa açılan dəmir qapıdan çardağın altına gələrkən ov tüfəngi ilə onun qarın nahiyəsinə atəş açıb.

Fidanın atası Nadir atəş səsini eşidib və qızına tərəf qaçıb, qışqıraraq qonşuları köməyə çağırıb, Səfərin ikinci dəfə atəş açmasına mane olub. Səfər hadisə yerindən qaçıb.

Fidan vaxtında Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq ona göstərilən ixtisaslı tibbi yardım nəticəsində həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Səfərin barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

“Arvadımın çılpaq şəkillərini gördüm”

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Səfər ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, özünü Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə təqsirli bilib.
İfadəsində göstərib ki, Rusiyada olarkən arvadı Fidanın telefonda danışıqlarını, səsyazılarını və çılpaq şəkillərini görüb: “2023-cü ilin iyul ayında Şəmkirə qayıtdım və Fidana atası evinə getməsini dedim. Arvadım da buna görə atası evinə getdi. Onun valideynləri ilə boşanmağımız və uşaqların mənimlə qalmaları barədə danışdıq.
Bir gün sonra yenidən Fidangilə gedərək eyni məsələlər barədə danışdıq və uşaqların yanımda qalmalarına razılaşdıq. Söhbətin üstündən bir müddət keçəndən sonra Fidanın yaşadığı evin 3-4 metr hündürlükdəki çardağında gizlənərək onun yanına kimin gəlib-getdiyini dəqiqləşdirmək istədim. Hadisə günü Fidan məni görən kimi qışqırdı. Aramızda məsafə təxminən 3 metr olardı. Əlimdə olan oldu silahdan atəş açdım.

Mənim arvadımı öldürmək fikrim olsaydı,onun qolundan atəş açmazdım. Atəş açdıqdan sonra evə getmdim. Polis əməkdaşları gələrək məni şöbəyə apardılar”.

“Anam arvadımın telefonunu Rusiyaya gətirdi”

Təqsirləndirilən şəxs bildirib ki, Rusiyadan 2023-cü ilin iyul ayının əvvəlində, hadisədən üç gün qabaq qayıdıb: “Mən Rusiyada olarkən Fidan valideynlərimlə birlikdə yaşayıb. Lakin hərəkətlərindən mən xəbər tutanda atası evinə getdi.

Rusiyada olarkən bir dəfə zəng edən vaxtı Fidanın kiminləsə danışdığına şahid olmuşam və bundan şübhələnmişəm. Həmin ərəfədə anam Rusiyaya gəldiyi üçün Fidanın mobil telefonunu da özü ilə gətirməyi tapşırdım. Anam arvadımın telefonunu gətirib mənə verdi.

Telefonu açanda hər şeyi gördüm, əlavə proqram da yükləyərək danışıqlara baxdım. Telefondaki məlumatları bərpa etdirdim və geri qaytardım. Telefonda olanları gördükdən sonra Azərbaycana döndüm və boşanmaq qərarına gəldik.

Rusiyada olan zaman Fidanın valideynlərinə boşanmaq istədiyimi dedim. Şəmkirə qayıdandan sonra Fidanla söhbət etdim. O da olanları etiraf edərək “şeytana aldandığını” dedi. Arvadıma boşanmaq istədiyimi bildirəndə mənimlə razılaşdı”.

“Məqsədim qorxudmaq idi”

Səfərin sözlərinə görə, həmin ərəfələrdə Fidanla arasında mübahisə olmayıb: “Hadisə günü qayınatam Nadirin yaşadığı evin həyətində çardağın şiferinin üstünə çıxdım, kimin gəlib-gedəcəyinə baxdım. Fidan da orada idi.

Rusiyadan qayıtdıqdan sonra cəmi iki dəfə Fidangilə gedərək valideynləri ilə boşanma barədə danışmışam. Son gedişimin ertəsi günü isə onların evinin çardağın şiferinin üstünə çıxdım.

Hadisə zamanı istifadə etdiyim silah mərhum babamdan mənə yadigar qalıb. Həmin silahdan istifadə etməmişəm, atamın da silahdan xəbəri olmayıb.

Fidanın danışdığı oğlanın gələcəyini düşündüyüm üçün Nadirgilin çardağın üstünə çıxmışam. Silahı özümlə götürməkdə məqsədim Fidanın danışdığı adam gələcəyi təqdirdə silahla onu qorxudaraq arvadımın valideynlərinin qarşısına çıxarmaq idi”.

“İstəsəydim, arxadan asanca vurardım”

Səfər qeyd edib ki, hadisə günü təxminən saat 5-6-da hasar olmadığı üçün arxa həyətdən məhləyə girib və çardağın şiferinin üstünə çıxıb: “Şiferin üstündə 2-3 saatdan çox gözlədim. Fikrim gecəyə qədər gözləmək idi. Mən orada olan vaxt səhv etmirəmsə Fidanın bibisigil də gəldi.

Çardaq tərəfə boylanaraq kiminsə gəlib-gəlmədiyinə baxan zaman Fidan məni görüb qışqırdı. Mən də arvadımın qoluna atəş açdım. Fidanla aramızda 3 metr məsafə olardı. Silah təklüləli olduğuna görə içərisinə bir patron yerləşdirmişdim. Özümlə isə iki patron götürmüşdüm. İki patron götürməyimin səbəbi özümü müdafiə etmək ehtimalı ilə bağlı idi. Çünki Fidanın əmisigil də qonşuluqda yaşayır.

Əgər lazım gələrsə qorxutmaq üçün havaya atəş açmağı düşünürdüm. Əslində heç atəş açmaq məqsədim də yox idi. Sadəcə Fidan məni görəndə qışqırdığı üçün özümü itirərək atəş açdım. Birinci atəşdən sonra ikinci patronu yuvaya yerləşdirmədim.

Fidanı vurmaq istəmirdim. Nə qədər sağ tərəfə nişan alsam da, qırmalar açılıb arvadımın qoluna dəydi. Fidan yaralanandan sonra atası Nadir yanına gələrək qızını avtomobili ilə həkimə apardı. Mən də çıxdığım yerdə gizləndim. Düşündüm ki, Nadir qızını bu vəziyyətdə görərək ürəyi gedrəsə, Fidanı həkimə özüm aparım. Nadir qızını avtomobilə qoyandan sonra yuxarıdan düşərək getdim.

Atəşdən təxminən 30 saniyə sonra atası gəldiyi üçün yuxarıdan düşüb Fidana kömək edə bilmədim. Nadir də məni görmədi, çünki hündürdə gizlənmişdim. Amma qayınatam yuxarıya baxsaydı, məni görə bilərdi.

Fidan bağa gedən zaman onu arxadan vurmaq daha asan idi. Vurmaq niyyətim olsaydı, onda atəş açardım. Fidan yaralanandan sonra yıxıldığını gördüm. İkinci patronu atmağa imkanım vardı. Amma arvadımı öldürmək yox, cəzalandırmaq idi.

Mən silahı tuşlayıb atəş açmadım. 3-4 metr məsafə olduğu üçün silahı tuşlasaydım, arvadımı başından vurardım”.

“Boşanmağı məsləhət gördülər”

Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaqa verdiyi ifadəsi elan edilib. Həmin ifadədən məlum olur ki, Səfər arvadını öldürməyə cəhd etməsi ittihamı üzrə özünü tam təqsirli bilib. Onun ifadəsinə görə, 1 iyul 2023-cü ildə bilet alaraq Rusiyada Şəmkir rayonuna gəlib:

“İyulun 2-də Fidanın atası evinə getdim. Məni qayınatam Nadir və qaynanam Sevil qarşıladı. Fidan isə qarşıma çıxmadı. Onlardan Fidanın niyə əxlaqsızlıq etdiyini soruşdum. Fidanın pis də olsa, yaxşı da olsa qızları olduğunu söylədilər, əgər qəbul etmirəmsə, boşanmağımı məsləhət gördülər. Onlara qızlarına düzgün tərbiyə verə bilmədiklərini dedim, övladlarımla görüşərək getdim”.

“Bədən mənim, can mənim, nə istəyirəmsə, edərəm”

Təqsirləndirilən şəxs qeyd edib ki, iyulun 4-də yenə Fidanın ata evinə gedib: “Fidandan kişilərlə münasibət qurub danışmağının səbəbini və həmin şəxslərin kim olduğunu soruşdum. O, məndən boşanacağını və işlərinə qarışmaq ixtiyarımın olmadığını dedi. “Bədən mənim, can mənim, nə istəyirəmsə, edərəm”- söylədi, məni daha da qıcıqlandırdı. Əsəblərimə hakim olaraq övladlarımla görüşərək getdim.

Evdə çox fikirləşdim və Fidandan qisas almaq qərarına gəldim. Bunun üçün iyulun 7-də saat 6 radələrində yaşadığım evin həyətindəki əl damında saxladığım rəhmətlik babamdan yadigar qalmış ov tüfəngini və 2 ədəd patronu götürərək Fidanın atası evinin qarşısında olan çardağın dam örtüyünün üzərinə çıxdım. Fidanı gördükdə onu vurmaq qərarına gəldim.

Çardağın şiferinin üstündə oturaraq xeyli siqaret çəkdim. Fidanın tək qalmasını gözlədim. Saat 20.00-dək orada dayandım. Qayınatam Nadir işdən evə gəldi və bağdan nəyisə istəyərək Fidanı bağa göndərdi. Nadirin köməkçi tikilidə oynayan nəvələrinin yanına getdiyini və bununla da Fidanın tək qaldığını gördüm.

Təxminən 3-4 dəqiqə sonra Fidan bağa açılan dəmir qapıdan çardağın altına daxil olarkən atəş açmaq üçün ayağa qalxdım. Tüfəngi ona tərəf tuşladım. Fidan məni görərək qışqırdı, mən də bir dəfə onun qarın nahiyəsinə atəş açdım.

Qayınatam Nadir köməkçi tikilidən çıxaraq Fidanın yanına qaçdı. Nadiri görəndə dərhal oradan uzaqlaşdım. Nadir bağ tərəfdən atəş açıldığını düşündü və ora boylandı. Lakin Fidan əli ilə çardağın üstünü göstərdi. Qayınatam çardağın damına baxsa da məni görmədi. Mən də çardağın üstündən qaçaraq qonşunun hasarının üzərində dayandım və baş verənləri izlədim. Səs-küyə Fidanın əmisi arvadı gəldi. Təxminən 10-15 dəqiqə sonra Fidanı xəstəxanaya apardılar.

hasarın üzərindən hoppanaraq yaşadığım evə getdim. Atama və anama hadisəni danışdım. Yemək yeyərək könüllü təslim olmaq üçün Şəmkir Rayon Polis Şöbəsinə getmək qərarına gəldim. Təxminən 15 dəqiqə sonra Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları gələrək məni polis şöbəsinə apardılar.
Arvadımı namusuma ləkə saldığı üçün qisas almaq məqsədi ilə tüfənglə vurmaq qərarına gəlmişəm”.

“Qışqırmadım, donub qaldım”

İş üzrə zərərçəkmiş Fidanın sözlərinə görə, dırnaq düzəldilməsi isə məşğul olduğu üçün hadisə günü rəfiqəsi onlara gəlib və saat 11-dən saat 16.30-dək onlarda olub:
“Həmin gün günorta bibim və əmimin arvadı da mənimlə Səfər arasında olan boşanma söhbətini danışmaq üçün bizə gəldilər. Gün ərzində Səfərin çardağın şiferində gizlənməsini bilməmişəm. Səhər tezdən axşamadək evdə olmuşam. Anam isə bağ tərəfdə moruq toplayırdı.

Axşamüstü atam Nadir işdən gəldi. Həmin vaxt uşaqlarım da evdə idi. Mən anama kömək etmək üçün bağa keçdim. Təxminən 30 dəqiqə sonra həyətə qayıtdım. Anam küçənin başına su gətirməyə getdi. Mən də evə girib uşaqlarıma yemək verərək çölə çıxdım. Bağ tərəfə keçdim və bir neçə dəqiqə sonra işimi qurtardım. Geri qayıdanda Səfərin çardağın uc tərəfində tüfəngi mənə tuşlayaraq durduğunu gördüm. Lakin qışqırmadım, donaraq qaldım.

Səfər mənə doğru nişan aldı, 2-3 saniyə sonra atəş açdı. Güllə sağ qoluma dəydi, qırmaları isə bədənimə doldu. Atəş açandan sonra qışqıraraq evin küncünə girdim, artıq Səfəri görmədim.

Atam qaça-qaça gələrək üzərimə uzandı ki, birdən ikinci güllə də atılar, lakin atam güllənin hansı istiqamətindən atıldığını bilmədi. Məni avtomobilə mindirərək xəstəxanaya apardılar”.

“Gəlib uşaqlarla oynayırdı, anam dedi ki...”

Fidan qeyd edib ki, Səfərlə sonuncu dəfə 2023-cü ilin iyunun 22-də danışıb: “İyulun 1-də Səfər Moskvadan qayıtdı. Həmin gün valideynlərimlə söhbət etdi.

Atam Səfərə mədəni qaydada boşanmalı olduğumuzu, uşaqları istəyirsə götürə biləcəyini dedi. Səfər uşaqlarla oynayaraq getdi. Ayın 3-də yenidən yaşadığım evə gəldi. Onda atam evdə deyildi. Yenə uşaqlarla oynadı və anama mənimlə təklikdə görüşmək istədiyini dedi. Anamsa bizi tək qoymayacağını bildirdi. Bir az Səfərlə anamın yanında dayanaraq ərimin deməyə sözü olmadığını gördüm və otaqdan çıxdım.

Anam da Səfərdən tez-tez bura gəlməməsini istədi, boşanacağımızı, uşaqları istəsə götürə biləcəyini söylədi. İyulun 5-də Səfər yenə bizə gəldi, uşaqlarla oynadı. Həmin gün danışığımız olmadı. Məlum hadisədən əvvəl Səfər mənə hədə-qorxu gəlmədi”.

“Mən sadəcə yazışmışam”

Fidanın sözlərinə görə, hadisə günü də Səfəri görməyib: “Ola bilsin ki, Səfər məni görüb. Çünki dəfələrlə bağa gedib-gəlmişəm. Hadisədən az əvvəl bağdan həyətə keçdikdə qapını örtdüm. Qapının həyət tərəfdəki dəstəyi qırılmışdı. Əgər qapının dəstəyi qırıq olmasaydı, küncə sıxılmaq əvəzinə, bəlkə bağ tərəfə keçə bilərdim.

Qapını örtüb başımı qaldıranda təsadüfən Səfərin məni tüfənglə nişan aldığını və silahı mənə tuşladığını gördüm. Atəşdən sonra ağrı hiss etdiyim üçün qışqırdım. Silahdan çıxan qırmaların 52-53 ədədi qoluma, 30-dan çoxu isə bədənimə dəydi.

Mən başqa şəxslərlə sadəcə yazışmışam, aramızda başqa heç nə olmayıb”.

“Məndən xoşu gəldiyini yazdı”

İstintaq zamanı Fidanın telefonda yazışdığı oğlan müəyyən edilib. Məlum olub ki, həmin şəxs 11-ci sinifi bitirmək üzrə olan Sərxan adlı şəxsdir.

Sərxan ifadəsində göstərib ki, 14 iyun 2023-cü ildə Şəmkir rayonunun kəndində sinif yoldaşının evində kollektiv olaraq son zəng tədbirinə toplaşıblar: “Bir-iki gün sonra votsapda mənə mesaj gəldi, “salam” yazılmışdı. Mən də “salam” yazaraq kim olduğunu soruşdum.

Fidan olduğunu, məni tədbirdə görərək xoşu gəldiyini yazdı. Daha sonra Fidanla votsapda danışanda məndən xoşu gəldiyini dedi, mənə öz şəkillərini göndərdi. İyunun 18-dən isə nə mən Fidana, nə də Fidan mənə yazdı. Çünki Fidanın evli olduğunu bilərək əlaqəni kəsdim”.

Sərxan qeyd edib ki, birinci dəfə yazışanda Fidan ona evli olduğunu deməyib: “Bu barədə daha sonra söylədi və ərinin işləmək üçün Moskva şəhərinə getdiyini bildirdi. Fidan mənə görüşmək barədə də təklif etdi.

Fidanın mobil nömrəmi haradan əldə etməsini bilməmişəm. Aramızda yalnız yazışma olub. Son vaxtlar mənimlə soyuq danışdığı üçün başqa şəxslərlə münasibətdə olduğunu düşünmüşəm”.

“Çılpaq şəkillərini atdığını dedi”

Fidanın digər münasibətdə olduğu Pərvizin sözlərinə görə, Fidanı Sərxan vasitəsilə tanıyıb: “İyunun 18-də Sərxanla görüşdüm. O, Fidan adında bir qızla danışdığını, hətta qızın ona çılpaq şəkillərini atdığını dedi. Ondan harada tanış olduğunu soruşdum. Sərxan iyunun 14-də son zəng şənliyində tanış olduğunu dedi. Mənə Fidanın atdığı çılpaq şəkilləri də göstərdi. Şəkillərə baxarkən nömrəni əzbərlədim. Axşam Fidana zəng etdim və onunla tanış oldum.

Mən xeyli müddət Fidanla telefonda danışdım. O, Sərxanla mübahisə edərək əlaqəni kəsdiyini dedi. Fidanın evli və iki övladı olduğunu bilməmişəm. Sonuncu dəfə iyunun 21-də danışmışıq. Həmin gün Fidanın əri Səfər mənə zəng etmişdi. Ona Fidanın evli olduğunu bilmədiyimi dedim. Fidanın ailəli olduğunu bildikdən sonra onunla əlaqəni kəsmişəm”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Səfər 9 il 6 ay azadlıqdan məhrum edilibş. Onun cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


Gundemxeber.az




  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sabirabad sakini qayınatasının evində arvadına dəhşət yaşatdı – Şok təfərrüat

    Sabirabad sakini qayınatasının evində arvadına ...

    23-05-2019, 15:46

  • 
  • Azərbaycanda DƏHŞƏTLİ OLAY - Ərdə olan bacısını başqa kişilərlə tutdu, sonra...

    Azərbaycanda DƏHŞƏTLİ OLAY - Ərdə olan bacısını ...

    18-12-2019, 14:40

  • 
  • İntihara cəhd - ŞOK HADİSƏ

    İntihara cəhd - ŞOK HADİSƏ ...

    24-11-2015, 12:42

  • 
  • Azərbaycanda 7 nəfərin öldürüldüyü ŞOK olayın TƏFƏRRÜATLARI

    Azərbaycanda 7 nəfərin öldürüldüyü ŞOK olayın ...

    1-10-2014, 10:54

  • 
  • Bərdədə polis arvadını niyə qətlə yetirdi – Təfərrüat

    Bərdədə polis arvadını niyə qətlə yetirdi – ...

    27-12-2017, 12:47


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (38)
Avqust 2025 (569)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu