GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » MTN-in sabiq əməkdaşı: “Burada Şeyxin və müəyyən günahı var”

MTN-in sabiq əməkdaşı: “Burada Şeyxin və müəyyən günahı var”

Tarix: 29-01-2014, 13:37 Bölmə :Müsahibə Baxış: 908
MTN-in sabiq əməkdaşı: “Burada Şeyxin və müəyyən günahı var”
“Qafqaz Müsəlmanları İdarəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin maarifləndirmə işi yaxşı olsaydı, bu cür şərait yaranmazdı”

Son günlər gündəmin əsas mövzularından biri Suriyada gedən döyüşlərdə dünyasını dəyişən Azərbaycan vətəndaşları ilə bağlıdır. Dünən sosial şəbəkələrdə Azərbaycanda bir zamanlar çox ciddi terror təhlükəsi yaratmış iki radikal dini təşkilatın nümayəndələrinin ayrı-ayrılıqda verdikləri bəyanat da maraq doğurur. “Meşə Qardaşları” və “Ceyşullah” hakimiyyətə qarşı hərbi əməliyyatlara start verdiklərini bəyan ediblər. Məlumatlarda sözügedən təşkilatların tezliklə Azərbaycanda cihad elan edəcəkləri bildirilib.

“Azadlıq” bu və digər məqamlara aydınlıq gətirmək üçün MTN-in sabiq əməkdaşı, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılın mövqeyini öyrənib.

Virtualaz.org bildirir ki, ekspert əvvəlcə hər iki təşkilatın sosial şəbəkələrdə yayılan bəyanatının diqqətə alınmalı olduğunu vurğulayıb:

- Azərbaycanda təsir gücü az olsa da, harasa partlayıcının qoyulmasıyla bağlı adi bir telefon zəngində təhlükə varsa və o ciddi araşdırılırsa, bu məsələ də araşdırılmalıdır. Əgər bu məsələlər də nəzarətsiz buraxılsa, ciddi problemlər yarana bilər. Amma hər iki təşkilatın Azərbaycanda terror törətmək imkanları çox aşağı səviyyədədir.

- Suriyaya hərbi əməliyyatlarda iştirak edən vətəndaşlarımızın Azərbaycandan bu ölkəyə yollanmasında bir təşkilati iş varmı? Bu proseslərin arxasında hansı qüvvələr durur?

- Suriyaya hərbi əməliyyatlarda iştirak etməyə gedənlərin 90 faizi ölkədən təşkilatlanmış formada çıxarılır. Tək-tək insanlar ola bilər ki, konkret təşkilatın xətti ilə deyil, amma həmin qüvvələrin idealoji diversiyasına uğrayaraq Suriyaya gedirlər. Bu proses şəbəkələşmiş formada aparılır. Konkret olaraq bunun hansı şəbəkə vasitəsilə həyata keçirildiyi məlum deyil. Amma aydın məsələdir ki, baş verənlərin arxasında dindar kəsim durur. Onu da nəzərə almaq lazımdır ki, bu şəbəkəyə maliyyə ayrılmasa, onlar fəaliyyətlərini qura bilməzlər. Eyni zamanda bu prosesin bütün dünyada getdiyini də vurğulamaq lazımdır. Baş verənlər böyük bir şəbəkənin fəaliyyətinin məhsuludur. Əgər bu işlər şəbəkələşdirilməsəydi, maliyyə ayrılmasaydı, prosesləri bu səviyyədə idarə etmək mümkün olmazdı.

- Qafqaz Müsəlmanları Idarəsinin rəhbəri Şeyxülislam Allahşükür Paşazadə maraqlı açıqlama ilə çıxış edib. O bildirib ki, hazırda elə məmurlar var ki, dövlət işində oturub və dövlətdən maaş alır. Amma onların övladları başqa məzhəblərə qoşularaq, düz yoldan çıxırlar. Bu açıqlamanı necə qiymətləndirmək olar? Bu Suriyaya gedən vətəndaşlarımızla bağlı məsələdə konkret məmurun əlinin olmasına işarə ola bilərmi?

- Bu açıqlamada konkret hansı məmurların nəzərdə tutulduğunu bilmirəm. Amma belə məlumatlar var ki, bir sıra məmurların, imkanlı şəxslərin övladları Azərbaycanda yeni yaranan xələfi, vəhhabi kimi təriqətlərə meyilli olan şəxslər var. Amma bu məsələdə Şeyx gərək birinci özünü günahlandıraydı. Çünki Qafqaz Müsəlmanları İdarəsi maariflənmə işində zəiflik göstərib ki, insanlar radikal dini qruplara, təriqətlərə üz tutublar. Burada Şeyxin də müəyyən günahı var. Əgər onun söylədiklərində bir həqiqət varsa, həmin tənqidlərin hədəflərindən biri də o, özüdür. Amma o da ola bilsin ki, Şeyxdə baş verənlərlə bağlı konkret informasiyalar var, lakin onları açıqlaya bilmir. İnsanlar dini inanclarına görə azaddırlar. Amma Qafqaz Müsəlmanları İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin maarifləndirmə işi yaxşı olsaydı, o zaman bu cür şərait yaranmazdı.

- İçəri şəhər Cümə məscidinin axundu Qafqaz Müsəlmanları İdarəsinin təşkil etdiyi tədbirdə çıxışında bildirib ki, İçərişəhərdə fəaliyyət göstərən başqa bir məscidin bağlanmasını təklif edib. Əsas kimi o göstərilib ki, həmin məscidə gələnlərin əksəriyyəti bir müddət sonra Suriyaya vuruşmağa yolanırlar?

- Bu çıxışda artıq konkret olaraq ünvanlar göstərilir. Bu məscidə gələnlər kiminsə başına yığışırlar. Bu prosesdə bir həlqə kimi göstərilirsə, hüquq-mühafizə orqanları bununla məşğul olmalıdırlar. Hətta bu bəyanatlar olmasa belə, hüquq-mühafizə orqanları, konkret olaraq xüsusi xidmət orqanlarının Azərbaycanın mənafeyinə xələl gələ biləcək məsələdə qabaqcadan informasiyaları olmalıdır. Amma bu prosesdə zəif bir nöqtə mövcuddur. O da insanların hansı məqsədlə ölkəni tərk etdiyi bəlli deyil. Bu bəlli olmadığına görə onlar ölkəni sakitcə tərk edirlər. Ona görə də xüsusi xidmət orqanlarının fəaliyyətinin nəticəsi ilə bu şəxsə mane olmaq da mümkündür. Bu hər hansı şəxsin hüquqlarının pozulması kimi yox, dövlət təhlükəsizliyinə qarşı qəsdin qarşısının alınması kimi dəyərləndirilməldir.Hesab edirəm ki, bu məsələdə hüquq-mühafizə orqanları bir qədər sərt dildə danışmalıdır. Suriyada hərbi əməliyyatlarda iştirak edən şəxslər vətənə döndükdən sonra onlar barəsində cinayət işi qaldırıla bilər. Cinayət Məcəlləsində terror təşkilatının işində iştirak etməklə bağlı maddə var.

- Azərbaycan hakimiyyəti Suriyaya gedən vətəndaşlarımızla bağlı bir müddət əvvəl Türkiyə hökumətinə müraciət etmişdi. Bu müraciəti necə dəyərləndirmək olar? Bu Suriyaya vətəndaşlarımızın yola salınmasında Türkiyənin əli ola biləcəyinə işarə sayıla bilərmi?

- Türkiyənin Suriya məsələsinə münasibəti bəllidir. Türkiyə Suriyadakı rejimin devrilməsində maraqlıdır. Türkiyə Əsədə müxalif qüvvələri dəstəkləyir. Ona görə Türkiyənin Suriyaya xarici ölkə vətəndaşlarının göndərilməsiylə bağlı təşkilati iş gördüyü ilə bağlı fikirlər yanlışdır. Ola bilsin ki, Türkiyə Suriya ilə sərhəddə açıq dəhliz yaradıb. Kim Suriyada vuruşmağa getmək istəyirsə, ona heç bir maneə yaradılmır. Narazılığa səbəb də yalnız Türkiyənin Suriyaya keçiddə Azərbaycan vətəndaşları ilə bağlı da ayrı-seçkilik etməməsi ola bilər. Xarici ölkə vətəndaşlarının Suriyaya vuruşmağa göndərilməsini təşkil edən başqa dövlətlərin adını çəkmək olar. Burada konkret olaraq Səudiyyə Ərəbistanının adını çəkmək olar.

- Azərbaycan vətəndaşlarının xarici ölkəyə gedib vuruşması və daha sonra vətənə dönüşü dövlət üçün hansı təhlükələri, təhdidi yaradır? Baş verənlərdə dövlətin məsuliyyəti nədən ibarətdir?

- Burada dövlətin məsuliyyəti çox böyükdür. Baş verənlərdə dövlət üçün təhlükəli məqamlar nədən ibarətdir? Əvvəlla, vuruşmağa gedib-gələn şəxs perspektivdə həmin təşkilatlanmış şəbəkənin göstərişlərini Azərbaycanda da həyata keçirə bilər. Bu şəxslər Azərbaycanda potensial terrorçu ola bilər. Bu mənada dövlətin üzərinə böyük iş düşür. Bu şəxslər geri qayıtdıqdan sonra onları nəzarətdən kənarda buraxmaq olmaz. Həmin şəxslər qanunsuz silahlı dəstələrin fəaliyyətində iştiraka görə məsuliyyətə cəlb oluna bilər. Çünki Suriya ilə bağlı verilən göstəriş sabah Azərbaycanla da bağlı verilə bilər. Dövlətin təhlükəsizliyi müzakirə predmeti olduğundan bu məsələlərdə bir qədər sərtlik nümayiş etdirilməlidir. Cəmiyyətin baş verənlərdə dövlətə arxayın olması üçün dövlət konkret, ciddi sərt tədbirlər görməlidir.

- Gülən tərəfdarları iləƏrdoğanın mübarizəsinin Türkiyədə siyasi böhran yaratmasının şahidi olduq. “Nurçu”ların Azərbaycana təsir gücü nə qədərdir? Çünki Azərbaycanda da Gülən tərəfdarlarının fəaliyyəti inkar edilmir...

- Gülən tərəfdarlarının Türkiyədə dövlətin içərisində dövlət halına gəlib çıxması uzunmüddətli prosesin nəticəsidir. Azərbaycanda isə onlar yavaş-yavaş təşkilatlanma formasını keçirlər. Daha sonra onlar tədricən təhsil, hüquq-mühafizə, ticarət orqanlarına yayılmağa başlayacaqlar. Bunlar təsir formasında olmasa da, müəyyən işartılar var. Ona görə də Azərbaycanda dövlətin içərisində paralel dövlətin yaradılmaması üçün indidən bunun qarşısı alınmalıdır. Onlar daim nəzarətdə olmalıdırlar. Açar strukturlara bu tipli insanların buraxılmasına, kadr kimi yetişməsinə imkan vermək olmaz.

- Uzun illərdir ki, Azərbaycanda demokratik kəsimin sıxışdırılması, azad mətbuatın boğulması, siyasi partiyaların fəaliyyətinin məhdudlaşdırılması siyasəti yürüdülür. Yürüdülən bu siyasət Azərbaycanda radikal dini kəsimlərin ayaq açmasına nə dərəcədə təsir göstərib?

- Ölkədə sosial problemlər, işsizlik baş alıb gedəndə dinə müraciətin sayı çoxalır. Sadəcə olaraq dindarların bir qismi sakit şəkildə məscidə gedərək, namazını qılıb geri qayıdanlardan ibarət deyil. Cəmiyyətə qarşı çox qəzəbli, həyatından narazı olan şəxsləri müəyyən qrupları hədəfə alır ki, sonradan onlardan istifadə edirlər. Bu şəxslər maliyyələşdirilir, onların müəyyən ehtiyacları ödənilir. Bütün bunlar isə gələcəkdə istəniləcək qulluqların müqabilində edilir. Radikal dini qruplar sadəcə olaraq ölkədəki sosial ədalətsizlikdən sui-istifadə edirlər. Hələlik Azərbaycanda bu təşəbbüslər zəifdir. Amma bu radikal qruplar Azərbaycandakı təşəbbüslərini genişləndirərlərsə, ölkədə ciddi fəlakətlər baş verə bilər. Ona görə də dövlət bu məsələlərdə bütün sərtliyini göstərməlidir. Azərbaycanda demokratiya olmadığına görə ölkəmiz azad olmayan ölkələr qrupundadır. Bu üzdən də Azərbaycanda radikal dini qrupların fəaliyyəti geniş vüsət alıb.

- Azərbaycan hökuməti ondan demokratiya tələb edən təşkilatlara qarşı bir qayda olaraq düşmən mövqedən yanaşır. Bu siyasətin davamı olaraq hakimiyyət ondan demokratik islahatlar tələb edən Qərbi şantaj etmək üçün İslam faktorundan istifadə edir. Ona görə bir sıra dini qruplaşmaların ticarət fəaliyyətinə, təşkilatlanmasına göz yumulur. Məhz yürüdülən bu yanlış siyasət ölkədəki hazırkı problemin yaranmasının bir səbəbi sayıla bilərmi?

- Hakimiyyət Azərbaycanın daxilinə yönəlməyən fəaliyyətlərə bəzən göz yumur. Amma bu siyasət analiz edilərək yürüdülməlidir. Çünki bu gün müəyyən imtiyazlara sahib olanlar, ticarət şəbəkələri quranlar sabah nə insan haqlarını qoruyacaqlar, nə də demokratiyanı. Onlar sabah əllərinə silah alacaqlar. Ona görə hakimiyyətin demokratik kəsimi sıxışdırmasının radikal dini kəsimin aktivləşməsinə müəyyən təsiri var. Amma onu da nəzərə almaq lazımdır ki, radikal islam bütün dünyanın problemidir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İki terror təşkilatı Azərbaycana qarşı

    İki terror təşkilatı Azərbaycana qarşı ...

    28-01-2014, 10:17

  • 
  • "Whatsapp"da 2 YENİLİK birdən

    "Whatsapp"da 2 YENİLİK birdən ...

    23-07-2016, 21:16

  • 
  • Dini Komitə ilə Şeyxin idarəsi arasında nələr baş verir?

    Dini Komitə ilə Şeyxin idarəsi arasında nələr baş ...

    25-02-2014, 13:52

  • 
  • Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə rəhbər təyinatı-SƏRƏNCAM

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə rəhbər ...

    5-05-2014, 18:58

  • 
  • Təhsil Nazirliyi Şeyxin idarəsinin təklifini dəstəkləmədi

    Təhsil Nazirliyi Şeyxin idarəsinin təklifini ...

    7-02-2014, 12:39


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (258)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu