GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Kombiniz işləmirsə, bunu mütləq yoxlayın

Kombiniz işləmirsə, bunu mütləq yoxlayın

Tarix: 12-11-2024, 13:22 Bölmə :Maraqlı Baxış: 167


Ustanın fikrincə, kombi tez-tez xarab olursa, hər dəfə usta çağırmaq əvəzinə, dəyişmək daha münasibdir: "Hər detalın istifadə müddəti var. Artıq xarab olduqda dəyişilməlidir. Konkret "kombi bu qiymətə təmir olunur" demək çətindir. Təmir xərci 30-40 manat da ola bilər, 200-300 manat da. Bu, daha çox hansı detalın sıradan çıxmasından asılıdır. Kombi 10 il heç bir problemsiz işləyə bilər. Amma tez-tez xarab olmağa başladısa, köhnəlmiş hesab olunur. O halda yenisini almaq daha məsləhətlidir. Bəzən yeni kombi alanda 40-50 litr antifriz tökürlər. Bu zaman kombinin ömrü daha da uzanır. Çünki paslanma vermir. Amma yalnız yeni sistem olmalıdır".

"Elə adamlar var ki, kombisini 10 ildir yumur"

K.Əliyev bildirdi ki, kombini ildə bir dəfə yumaq lazımdır: "Çünki suyun ərpindən asılı olaraq daşlaşa bilər. Qışda yumaq o qədər də əlverişli deyil. Kombi bütün qışı işlədikdən sonra onu aparat vasitəsilə və dərmanla yumalıyıq. Təzyiqini də vurduqdan sonra gələn qış mövsümü üçün hazır vəziyyətə gətiririk. Amma bizdə kombilər ildə bir dəfə yuyulmur. Ən tez üç ildə bir dəfə yuduzdururlar. Sonra tutulmalar baş verir, radiatorda dövriyyə kəsilir. İçindəki dövriyyə nasosu tutulur, su qatılaşır, çirklənir. Hətta elə adamlar var ki, kombisini 10 ildir yumur və hazırda aparat işləmir. İşləməsi üçün ona xidmət olunmalıdır. Kombinin yuyulma prosesini aparat olmadan insanlar özü edə bilməz. Yalnız kombinin içindəki suyu boşaldaraq yeni su doldura bilərlər. Yuyulma sistemi ən çox radiatorlar üçün vacibdir. Onların içində maksimum üç litr su var. Çünki su ötürücülər çox nazikdir. Uzun müddət yuyulmadıqda onlar tutulurlar. Beləliklə, radiator normal qızdıra bilmir".

Kombi ağıllı cihazdır

Müsahibimiz kombinin saxlanma şəraitindən də danışdı: "Kombini balkonda şkafda saxlamaq lazımdır. Çünki bu cihazlar çöldəki tozdan da xarab ola bilir. Kombi söndükdə, əgər hava şaxtalı olarsa, içində su donur, belə olan halda bəzi detallar partlayır. Bu səbəbdən qapalı yerdə olması daha yaxşıdır. Kombinin yeri quru olmalı, nəm çəkməməli, ora yağış düşməməlidir".

Mütəxəssisin fikrincə, kombidə təhlükə azdır: "Çünki ağıllı cihazdır. Hər hansı bir problem baş verdikdə özü avtomatik olaraq sönür. Boruları da çöldə yerləşdiyi üçün təhlükəsizdir. Kombidə hava çatışmazlığı, zəhərli qaz olsa, avtomatik özünü bloklayır. Kombi heç vaxt qaz buraxmır. Sızıntı olsa dərhal sönür".

Tez-tez söndürmək olmaz

K.Əliyevin sözlərinə görə, bəzən insanlar kombini hər gün söndürüb yandırırlar. Amma bu, düzgün deyil. Kombini tez-tez söndürmək olmaz: "Sadəcə, evdə olmadıqda dərəcəsini azaltmaq olar. İnsanlar elə bilir ki, bununla qənaət etmiş olurlar. Amma əslində soyuyan evin yenidən qızması daha böyük enerji tələb edir. Çalışsınlar, evin temperaturunu hər zaman qoruyub saxlasınlar. Ən doğru variant kombinin qış boyu davamlı yanmasıdır. Kombini qoşduqda yalnız təzyiqinə baxmaq lazımdır. Təzyiq 1,5-2 arasında olmalıdır. Əgər təzyiq aşağı düşərsə, cihaz avtomatik özünü söndürür".

"Suyu ilıq etmək istəyirik, amma soyuyur"

Usta vətəndaşların kombi ilə bağlı ən çox şikayət etdiyi mövzuya da aydınlıq gətirdi: "Yay rejimində kombini söndürürlər. İşlətmədikdə radiatoru bağlamaq olar. Dövriyyəni kəsməyin kombi üçün heç bir mənfi tərəfi yoxdur. Yalnız isti və soyuq su üçün istifadə edirsən. Bəzən insanlar yay rejimində suyun tez-tez soyumasından şikayət edirlər. Amma onun işləmə mexanizmini bilmirlər. Su qaynar gəldikdə soyuq suya doğru çevirirlər. Lakin belə olduqda təzyiq azalır və kombinin içərisində qaynama prosesi baş verir. Qaynama olduqda kombi avtomatik sönür və su soyuyur. Bu hal baş verməməsi üçün temperaturu kombi üzərindən nizamlamaq lazımdır. Suqızdırıcı cihazlardakı kimi tənzimləmək olmaz. Krant yalnız bir istiqamətdə işləməlidir"./"Kaspi" qəzeti/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda yaşayış binasında yanğın

    Bakıda yaşayış binasında yanğın ...

    29-01-2020, 11:07

  • 
  • Röya: "Başım xarab olub"

    Röya: "Başım xarab olub" ...

    3-12-2014, 11:32

  • 
  • Dəriyə qulluq zamanı yayılmış 7 SƏHV

    Dəriyə qulluq zamanı yayılmış 7 SƏHV ...

    18-05-2017, 00:45

  • 
  • Baş pediatrdan valideynlərə XƏBƏRDARLIQ

    Baş pediatrdan valideynlərə XƏBƏRDARLIQ ...

    2-08-2016, 13:00

  • 
  • Avtomobilimizdə yanacağa necə qənaət edək? - ARAŞDIRMA

    Avtomobilimizdə yanacağa necə qənaət edək? - ...

    18-09-2019, 15:10


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu