Gundemxeber.az » Maraqlı » Məşhur çipslərdə DƏHŞƏTLİ maddə aşkarlandı - XƏRÇƏNG YARADIR
Belçika Qida Təhlükəsizliyi Agentliyi (FAVV) "Carrefour Sensation" brendinə aid "Paprika" dadlı çipslərin tərkibində insan sağlamlığı üçün təhlükəli sayılan yüksək miqdarda akrilamid maddəsinin müəyyən edildiyini açıqlayıb.
GUNDEMXEBER.AZ xarici mediaya istinadən xəbər verir ki, bu səbəbdən məhsulun satışdan dərhal geri çəkilməsinə qərar verilib.
FAVV və Carrefour rəhbərliyi əhaliyə xəbərdarlıq edərək bu çipsləri istehlak etməməyi və onları ən yaxın Carrefour mağazalarına təhlükəsiz şəkildə qaytarmağı tövsiyə edib. Qərara əsasən, məhsul təkcə Belçikada deyil, onun satıldığı digər ölkələrdə, o cümlədən Türkiyədə də toplatdırılacaq.
Xatırladaq ki, akrilamid maddəsi əsasən nişastalı məhsulların yüksək temperaturda bişirilməsi zamanı əmələ gəlir. Avropa Qida Təhlükəsizliyi Təşkilatının (EFSA) məlumatına görə, bu kimyəvi maddə orqanizmdə qlisidamidlə birləşərək DNT-yə zərər verə, xərçəng riskini artıraraq sinir sisteminə mənfi təsir göstərə bilər.
GUNDEMXEBER.AZ
8-08-2018, 14:13
12-01-2014, 03:03
6-12-2018, 12:25
12-04-2018, 16:17
10-11-2016, 14:53
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?