GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Çay içməyin xəstəliklərə qarşı faydaları ortaya çıxıb

Çay içməyin xəstəliklərə qarşı faydaları ortaya çıxıb

Tarix: 7-02-2025, 23:08 Bölmə :Maraqlı Baxış: 413

Çay içməyin xəstəliklərə qarşı faydaları ortaya çıxıb
Çay qlobal miqyasda geniş istehlak edilən içkilərdən biri olmaqla yanaşı, sağlamlığa bir sıra potensial müsbət təsirləri ilə də diqqət çəkir. Son elmi araşdırmalar çayın ürək-damar sağlamlığı, metabolik proseslər və psixoloji rifah üzərində faydalı təsir göstərə biləcəyini ortaya qoyub.“The İndependent” nəşri xəbər verir ki, 2022-ci ildə aparılan genişmiqyaslı bir tədqiqatın nəticələrinə əsasən, gündə iki və ya daha çox stəkan çay içən insanların ümumi ölüm riskinin 9-13 faiz azaldığı müəyyən edilib. Bununla belə, Britaniya Ürək Vəqfi bu nəticənin səbəb-nəticə əlaqəsini tam təsdiqləmədiyini bildirir. Bununla belə, bir çox mütəxəssis çayın tərkibindəki antioksidant və digər bioaktiv komponentlərin sağlamlığa töhfə verdiyini vurğulayır. Qara çayın tərkibindəki antioksidantlar, xüsusilə flavonoidlər, ürək-damar xəstəlikləri, bəzi xərçəng növləri və 2-ci tip şəkərli diabet riskini azaltmağa kömək edə bilər. 2017-ci ildə aparılan bir araşdırmaya görə, müntəzəm çay istehlakı ürək xəstəliyi riskini 8 faiz, infarkt riskini isə 10 faiz azalda bilər. Bundan əlavə, qara çayın qan təzyiqi və xolesterin səviyyəsini tənzimləməyə müsbət təsir etdiyi göstərilib. Eyni zamanda, yaşıl çayın iltihabi proseslərə qarşı təsirli olduğu və xərçəng riskini azaltmağa kömək etdiyi bildirilir. Avstraliyanın Nyukasl Universitetinin qidalanma üzrə mütəxəssisi Quan Vuongun araşdırmalarına görə, yaşıl çayın tərkibindəki katexin adlı antioksidant maddələr yüksək səviyyədə qorunur. Qara çay emal proseslərindən keçməsinə baxmayaraq, antioksidant xüsusiyyətlərini qismən saxlayır.Tədqiqatlar göstərir ki, çayın tərkibindəki polifenollar bağırsaq mikroflorasına müsbət təsir göstərə bilər. Bu maddələr faydalı bakteriyaların artmasına şərait yaradır, eyni zamanda, zərərli bakteriyaların çoxalmasının qarşısını alır. 2017-ci ildə aparılmış bir tədqiqat həm yaşıl, həm də qara çayın arıqlama prosesinə kömək etdiyini və bağırsaq sağlamlığını dəstəklədiyini ortaya qoyub. Bədənin ümumi sağlamlığını qorumaq üçün kifayət qədər maye qəbul etmək vacibdir. Su əsas nəmləndirici mənbə hesab olunsa da, mütəxəssislər çayın da bədən üçün lazımi nəmləndirməni təmin edə biləcəyini bildirirlər.Dietoloq Caroline Thomasonun sözlərinə görə, çayın tərkibindəki kofein sidikqovucu təsir göstərə bilsə də bu, bədəni susuzlaşdırmır. Nyukasl Universitetindən Emma Beckett isə vurğulayır ki, orqanizmdə suyun balanslı dövranı toksinlərin xaric olunmasına və elektrolit səviyyəsinin qorunmasına kömək edir. Çayın diqqəti artırdığı və psixoloji rifaha töhfə verdiyi də müxtəlif araşdırmalarla sübut olunub. Qara və yaşıl çayın tərkibindəki L-theanine amin turşusu və kofein sinergetik təsir göstərərək diqqəti artırır və beyin funksiyalarını gücləndirir. Qəhvədən fərqli olaraq, çayda olan kofein daha yavaş sorularaq daha uzun müddət davam edən enerji təmin edir. Bundan əlavə, 2018-ci ildə aparılan bir tədqiqat qara çayın aromasının idrak tapşırıqları zamanı stressi azaltdığını göstərib. Çobanyastığı çayının sakitləşdirici təsiri, nanə çayının isə təravətləndirici və diqqət artırıcı xüsusiyyətlərə malik olduğu bildirilib.Elmi araşdırmalar çayın ürək-damar sağlamlığını dəstəkləyə, bağırsaq mikroflorasını tarazlaya, nəmləndirməyə kömək edə və psixoloji rifaha müsbət təsir göstərə biləcəyini ortaya qoyur. Ümumilikdə, sağlam qidalanma, müntəzəm fiziki aktivlik və keyfiyyətli yuxu kimi faktorlar uzun ömür üçün həlledici rol oynayır (AZƏRTAC).

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bu meyvə xərçəngə yaxalanmaq riskini azaldır

    Bu meyvə xərçəngə yaxalanmaq riskini azaldır ...

    28-09-2015, 19:48

  • 
  • Azərbaycanda ən çox ölüm gətirən xəstəliklər - Dünya üzrə ilk “5-lik”dəyik

    Azərbaycanda ən çox ölüm gətirən xəstəliklər - ...

    19-11-2013, 00:32

  • 
  • Bu ikili immuniteti gücləndirir

    Bu ikili immuniteti gücləndirir ...

    26-12-2024, 18:03

  • 
  • Yeni doğulmuş 85 uşaqda ürək-damar çatışmazlığı aşkarlanıb — RƏSMİ

    Yeni doğulmuş 85 uşaqda ürək-damar çatışmazlığı ...

    8-07-2017, 13:20

  • 
  • Oruc tutanlar imsaqda çay içməsinlər – XƏBƏRDARLIQ

    Oruc tutanlar imsaqda çay içməsinlər – XƏBƏRDARLIQ ...

    9-07-2014, 01:36


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu