GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Azərbaycan tam olaraq rəqəmsal yayıma nə zaman keçir?

Azərbaycan tam olaraq rəqəmsal yayıma nə zaman keçir?

Tarix: 16-04-2014, 11:04 Bölmə :Müsahibə Baxış: 972
Azərbaycan tam olaraq rəqəmsal yayıma nə zaman keçir?
Hökumət 130 min insana pulsuz dekoder verəcək?

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli son zamanlar ölkədə rəqəmsal yayımla bağlı bir sıra problemlərin yaşanmasına münasibət bildirib.
Həmin müsahibəni təqdim edirik.
- Azərbaycanda rəqəmsal televiziya yayımı başlayıb. MTRŞ-nin rəqəmsal yayımla bağlı əhalinin imkansız təbəqəsinin dekoderlərlə pulsuz təmin edilməsi ilə bağlı səyinin nəticəsi nə oldu?
- Rəqəmsal yayıma tam keçidlə bağlı qərarda bunun üçün son müddət bu ilin sonu nəzərdə tutulub. MTRŞ əhalinin sosial cəhətdən zəif olan təbəqəsinin tunerlə təmin edilməsi üçün Azərbaycan prezidentinə müraciət etmişdi, bu müraciətə də Nazirlər Kabinetində baxılır. Biz o vaxt da demişdik ki, bu müraciətə nə qədər tez cavab verilsə, yəni məsələ müsbət həll olunsa, biz analoq yayımı dayandıra bilərik. Amma bu müraciətə hələ müsbət cavab verilməyib. Biz analoq yayımın dayandırılması məsələsində tələsməyəcəyik. Hazırda ölkəmizin ərazisinin 90 faizindən çoxunda rəqəmsal yayımla əhatə olunub, ölkədə rəqəmsal yayımın təşkili demək olar ki, başa çatıb, bununla bağlı problem yoxdur. Sadəcə, biz rəqəmsal yayımla bərabər analoq yayımı da davam etdiririk. Bu zaman daha çox əhalinin sosial cəhətdən zəif olan təbəqəsini nəzərə alırıq. Amma hesab edirəm ki, ildən ilə bu problem öz özünə aradan qalxacaq.
- Müraciətinizə müsbət cavab verilsə, hansı sayda insan pulsuz dekoderlə təmin edilə bilər?
- Sosial cəhətdən zəif insanlar var və onların da siyahısı Əmək və Sosial Müdafiə Nazirliyi tərəfindən tutulur. Nazirliyin bizə verdiyi məlumata görə, belə insanların sayı 130 min nəfərə yaxındır. Biz istəyirik ki, dövlət bu 130 min insana dekoderi öz hesabına versin. Hətta təklif etmişdik ki, o dekoderlərin hazırlanması Azərbaycanda həyata keçirilsin. Çünki bu dekoderlərin Azərbaycanda hazırlanması həyata keçirilərsə, onun dəyəri də aşağı düşəcək. Sonra da Azərbaycanda dekoderlərin istehsalı davam edə bilər. Çünki, Azərbaycanda xeyli kabel şəbəkəsi var ki, onlar da bu dekoderlərdən istifadə edirlər.
- Belə başa düşmək olar ki, MTRŞ-in müraciətinə müsbət cavab verilməsə, gələn il də analoq yayım davam edə bilər?
- Əsas məsələ odur ki, ölkə rəqəmsal televiziya yayımı ilə əhatə olunsun. Bu iş demək olar ki, başa çatdırılıb, ona görə də hər hansı problem yoxdur.
- Azərbaycanda rəqəmsal radio yayımı sahəsində hansı işlər görülüb, hazırda vəziyyət necədir?
- Hələ Avropa ölkələrində də bu məsələ öyrənilir. Rəqəmsal radio yayımı diqqətimizdədir, amma biz bu məsələdə tələsmirik. Çünki, rəqəmsal radio yayımı ilə bağlı bəzi problemlər ortaya çıxıb. Azərbaycanda radio yayımını daha çox avtomobillərdəki radiolar vasitəsi ilə dinləyirlər. İnsanlar radionu daha çox avtomobillərdə dinləyirlər. Təsadüfi hallarda evlərdə radiola rola bilər. Ona görə də rəqəmsal radio yayımı texniki cəhətdən öyrənilməli, Avropa ölkələrindəki təcrübə həyata keçirilməlidir. Rəqəmsal televiziya yayımını başa çatdıraq, anoloq yayımı dayandıraq, sonra rəqəmsal radio yayımına keçərik. Rəqəmsal radio yayımını öyrənirik.
- Ümumiyyətlə, telekanallarda “Adam içində” tipli verilişlərin bağlanması məsələsi nə yerdədir?
- MTRŞ fəaliyyətini ona verilmiş səlahiyyətlər, müvafiq Əsasnamə çərçivəsində qurub. Şura telekanalların yaradıcılıq işlərinə, proqram siyasətinə qətiyyən qarışmır. Telekanallarda hansı verilişlərin verilib-verilməməsinə müdaxilə etmirik. Sadəcə, “Televiziya və radio yayımı haqqında” qanunda televiziya proqramlarına verilən bəzi tələblərlə bağlı məsələləri qaldırırıq. Sizin dediyiniz verilişlərdə milli-mənəvi dəyərlərlə bağlı məsələ önə çəkilirsə, bu, qanundan irəli gələn məsələdir.
- Türkiyədə bu sahədə fəaliyyət göstərən qurumun çox geniş səlahiyyətləri var, müəyyən hallarda verilişlərin, telekanalın yayımını belə dayandırmaq barədə qərar verir. MTRŞ-nin səlahiyyətlərinin genişləndirilməsinə ehtiyac görürsünüzmü?
- Cəmiyyət özü görür ki, MTRŞ-nin səlahiyyətləri hansı dərəcədədir. Xarici ölkələrdə, elə Türkiyənin özündə hər hansı veriliş milli-mənəvi dəyərlərə uyğun olmursa, o verilişi müəyyən müddətə, 10 günə, 1 aya qədər dayandıra bilirlər. Hətta telekanalın lisenziyasını geri ala bilirlər. Cərimələr belə fantastik dərəcədədir, 1 milyon, 2 milyon cərimələr olur. Çox təəssüf ki, Azərbaycanda bunlar yoxdur. Şura 4-5 il əvvəl bununla bağlı müvafiq qurumlara müraciət etdi. Təəssüf ki, o vaxt müraciətimiz cavabsız qaldı.
- Telekanallarda ədəbi dillə bağlı məsələ nə dərəcədə diqqət mərkəzindədir?
- Bu məsələ diqqət mərkəzindədir. Amma telekanallarda Azərbaycan ədəbi dili ilə bağlı nöqsanlar varsa, öncə mütəxəssislər, xüsusən Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu bununla bağlı fikirlərini Milli Televiziya və Radio Şurasına çatdırarsa, Şura bununla bağlı tədbir görə bilər. Monitorinqlərin keçirilməsinə gəlincə, biz bu sahədə monitorinqlərin keçirilməsinə tərəfdarıq. Özümüz də imkanlarımız çərçivəsində bu monitorinqləri həyata keçiririk.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İstənilən televiziya verilişini istənilən zaman izləmək mümkün olacaq

    İstənilən televiziya verilişini istənilən zaman ...

    28-11-2013, 10:52

  • 
  • MTRŞ-da  5 milyon 300 min manat söhbəti

    MTRŞ-da 5 milyon 300 min manat söhbəti ...

    13-12-2013, 14:56

  • 
  • Analoq televiziya yayımının dayandırılma tarixi açıqlandı

    Analoq televiziya yayımının dayandırılma tarixi ...

    6-09-2014, 11:49

  • 
  • Nuşirəvan Məhərrəmlidən telekanallara XƏBƏRDARLIQ

    Nuşirəvan Məhərrəmlidən telekanallara XƏBƏRDARLIQ ...

    2-10-2015, 12:13

  • 
  • Nuşirəvan Məhərrəmli: “Hər kəsi efirə çıxarmaq olmaz”

    Nuşirəvan Məhərrəmli: “Hər kəsi efirə çıxarmaq ...

    2-05-2013, 12:37


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu