Gundemxeber.az » Maraqlı » Qohum evliliyinə qoyulan qadağadan sonra nikahların sayı 2 dəfə azalıb - CƏDVƏL
Məlum olduğu kimi, bu ilin iyul ayının 1-dən etibarən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyi qadağan edilib.
Yeniavaz.comxəbər verir ki, qadağanın qüvvəyə minməsindən sonra Azərbaycanda nikahların sayı azalıb.
Qeyd edək ki, iyul ayında ölkədə 2 694 nikah bağlanıb. Bu, əvvəlki – iyun ayı ilə müqayisədə təxminən 2 dəfə azdır. Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə də nikahların sayı yüksək olub. Belə ki, 2024-cü ilin iyul ayında ölkədə 4 587 nikah bağlanıb.
Bu ilin ilk 7 ayında Azərbaycanda nikahların sayı aylar üzrə aşağıdakı kimi olub:
Yanvar – 4 717 nikah
Fevral – 3 024 nikah
Mart – 3 465 nikah
Aprel – 3 747 nikah
May – 4 830 nikah
İyun – 5 032 nikah
İyul – 2 694 nikah
Gundemxeber.az
17-01-2025, 14:36
23-03-2016, 11:51
1-02-2019, 10:27
15-08-2017, 13:37
7-08-2024, 23:41
Sorğu
Yeni dizaynımız necədir?