Kəskin respirator virus infeksiyaları və qrip zamanı spirtli içkilərin qəbulu xəstəliyin gedişatını əhəmiyyətli dərəcədə pisləşdirir.
Bu barədə rusiyalı psixiatr və narkoloq Ruslan İsayev RT-yə müsahibəsində xəbərdarlıq edib.
Həkimin sözlərinə görə, spirt bir neçə səbəbdən təhlükəlidir: "Birincisi, alkoqol immun sistemini zəiflədir, virus və bakteriyalara qarşı müqaviməti azaldır. Bu isə bədənin bərpasını ləngidir və ağırlaşma riskini artırır. Bundan əlavə, spirt orqanizmdən suyu, eləcə də toxumaların bərpası və immunitet üçün vacib vitamin və mineralları çıxarır. İkincisi, dərman qəbulu zamanı alkoqolun istifadəsi xüsusilə təhlükəlidir. Araşdırmalar məhdud olsa da, mövcud məlumatlar göstərir ki, alkoqol antibiotiklərlə uyğun gəlmir. O, antibiotiklərin effektivliyini azalda, zülallara bağlanmasına mane ola, toksinlərin xaric edilməsini zəiflədə, toksik reaksiyalar və allergiya riskini artıra bilər. Üstəlik, qaraciyərə əlavə yük salır".
Mütəxəssis əlavə edib ki, antibiotik və ya virus əleyhinə dərmanlar təyin edildikdə alkoqolun istifadəsi əks göstərişdir, çünki sağalma prosesinə mane olur. Mütəxəssis əlavə edib ki, əgər insan müalicə müddətində (7-10 gün) belə spirtli içkilərdən imtina edə bilmirsə, bu, alkoqol asılılığının göstəricisidir.
Sorğu
Yeni dizaynımız necədir?