GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Müsavatın yeni başqanı olaraq bəyan edirəm ki...” - Arif Hacılı

“Müsavatın yeni başqanı olaraq bəyan edirəm ki...” - Arif Hacılı

Tarix: 29-09-2014, 13:26 Bölmə :Müsahibə Baxış: 1 035
“Müsavatın yeni başqanı olaraq bəyan edirəm ki...” - Arif Hacılı
Müsavat Partiyasının başqanı: “AXCP-dən olan tərəfdarlarımın və əleyhdarlarımın sayı barədə məlumata malik deyiləm”

Müsavat Partiyasının 8-ci qurultayında ən ciddi hadisə, sözsüz ki, partiyanın başında 22 ildir dayanan İsa Qəmbərin öz postundan getməsi və aparıcı müxalifət partiyasının başına yeni şəxsin gəlməsi oldu. Yeni başqan Arif Hacılı bu statusda ilk müsahibəsini “Yeni Müsavat”a verdi və seçkinin nəticələri, partiyanın qarşısında duran vəzifələrlə bağlı suallarımızı cavablandırdı.

- Arif bəy, Müsavat Partiyasının başqanı olaraq ötən 1 gün ərzindəki təəssüratlarınız, keçirdiyiniz hisslər və müşahidələriniz necədir?

- Təbii ki, mən bunu özüm üçün siyasi uğur hesab edirəm. Ancaq bu seçkidə qələbə hər hansı möhtəşəm siyasi uğur kimi dəyərləndirilməməlidir. Çünki seçkilərdə opponentlərim də Müsavat Partiyasının kifayət qədər tanınmış üzvləri idi və düşünürəm ki, əgər qələbə çalmasaydım belə, bu, Müsavat Partiyası və Azərbaycan cəmiyyəti üçün böyük itki olmayacaqdı. Əsas keçirdiyim hiss məsuliyyət hissidir. Heç şübhəsiz ki, Müsavat Partiyasına görə, Azərbaycan demokratik düşərgəsinin bundan sonrakı fəaliyyətinə görə mənim üzərimə düşən məsuliyyət xeyli artdı.

- Qələbə qazanmasaydınız, bunu özünüzçün necə, itki sayacaqdınız?

- Təbii ki, istənilən siyasi prosesdə hər kəs qələbə çalmağı arzulayır. Ancaq seçkilərin nəticələri başqa cür olsaydı, bunu böyük siyasi uğursuzluq, faciə kimi qəbul etməzdim.

- Əsas alternativiniz olan Qubad İbadoğlunun qurultay nümayəndələrinin az qala yarıbayarı səsini qazanması sizi narahat etdimi? Sizcə, bu, nəyin məntiqi nəticəsi idi, Arif Hacılının partiya daxilindəki nüfuzu, iş əmsalı ilə bağlıdır, yoxsa deyildiyi kimi, yeni sima görmək istəyənlərin sayının artması ilə əlaqədardır?

- Bu, normal haldır. Ümumiyyətlə, əgər seçkilər tam demokratik keçirilirsə, əsas rəqiblərin tərəfdarlarının sayı təxminən bir-birilərinə yaxın olmalıdır. Məsələn, ABŞ-da keçirilən seçkilərdə adətən, belə nəticələr alınır. Yaxın dövrlərdə Ukraynada keçirilən seçkilərdə buna bənzər nəticə oldu. Əbülfəz Elçibəy demokratik seçkilərdə faiz etibarilə təxminən indi mənim topladığım səslər qədər səs toplamışdı. Adətən demokratik olmayan cəmiyyətlərdə, təşkilatlarda seçkilər keçirilərkən namizədlər arasında çox böyük bir fərq olur.

“Hakimiyyət müxalifətlə normal siyasi münasibətlərin qurulmasını istəsə, müxalifətə yönəlik siyasətini dəyişdirsə, müxalifət tərəfindən bu məsələdə hər hansı bir problem yaradılmayacaq”


- Nəticələr elan olunandan sonra İsa bəy sizi - iddialıları səhnəyə dəvət etdi və əl-ələ verdiniz, mehribanlıqla görüşüb-ayrıldınız. Bundan əlavə, keçmiş namizədlər arasında bizim müşahidə etmədiyimiz narazılıq, narahatlıq varmı?

- Açığı, biz əvvəlcədən Qubad bəylə və Tural bəylə razılaşdırmışdıq ki, seçkilərin nəticələrinin nə cür olmasından asılı olmayaraq səhnəyə çıxacağıq və birlikdə olmağımız barədə həm Müsavat Partiyasının qurultay nümayəndələrinə, Müsavat Partiyasının bütün üzvlərinə və Azərbaycan cəmiyyətinə mesaj verəcəyik. Bu, çox uğurlu oldu. Bundan sonra da birgə fəaliyyət göstərmək imkanlarımız kifayət qədər yüksəkdir. Bu imkanlardan maksimum istifadə etməyə çalışacağıq.

- Seçkiöncəsi görüşdə yeni başqanın komandasında digər iddialıların yer alması mövzusu da müzakirə edilmişdimi?

- Bu kimi məsələləri müzakirə etməmişik. Amma mən bütün məsələləri müzakirə etməyə hazıram.

- Siz özünüz necə, komandanızda digər iddialıların təmsilçiliyini istərdinizmi?
- Bu, əsasən onların istəyindən asılı olacaq və bu məsələləri biz hamılıqla Müsavat Partiyasının rəhbərliyində İsa Qəmbərin də iştirakı ilə müzakirə etdikdən sonra qərar verəcəyik. Mən həmişə demişəm, bir daha təkrar edirəm ki, Müsavat Partiyasında kadr seçimində əsas üç kriteriya nəzərə alınacaq: 1. hər hansı vəzifəyə təyin olunan adamın bacarığı; 2. bu işi öz üzərinə götürməyə həvəsi; 3. həmin işi icra etməyə vaxtı olmalıdır. Bu kriteriyalara cavab verən Müsavat Partiyası üzvləri seçki kampaniyasında, digər məsələlərdə Müsavatın ayrı-ayrı liderlərinə qarşı münasibətdə hansı mövqeni tutmalarından asılı olmayaraq, Müsavat Partiyasında yüksək görəv daşıya biləcəklər.

- Mərkəzi İcra Aparatının rəhbəri postunda kimi görürsünüz?

- Müzakirələr gedir və nəticəsi mətbuata açıqlanacaq.

- Müsavat başqanı olaraq hansı partiyalardan təbrik alıbsınız?

- Məncə, bu suala cavab vermək hələ tezdir. Çünki gün yeni başlayıb və təbriklərlə bağlı suala yəqin ki, bir neçə gün ərzində cavab vermək daha düz olar.

- Son aylara qədər Müsavatın yaxın müttəfiqi olan AXCP-dən sizin başqan olmağınızı istəyənlərin mövqelərini müşahidə etdik. Belə olan təqdirdə bu iki partiya arasında müttəfiqlik münasibətləri necə qurulacaq?

- Mən AXCP-dən olan tərəfdarlarımın və əleyhdarlarımın sayı barədə məlumata malik deyiləm. Dünən və bu gün AXCP-dən bir çox tanınmış adamlar bizi uğurlu qurultaya, keçirdiyimiz demokratik seçkilərə görə təbrik ediblər. Mən AXCP ilə müttəfiqlik münasibətlərinin tərəfdarıyam. Bu günə kimi bizim müttəfiqlik münasibətlərimizin olmamasının günahkarı Müsavat deyil. İndiki şəraitdə AXCP ilə müttəfiqlik münasibətlərinin qurulmasına bir daha cəhd etmək niyyətindəyəm.

- Qubad İbadoğlunu müdafiə edən bəzi müsavatçıların seçkinin gedişatı ilə bağlı bəzi iradları, saxtakarlıqlarla bağlı sosial şəbəkələrdə fikirləri ilə rastlaşırıq...

- Ola bilər ki, hansısa qüsurlar olub, amma mən ciddi iradlarla rastlaşmamışam...

- Rəsul Quliyev Müsavat qurultayı və sizin başqan seçilməyinizə çox kəskin reaksiya verib, ittihamlar irəli sürüb. Bu barədə nə deyə bilərsiniz?

- Rəsul Quliyevin açıqlaması ilə tanış deyiləm və bəlkə də uzun illərdir ki, onun açıqlamalarına reaksiya vermirəm. Odur ki, onun açıqlamalarına şərh vermək niyyətim yoxdur.

- Bəs, YAP funksioneri Siyavuş Novruzovun reaksiyasını necə qarşıladınız? Müsavatı dərnək adlandırıb...

- Müsavat ölkənin ən nüfuzlu partiyasıdır. Son proseslər bunu bir daha təsdiq etdi.

- Qurultayda İsa Qəmbərin 2018-ci il prezident seçkilərində Müsavatın namizədi olaraq irəli sürülməsi fərqli reaksiyalar doğurub. Hesab olunur ki, prezident seçkilərinə uzun müddət qaldığı bir dönəmdə bu barədə qərar vermək tələskənlikdir. Siz bu qərarı necə əsaslandırırsınız?

- Mən hələ qurultaydan əvvəlki müsahibələrimdə bu suala cavab vermişəm. Hesab edirəm ki, indiki siyasi şəraitdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyində keçiriləcək seçkilərdə Müsavat Partiyasının prezidentliyə namizədi İsa Qəmbər olmalıdır. Çünki İsa Qəmbər öz siyasi təcrübəsinə, seçicilərdən səs almaq imkanlarına, siyasi qüvvələrin daha geniş spektrini birləşdirmək imkanlarına görə digər siyasətçilərdən üstün vəziyyətdədir.

- Bu günün əsas suallarından biri də odur ki, Müsavatın Arif Hacılı dönəmində əsas diqqət yetirəcəyi istiqamət nələr olacaq? Bu müddətdə yeni xətt, yeni baxışlar sisteminin bərqərar olması gözləniləndirmi, yoxsa ənənəvi siyasi fəaliyyətə üstünlük veriləcək?

- Müsavat Partiyası 103 il bundan əvvəl yaradılmış bir partiyadır. Müsavat Partiyasının konkret ideoloji-siyasi xətti var. Partiyanın hamımızın əməl etdiyimiz təməl prinsipləri var. Müsavat Partiyası məhz bu ideoloji-siyasi xətt əsasında fəaliyyət göstərəcək. Ancaq biz daim yeni siyasi texnologiyalar tətbiq etmişik, çox güclü seçki kampaniyaları, kütləvi aksiyalar keçirməyə nail olmuşuq. Partiya quruculuğu sahəsində bir sıra yeniliklər tətbiq etmişik. Yəqin ki, bundan sonra da yeni siyasi texnologiyaların tətbiq edilməsi ilə partiyanın resurslarının artırılmasına çalışacağıq.

- Başqan olaraq, yəqin, sizin də fikriniz nəzərə alınacaq, eks-başqan İsa Qəmbərin hansı statusda fəaliyyət göstərməsini istərdiniz?

- İsa bəy Müsavat Partiyasından 2018-ci ildə keçiriləcək prezident seçkilərinə namizəddir. Eyni zamanda Müsavat Partiyasının bəzi rəhbər şəxslərinin daxil olduğu Düşüncə Mərkəzinin sədridir. Hesab edirəm ki, İsa bəy öz şəxsi keyfiyyətləri vasitəsilə də həm Müsavat Partiyası daxilində, həm də bütövlükdə demokratik düşərgədə öz təsir imkanlarını saxlayacaq.

- İsa Qəmbərin partiyada olduğu şəraitdə, obrazlı yanaşsaq, onun “kölgəsi”ndə qalmağınız sizi narahat etməyəcək ki?

- Mən 25 ildir ki, İsa bəylə birlikdə fəaliyyət göstərirəm. Bu, mənə heç vaxt maneçilik yaratmayıb. Hesab edirəm ki, əksinə, İsa bəylə birlikdə olmağım mənim siyasi fəaliyyətimi daha da asanlaşdırılır.

- İqtidarla münasibətləri necə qurmağı düşünürsünüz?

- Biz Azərbaycanın ümummilli məsələlərində bütün qüvvələrlə əməkdaşlıq etməyə hazır olduğumuzu dəfələrlə bəyan etmişik, bu mövqeyimizdə hər hansı bir dəyişiklik baş verməyib.

- Bu yaxınlarda YAP-dan bildirilmişdi ki, əgər yeni başqan dialoq istəyəcəksə, qarşı tərəfdən problem olmayacaq. Siz iqtidar-müxalifət münasibətlərindəki buzun əriməsi üçün nə təklif edirsiniz?

- Təəssüf ki, Azərbaycan hakimiyyəti tərəfindən irəli sürülən dialoq təklifləri bir çox hallarda deklorativ xarakter daşıyır. Mən Müsavat Partiyasının yeni başqanı olaraq bəyan edirəm ki, Müsavat Azərbaycanın ümummilli məsələlərində Azərbaycanda fəaliyyət göstərən bütün siyasi qüvvələrlə əməkdaşlığa və bu məsələləri bütün siyasi qüvvələrlə müzakirə etməyə hazırdır.

- Hakimiyyətdən gələn bir mövqe də müxalifətin iqtidarı legitim saymaması ilə bağlıdır. Hesab olunur ki, qarşılıqlı təmasların olmamasının əsas səbəbi budur. Sizin dönəminizdə iqtidara baxışda dəyişiklik ola bilərmi ki, ənənəvi münasibətlər sistemindən kənara çıxılsın?

- Ənənəvi münasibətlər sisteminin yaranmasında müxalifət günahkar deyil. Azərbaycanda fəaliyyət göstərən əsas aparıcı müxalifət partiyaları daim ölkə Konstitusiyası, qanunlarına, Siyasi partiyalar haqqında qanuna uyğun olaraq fəaliyyət göstərir.

Bu baxımdan ölkədə radikal müxalifət yox, radikal hakimiyyət mövcuddur. Azərbaycan hakimiyyəti müxalifəti ölkənin ümumi siyasi sisteminin tərkibində görmək istəmir və bütövlükdə müxalifəti siyasi sistemdən sıxışdırıb çıxartmaq xətti götürüb. Odur ki, bu məsələdə seçim iqtidarın tərəfindədir. Hakimiyyət müxalifətlə normal siyasi münasibətlərin qurulmasını istəsə, müxalifətə yönəlik siyasətini dəyişdirsə, müxalifət tərəfindən bu məsələdə hər hansı bir problem yaradılmayacaq.

- Yeni başqanın kabineti harda olacaq?

- Bu, texniki məsələdir. Məncə, bu məsələ mətbuatda müzakirə olunmağa layiq deyil...

Elşad PAŞASOY
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Müsavat Partiyası seçkilərdə iştirakdan imtina etdi

    Müsavat Partiyası seçkilərdə iştirakdan imtina ...

    28-10-2015, 16:42

  • 
  • Arif Hacılı 4 nəfəri başqan müşaviri təyin edib

    Arif Hacılı 4 nəfəri başqan müşaviri təyin edib ...

    8-10-2014, 15:25

  • 
  • “Müsavatın danışıqları Milli Şuranın xeyrinədir”- Arif Hacılı

    “Müsavatın danışıqları Milli Şuranın xeyrinədir”- ...

    23-12-2013, 15:15

  • 
  • Müsavatda Arif Hacılıya yeni rəqib peyda oldu - ŞOK İSTEFA

    Müsavatda Arif Hacılıya yeni rəqib peyda oldu - ...

    27-08-2014, 13:25

  • 
  • Arif Hacılı: «Xalqın qul olmadığını bilirəm»

    Arif Hacılı: «Xalqın qul olmadığını bilirəm» ...

    2-11-2015, 15:29


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu