GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Mübariz Qurbanlı məscidlərdə «süni sıxlıqdan» danışır

Mübariz Qurbanlı məscidlərdə «süni sıxlıqdan» danışır

Tarix: 8-11-2014, 00:35 Bölmə :Müsahibə Baxış: 0
Mübariz Qurbanlı məscidlərdə «süni sıxlıqdan» danışır

Mübariz Qurbanlı məscidlərdə «süni sıxlıqdan» danışır
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkədəki dini durumla bağlı AzadlıqRadiosunun suallarını cavablandırıb. Müsahibənin mətnini təqdim edirik:

- Bu vəzifəyə yeni təyin olunanda AzadlıqRadiosu və digər media orqanlarına müsahibələrinizdə ölkədə dini sabitliyin olduğunu vurğulayırdınız. Ancaq son günlər mediaya açıqlamalarınızda sanki bir narahatlıq duyulur. Düzmü anlayırıq mesajınızı?

- Yenə o fikirdəyəm ki, Azərbaycanda həm ictimai-siyasi, həm dini, həm də deyərdim ki, maliyyə sabitliyi var. Ancaq cəmiyyətimizdə bu sabitliyi pozmağa cəhd edən qruplar mövcuddur. Bu qruplar həm siyasi radikal müxalifətin içində var, həm də dini kəsimdə, çox az da olsa, dini radikalizmi yaymağa cəhd edən qruplar var. Mən ölkədə dini və ictimai-siyasi sabitliyin olması fikrini bir daha təkrar-təkrar deyirəm. Bu, belədir. Əvvəlki çıxışlarımız, dediyimiz fikirlərlə sonrakılar arasında bir ziddiyyət yoxdur. Sadəcə sonrakı mərhələdə keçirdiyimiz görüşlər zamanı aldığımız məlumatlar əsasında müəyyən dini radikal qrupların hərəkətlərini müşahidə edərək qabaqlayıcı tədbir kimi bu qrupların olduğunu deyirik. Onlara qarşı hər zaman qəti şəkildə mübarizə aparacağımızı və onların Azərbaycanda kök atmasına imkan verməyəcəyimizi vurğulamışıq. İndi sabitliyin olmadığı ölkələr göz önündədir. Ölkəmiz müqayisədə həm Cənubi Qafqazda, həm keçmiş sovet məkanında, həm bu bölgədə, həm də İslam ölkələri içərisində ictimai-siyasi və dini sabitlik baxımından öndə gedən ölkələr sırasındadır.

- Son açıqlamalarınızın birində İlahiyyat məscidinin adını çəkirsiniz, oradakı icmanın qeydiyyata alınmadığını deyirsiniz, baxmayaraq ki, «qanuni imam təyin olunub». Həmin icma qeydiyyat üçün heç müraciət etməyib? Yoxsa qeydiyyatından imtina olunub? Bu məsələ araşdırılıbmı?

- Bizim həmin məsələyə dair mövqeyimiz dəyişməz qalır. Hesab edirik ki, İlahiyyat məscidi həmin ərazidə yaşayan insanlar üçün, orada yaradılan süni sıxlıq baxımından narahatlıq doğurur. Mən hesab edirəm ki, orada süni sıxlıq yaradılır. «Süni» sözünü xüsusi vurğulayıram. Çünki apardığımız monitorinqlər göstərir ki, bu məscidə gəlib dini ayinləri icra etmək istəyən şəxslər başqa məscidlərə də gedə bilərlər. Xüsusilə, bayram və cümə namazları zamanı məxsusi olaraq buraya gələrək bir növ burada zahiri çoxluq göstərmək istəyirlər. Əslində buraya gələnlərin hər birinin yaşadığı ərazidə məscidlər var, orada namaz da qıla bilər, dini ayin icra edə bilər. Burada məqsədli və süni sıxlıq yaradılmasını müşahidə edirik. Həmin məsciddə dini ayinləri icra edən imam var. Sadəcə, biz orada dini icma yaradılmasını, həmin icmanın bu cür sıxlığın hansısa formada qarşısının alınmasını, müəyyən nizam-intizam olmasını istəyirik.

- Nədir məqsəd bu sıxlığın yaradılmasında? Hansı mesajı vermək istəyirlər?

- Məqsəd bəllidir. Bilirsiniz, əgər bu və digər radikal qrup varsa, o, azlıqda özünü göstərə bilmir. Mövcudluğunu hansısa formada izhar edə bilmir. Tutaq ki, bir məscidə 15-20 adam gəlib orada hansısa bir radikal yönümlü qrupu təmsil edərək özünü göstərmək istəyirsə, 15-20 adam 100-150 adamın içində itib gedəcək. Ancaq müxtəlif bölgələrdən, məscidlərdən 15-15 qruplar bir yerə yığışanda bu, bir topluma bənzəyir və süni surətdə mövcudluğunu göstərə bilir. Bu taktikanı görmüşük. Buraya yığışanların da məqsədi yalnız bunu etməkdir. Təsəvvür edin ki, bir şəxs şəhərin başqa bir hissəsində yaşayır, həmin ərazidə də məscid var. Onun doğrudan da bir dini ayini icra etmək istəyi varsa, niyə başqa əraziyə getməlidir? Eyni zamanda, bu məsciddə süni sıxlıq yaradanda, məsciddə yer olmadığına görə kənara çıxılır. Bu da ətrafda yaşayanlara bir növ şüuraltı mesaj verməkdir ki, «biz çoxuq». O ərazidən keçənlərə, bu mənzərəni görənlərə də belə bir mesaj verilir. Həmin günlər orada avtomobil sıxlığı da yaranır. Ancaq son monitorinqlər göstərir ki, çıxışlarımızın, çağırışlarımızın təsirindən və ya digər amillərdən orada süni sıxlıq yaratmaq iddiasında olanların sayı tədricən azalır. Görünür, onlar taktikaların başa düşüldüyünü görür, bu cür süni sıxlıqla hansısa iddialarını ortaya qoya bilməyəcəklərini dərk edirlər. Azalma müşahidə olunur. Biz orada işlərimizi davam etdiririk. Əminəm ki, kimlərsə gəlib o məsciddə radikal çağırışlarını, hərəkətlərini nümayiş etdirməyəcəklər. Normal şəkildə, bir vətəndaş olaraq dini ayinləri icra edəcəklər.

- Demişdiniz ki, təhlükəsizlik tədbirləri həyata keçiriləcək. Deməli, artıq konkret tədbirlər görülür.

Bəli, tədbirlər görülüb və davam edir. Orada izahat işi aparmışıq. Həmin məscidin idarəçiliyi ilə məşğul olan şəxslərlə söhbətimiz olub. Onlar da məsələylə bağlı fikirlərimizi bölüşüblər, razılaşırlar. Mən Yasamal rayonunda dini icmaların təmsilçiləri, bu rayon ərazisindəki məscidlərin nümayəndələri ilə ayrıca görüşmüşəm. Bu məsələni müzakirə etmişik. Qafqaz Müsəlmanları İdarəsində də fikir mübadiləsi aparmışıq. Apardığımız söhbətlər, verdiyimiz tövsiyələr nəzərə alınır. Əminəm ki, orada müəyyən qruplar gəlib öz iddialarını nümayiş etdirməyəcəklər.

- Həmin məscidə tutumundan çox adamın gəldiyini deyirsiniz. Bir səbəb ölkədə sünni məscidlərinin az sayda qalması, bir neçəsinin artıq bağlanması ola bilərmi?

Mən məscidləri hansısa dini təriqətlərə bölməyin tərəfdarı deyiləm. Belə bir bölgünün axırı cəmiyyəti bölməyə gətirib çıxara bilər. Bu cür təhlükəli «təşviqat»ın nəticələri gözümüzün qabağındadır. Bir neçə müsəlman ölkəsində qarşıdurma böyük silahlı toqquşmalara gətirib çıxarıb. Xristianlıqda, buddizmdə, iudaizmdə, İslamda da müəyyən bölgülər, təriqətlər var. Təriqət davası o zaman baş verir ki, bunu qızışdıranlar, qabardanlar olur. Xristian aləmində bu cür qarşıdurmalar sönmüş ocağa bənzəyir. Müsəlman aləmində isə kimlərsə bunu körükləyərək yenidən qızışdırmaq istəyir. Azərbaycan tolerant bir ölkədir. Azərbaycan xalqı mədəniyyətdə, dində, əxlaqda, dünyagörüşündə, xaraktercə tolerantdır. Azərbaycanda heç vaxt iki təriqət – sünni və şiələr arasında qarşıdurma olmayıb. Zamanında sünni və şiələr eyni məsciddə namaz qılıblar. Məscidi təriqətlər üzrə bölmək olmaz. İslam dini də bunu qəbul eləmir. Quranın özündə də hansısa təriqət çağırışını pisləyən ayə var. Namaza yığışan adamların məscidi bölməsini, oxşar çağırışları qəbul etmirik. Kim harada istəyir, namazını qılsın. Bakıda olan məscidlərin sayı dini ayinlərin icrası üçün məscidlərə gələnlərin sayından çoxdur. Məscidlərin tutumunu ay ərzində ibadətə gələnlərin sayı ilə müqayisə etsək, məscidlərin tutumunun kifayət qədər olduğunu görərik.

- Bakıda məscidlərin və ibadətə gələnlərin sayına dair bir rəqəm açıqlamaq olarmı?

- Azərbaycanda 2 min 50-yə yaxın məscid var. Bakıda da məscidlərin sayı kifayət qədərdir. Bakıda bayram və cümə namazlarında daha çox insan məscidlərə gəlir. Ancaq ibadət edənlərin statistikasını demək çətindir, insan namazı evində qıla bilər, namaz qılmaq, oruc tutmaq onun şəxsi işidir, daxili aləmiylə bağlıdır. Kimsə namaz qılmağını insanlar içində deyirsə, bunun özü də anormaldır. Müsəlman namaz qılmırsa, bu da onun öz seçimidir. Məscidlərin sayını bayram və cümə namazına gələnlərin sayına bölsək, kifayət qədər məscidin olduğunu görərik. Yeni, böyük bir məscid də inşa olunacaq, digər məscidlər də təmir olunur.

- Yəni məsciddə sıxlıq varsa, bu, bir mesaj deməkdir?

- Bəli, bunu süni surətdə edənlər demək istəyirlər ki, «biz mövcuduq, biz də varıq». Bir növ belə deyək, siyasi partiyalarda da bu cür hərəkətlər olur. Tərəfdarlarının çox olmasını göstərmək istəyirlər. Bəzən çağırdıqları mitinqdə min adam olur, qəzetlərində yazırlar ki, 10 minlərlə adam gəlib. Halbuki, orada olan jurnalistlər də gülürlər ki, «oradaydım, bu 10 minlərlə adam haradan çıxdı?». Bu radikal qruplar da cəmiyyətdə mövcudluğunu, çoxluqda olduğunu göstərməklə bir neçə məqsəd daşıyırlar. Birincisi, tərəfdarlarını artırmaq istəyirlər, adamlar görsünlər ki, bunlar var və onlara qoşula bilər. İkincisi, tarixən ənənəvi dini icmalarımız, məscidlərimiz var. Onlar isə hansısa ölkədən, qrupdan qeyri-ənənəvi cərəyanı gətirib yaymaq istəyirlər və bunun üçün həmin məsciddə çoxluğu, hegemonluğu ələ almağa çalışırlar. Məsələn, deyirlər ki, «pişnamazda biz duracağıq, ayini biz icra edəcəyik, bizim kimi icra olunmalıdır və s.». Ancaq öz mövcudluğunu göstərmək istəyir. Statistik məlumatlar, araşdırmalar, təhlillər isə göstərir ki, həmin radikal qruplar heç də, bəzi mətbuat orqanlarının yazdığı kimi, altqatda çoxluğa malik deyil. Süni şəkildə, gah bu, gah digər məsciddə taktiki gedişlə varlıqlarını göstərməyə çalışırlar. Bir məsciddə çox görünəndə, digərində sayları çox az olur. Bunu anlamaq üçün həmin günlərdə məscidlərdə monitorinq aparmaq yetər. Hər cümə günü məscidlərdə monitorinq qrupumuz çalışır. Bayram namazı vaxtı xüsusilə böyük qruplarla işləyirik. Təhlil qrupumuz var. Araşdırmalardan nəticə çıxararaq mediaya da ümumiləşmiş açıqlamalar veririk.

- Hakimiyyətin radikal qruplarla mübarizə adıyla əslində ölkədə fundamental insan haqları pozuntularını pərdələmək məqsədi güddüyü də zaman-zaman müşahidəçilər tərəfindən səsləndirilib. İndi də belə bir prosesin getdiyini söyləmək olarmı? Yəni radikal qruplarla bağlı açıqlamalar verilir, eyni zamanda insan haqlarının boğulması kampaniyası gedir?

- İnsan haqları geniş anlayışdır və öz sərhədlərini müəyyənləşdirib. İnsan haqlarının ən böyük sərhədi odur ki, mənim haqqım sizin haqqınızın başladığı yerdə bitir. Bizim, sizin, hamımızın haqqı vardır. Azərbaycan xalqı olaraq bizim üçün suverenliyimiz, bayrağımız, dövlətçiliyimiz müqəddəsdir. Kimlərsə dövlətçiliyimizə, vətəndaşlarımıza təhlükə törədirsə, qarşıdurma yaratmaq istəyirsə, istər dini, istər siyasi baxımdan bunun qarşısı alınmalıdır. İstənilən ölkədə bu cür hərəkət edilir. Dövlət marağı, milli maraq hər şeydən uca, üstündür. İnsan haqları adı altında hansısa radikal dini və ya siyasi qrup dövlətin əsaslarını dağıtmağa cəhd göstərəcəksə, buna göz yummalı deyilik. Radikal qrup insan haqları adı altında hansısa dini pərdəyə bürünərək siyasi məqsədlər həyata keçirməyə cəhd edəcəksə, biz əlbəttə, onun qarşısını almalıyıq. Dini pərdə altında şəxsi azadlığa, vicdan, mülkiyyət azadlığına xələl gətirmək istəyəcəksə, bunun qarşısı hüquqi yolla alınmalıdır və alınacaq da. Kimsə insan haqlarını əlində qalxan edərək dövlətin, millətin maraqlarına, suverenliyinə qarşı çıxacaqsa, istər Azərbaycanda olsun, istər Fransada, qarşısı alınır və alınmalıdır. İnsan haqları universal xarakter daşıyır, ancaq haqların sərhədlərində özünü bitirir. Dövlət kimi, haqların da sərhədləri var. İnsan haqları sonsuz deyil, hər bir ölkədə müəyyən sərhədlərlə məhdudlaşır. Bu da beynəlxalq normalar, beynəlxalq insan haqları aktları və konvensiyalarında əksini tapıb. Azərbaycan da buna birmənalı əməl edir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Məscidlərdə dini bayraqlar qadağan ediləcək

    Məscidlərdə dini bayraqlar qadağan ediləcək ...

    4-11-2015, 16:11

  • 
  • Mübariz Qurbanlı «İslam əbasına bürünmüş radikallığı» nişan göstərdi

    Mübariz Qurbanlı «İslam əbasına bürünmüş ...

    28-11-2014, 23:12

  • 
  • Məscidi siyasət meydanına çevirənlər haqda ölçü götürüləcək -Mübariz Qurbanlı

    Məscidi siyasət meydanına çevirənlər haqda ölçü ...

    3-12-2015, 18:51

  • 
  • Mübariz Qurbanlı Nardaran hadisələri haqda: "Bu, cəzasız qalmayacaq"

    Mübariz Qurbanlı Nardaran hadisələri haqda: ...

    26-11-2015, 19:27

  • 
  • Məhərrəm ayının başlama vaxtı açıqlanıb

    Məhərrəm ayının başlama vaxtı açıqlanıb ...

    21-08-2018, 13:22


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (115)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu