GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Erməni milləti sel kimi Rusiyaya doğru irəliləyir”

“Erməni milləti sel kimi Rusiyaya doğru irəliləyir”

Tarix: 28-06-2016, 18:30 Bölmə :Müsahibə Baxış: 529
“Erməni milləti sel kimi Rusiyaya doğru irəliləyir”

Rasim Ağayev: “Bu açıq-aydın aqressiyadır. Faktiki olaraq belə situasiyaya görə, Rusiyanın özünə Avropa və Amerika sanksiya tətbiq edir. Bəs Ermənistan kimdən artıqdır?”

Sabiq dövlət müşaviri, politoloq Rasim Ağayev “Gundəm Xəbər”ə müsahibə verib. Mütəxəssis əsasən prezidentlərin Sankt-Peterburq görüşü, Ermənistanın daxili vəziyyəti, miqrasiya problemi, Rusiya-Ermənistan münasibətləri haqda danışıb.

- Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri Sankt-Peterburq şəhərində görüşərək müzakirələr aparıb. Sizcə, hansı məsələlər müzakirə olunub?

- Qarabağ konflikti ilə çoxdan məşğul olan mütəxəssis olaraq deyim ki, belə bir görüşü öncədən gözlənilirdi. Əlbəttə, biz görüş və müzakirələrlə bağlı möcüzəli xəbərlər almırıq. Lakin tərəflər bir-birinə qarşı olan aqressiv mövqedən diplomatik dilə keçid etdilər. Yəni qarşıda anlaşma görünə bilər. Öncədən də siyasi dairələrdə gəzən şayiələr var idi. Guya Moskva hansısa təşəbbüs və planla sıxış edir, bu planlar tərəflərlə razılaşdırılır və s. Ola bilsin ki, Sankt-Peterburq görüşündə bu xəbərlər müəyyən qədər yerini tapdı. Eyni zamanda qeyd edilməlidir ki, Ermənistanın daxilində və ətrafında yaranan durum Qarabağ konfliktinin həlli istiqamətində müəyyən qədər zəmin yaradır.

- Zəmin yaranır deyərkən nəyi nəzərdə tutursunuz?

- İlk dəfədir ki, ABŞ, Avropa və Rusiya birmənalı olaraq İrəvana çatdırırlar ki, müharibə Azərbaycanın ərazisində gedir. İkincisi, əgər söhbət Dağlıq Qarabağdan, oradakı problemdən gedirsə, bu ayrı məsələdir. Amma fakt budur ki, sən Dağlıq Qarabağa aid olmayan ərazini işğal etmisən və özündən böyük bir ölkəyə diktə etmək xəttini yürüdürsən. Bu açıq-aydın aqressiyadır. Faktiki olaraq belə situasiyaya görə, Rusiyanın özünə Avropa və Amerika sanksiya tətbiq edir. Bəs Ermənistan kimdən artıqdır? Yəni İrəvana belə təsirlər var. Xüsusilə bir məqamı da qeyd etmək yerinə düşərdi. Əgər biz ilk illər Qarabağ məsələsinə görə, ermənilərə

və Ermənistana dünyanın dəstək verdiyini görürdüksə, indi belə bir situasiya mövcud deyil. Ümumimilli erməni siyasəti indiki dünyanın siyasəti ilə ziddiyyət yaradır. Amerika və Avropada ciddi iqtisadi və maliyyə problemləri müşahidə olunur. Ermənistanda deyir ki, gəl qonşu olsaq da dalaşaq. Bu sözsüz ki, qəbul edilmir. Əksinə, Ermənistandan tələb edilir ki, bu məsələləri kompromis yolla həll etsin. Məncə, Putinin əsas təşəbbüsü bununla bağlıdır. Əlbəttə, bununla məsələ bitmir. Əslinə qalsa problemin kökü Qarabağdır, ermənilərin də məqsədi saxta bir erməni dövləti yaratmaqdır. Bu, öz-özlüyündə strateji fikirdir. Çünki 20 ildən sonra ermənilər deyə bilər ki, Rusiyada da belə bir ərazi var. Məsələn, Krasnadar-Staviropolda ermənilər yaşayır. Eləcədə Gürcüstanda ermənilərin kompakt yaşadığı məkan var. Yəni sabah ermənilərin bundan digər ölkələrə qarşı istifadə etmək üçün zəmini olur.

Əlbəttə, Azərbaycan prezidenti haqlı olaraq qeyd edir ki, əgər ermənilər Qarabağda yaşamaq istəyirsə, yaşasınlar. Lap Bakıya gəlib yaşasınlar. Ancaq Azərbaycan ərazilərində yeni erməni dövlətinin yaradılmasına heç vaxt razı olmayacağıq. Məncə, bu mərhələdə konfliktin həlli üçün tətbiq edilə biləcək plan görünür.

- Mərhələli həll ideyasını nəzərdə tutursunuz?

- Birinci mərhələdə əraziləri boşaltmaq lazım gələcək. Danışıqların predmetindən asılı olaraq 3 və ya 5 rayon boşaldıla bilər. Bundan sonra dəhlizlə bağlı müzakirə aparıla və son mərhələdə Azərbaycan özü Xankəndinə gedərək danışıqlar apara bilər. Belə bir kompromis yolu görünür. Məncə, bu plan hətta 100 faiz deyil, 50 faiz reallaşarsa, Azərbaycan üçün böyük qazanc olacaq. Çünki söhbət işğal edilən torpaqlardan gedir. Bu torpaqlar ya güc yolu, ya da danışıqlar vasitəsilə geri qaytarılmalıdır. Biz sülh yolu ilə bunu tapmışıq. Bundan əvvəl isə güc yolu ilə müəyyən ərazilərimizi geri qaytardıq. Burada nə qədər ərazinin güc amili əsasında geri alınmasının fərqi yoxdur. Əsas odur ki, güc amili ilə az da olsa torpaq azad edilib. Ermənilər anlayırlar ki, əsas məsələ Ermənistanın daxili vəziyyəti uçurum həddində olması ilə bağlıdır. Erməniləri ciddi problem gözləyir. Üstəlik erməni milli düşüncəsi dəstək əldə etmir. Məsələnin ciddiyyəti odur ki, Ermənistan boşalır. Bu ölkədə hakimiyyət elə bir mafiya əyləşib ki, resurslardan tutmuş sənayeyə qədər satıblar. Bu ölkənin ən böyük obyektləri Rusiyanın əlindədir. Ermənistan iqtisadi və siyasi müstəqilliyini itirib. Ən vacibi odur ki, ermənilər artıq burada yaşamaq istəmir. Dünyada qlobalizasiya prosesi gedir. Afrikadan milyonlarla insan Avropa və Türkiyəyə axın edir. Biz müşahidə edirik ki, MDB ölkələrində əhalinin çoxu Amerikaya, Kanadaya, Avropaya köçür. Bu təsadüfi deyil. Bu göstərir ki, ənənəvi yaşayış modeli, yəni bu torpaqlar mənə tarixən aiddir və mən burada qalacam yanaşması artıq hakim deyil. Çünki mən burada qalaçamla məsələ bitmir. Bəs sən nə ilə camaatı dolandırasdan? Normalda insan gündə 3 dəfə qidalanmalıdır. Sən də bu qidanı tapıb insanlara verə bilmirsən, ancaq öz yaxın çevrənə verirsən. Üstəlik ermənilərin tarixi gedişatına baxmaq lazımdır. Onlar qərbdən, Balkanlardan Türkiyəyə tərəf gəlib. İndi ermənilərin əksəriyyəti şimala, yəni Rusiyaya gedir. Bir qismi də Amerikaya məskunlaşıb. Azərbaycanda olan ermənilər faktiki olaraq burada müvəqqəti yaşayırdı. İndi erməniləri Gürcüstanda da sıxışdırırlar. Faktiki olaraq ümumi erməni seli Rusiyaya doğru gedir. Bu da, zaman məsələsidir. Ermənistan indi belə problemlə üz-üzədir. 20 ilə Ermənistanda yaşayan ermənilərin sayı daha az olacaq. Üstəlik resurslarda tükənmək üzrədir.

- Demək istəyirsiniz ki, Rusiyanın patronluğu ilə aparılan danışıqlar müsbət daha münasibdir?

- Yaranan vəziyyətdə istər Rusiya olsun, istər Fransa. Bizim üçün problemin həlli vacibdir. Məsələn, 20 ildir deyirlər ki, Rusiya təqsirkardır, bu problemi həll etməyə imkan vermir və s. Bəs 20 ildə Paris və Vaşinqton bu məsələni yoluna qoyardı da. Xatırlayıram, Heydər Əliyev Fransaya səfər etdi, prezident Jak Şiraka dedi ki, ermənilər ərazilərimizi işğal edir və s. Şirakda qayıtdı ki, biz erməniləri 200 ildir tanıyırıq, sizi isə yenicə tanımışıq. Demək biz 200 il gözləməliyik ki, fransızlar bizi tanısın və kömək etsin? Elə indi həll edin də. Ermənilər Fransanı ikinci vətənləri hesab edirlər.

Mən 20 il əvvəl demişəm və indi də onu qeyd edirəm. Bu konfliktin yaranmasına səbəb Qarbaçovun yenidənqurma siyasəti oldu. Eyni zamanda Qarbaçovdan tutmuş Yelsinə qədər Rusiyanın hərəkətləri Amerikadan idarə olunurdu. Qarbaçov, Yelsin və digərləri də onların muzdlu adamları idi. Qarabağ məsələsini faktiki olaraq Qərb Rusiyanın əli ilə etdilər. Ona görə, bunu etmədilər ki, erməniləri sevirdilər.

- İddia edirsiniz ki, Qarabağ problemini Qərb ölkələri Rusiyanın əli ilə yaradıb. Fikrinizi arqumentləşdirə bilərsinizmi?

-Bəli Qərb Rusiya əli ilə bu problemi yaratdı. Ancaq ona görə, yaratmadı ki, erməniləri çox sevirlər. Bəli, erməniləri sevmək məsələsi var. Ancaq onlar fikirləşir və düşünürdülər ki, bunun nəticəsi olaraq Rusiyada yaşayan muxtar qurumların hamısı ayağa qalxacaq, Qarabağ erməniləri kimi nələrsə tələb edəcəklər. Və Rusiya məsələsi də bununla bitəcək. Ancaq gördüyünüz kimi bu baş vermədi. Rusiya bunun qarşısını aldı. Putin yaxşı başa düşür ki, Qarabağ problemini hansısa yolla həll etməsə, 10 il, lap 20 ildən sonra Rusiya imperiya kimi təhlükə altına düşəcək. Yəni sabah Qarabağda ikinci bir erməni dövləti yaranacaqsa, bu zaman Rusiyada yaşayan tatarlar, başqırdlar, çeçenlər və digər onlarla xalq ayağa durub deyəcək bizdə müstəqillik istəyirik. Bu faktiki olaraq Rusiyanın sonu demək olardı. Odur ki, hazırda prezident Putin bu problemləri aradan qaldırmaq üçün təşəbbüslər göstərir, Qarabağ məsələsini həll etmək istəyir. Bəzi xəbərlərə görə, Sankt-Peterburqda Sarkisiyanla ciddi söhbət olub. Sarkisiyana deyilib ki, ermənilərin şıltaqlığına görə, biz Rusiyanın tarixini sual altına qoya bilmərik.

Nemət Orucov

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezidentlərin görüşü başa çatdı- Yenilənib

    Prezidentlərin görüşü başa çatdı- Yenilənib ...

    19-11-2013, 16:41

  • 
  • Beynəlxalq Diaspor Mərkəzinin (BDM) Sankt-Peterburqda yaşayan soydaşlarımıza və Sankt-Peterburq ictimaiyyətinə

    Beynəlxalq Diaspor Mərkəzinin (BDM) ...

    16-05-2016, 19:10

  • 
  • Türkiyə və Ermənistan sərhədçilərinin gizli görüşü - Şok

    Türkiyə və Ermənistan sərhədçilərinin gizli ...

    10-01-2014, 12:20

  • 
  • Putin, Əliyev və Sarkisyan razılığa gəldilər

    Putin, Əliyev və Sarkisyan razılığa gəldilər ...

    20-06-2016, 21:24

  • 
  • Əliyevlə Sarkisyanın görüş yeri və tarixi AÇIQLANDI

    Əliyevlə Sarkisyanın görüş yeri və tarixi ...

    12-05-2016, 13:26


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu