GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Oqtay Qasımov: “Azərbaycan müxalifəti çörəklə imtahana çəkildi” – Müsahibə (I Hissə)

Oqtay Qasımov: “Azərbaycan müxalifəti çörəklə imtahana çəkildi” – Müsahibə (I Hissə)

Tarix: 15-05-2017, 14:25 Bölmə :Müsahibə Baxış: 632
Oqtay Qasımov: “Azərbaycan müxalifəti çörəklə imtahana çəkildi” – Müsahibə (I Hissə)


Əbülfəz Elçibəyin köməkçisi: “Mənim hakimiyyət mənsubları ilə xüsusi münasibətim olmayıb və buna cəht etməmişəm”.

“Siyasi mövqeyimizlə bağlı yaşadığımız sıxıntılar bu gün də davam edir. Amma bu doğru bildiyimiz fikirlərin dəyişməsinə təsir etməz etməz”.

Dosye: Oqtay Qasımov 1966-cı ildə Zəngəzur mahalınnın Qafan rayonunda anadan olub. 1988-ci ildə ailəsi ilə birlikdə Ermənistandan qaşqın düşüb. 1983-cü ildə Azərbaycan Politexnik İnstitutuna qəbul olunub, 1990-cı ildə ali təhsilini başa vurub. 1985-1987-ci illərdə hərbi xidmətdə olub. 1998-ci ildən xalq hərəkatının fəallarından olub. 1992-2000-ci illərdə Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi işləyib. Elçibəyin ən inanılmış və ən sadiq adamı kimi tanınıb. Elçibəy dünyasını dəyişdikdən sonra siyasətdən çəkilib. Hazırda özəl şirkətlərdən birində çalışır.

PİA.AZ Milli Azadlıq Hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımovla müsahibənin birinci hissəsini təqdim edir.

- Oqtay bəy, bəlkə də yeganə adamsınız ki, bu ölkədə hər kəs bu və ya digər şəkildə Elçibəyə xəyanət etdiyi halda, siz etmədiniz. Bəlkədə sualım bir az qəribə gələcək, amma niyə xəyanət etmədiz?

- Birinci onu qeyd edim ki, hər kəs Elçibəyə xəyanət edib fikri ilə razı deyiləm. Konkret əl ilə sayılası, üzdə olan adamları nəzərdə tutursunuzsa, burada müəyyən doğru məqamlar var. Xəyanət insanın durumu və xarakteri ilə bağlı olan məsələdir. Nəyə xəyanət etməliydim? İşimizə, hədəfimlərizə və xəyallarımızamı? Milli Azadlıq Hərəkatına qoşulandan sonra Əbülfəz bəyi tanımışam və sonra da bir yerdə işləməyə başlamışıq. Əbülfəz bəylə işlədiyim müddətdə sadəcə olaraq öz vəzifəmi yerinə yetirmişəm. Bu belə olmalı, hər kəs üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Bu baxımdan bu məsələdə xüsusi bir məqam görmürəm.

- Sizə elə gəlmirmi ki, ümumiyyətlə Azərbaycan xalqı Elçıbəyi başa düşə bilmədi və bunun özü də bir xəyanət oldu?

- Başa düşməmək və xəyanət etmək tamam başqa bir şeylərdir. Xəyanət dərk edələrək edilən hansısa hərəkətdir. Amma edilən hərəkətin başa düşüşməsi tamam başqa məqamdır. Azərbaycan cəmiyyəti Elçibəyi başa düşmədi fikri ilə qismən razıyam. Ümumiyyətlə bizim cəmiyyət Əbülfəz bəyin düşüncələrini müəyyən məqamda tam olaraq dərk edə bilmədi. Amma zamanla Azərbaycan cəmiyyəti Elçibəyi dərk etdikcə ona münasibətində də ciddi müsbətə yönülük dəyişikliklər surətləndi. Bu gün cəmiyyətimin mühüm qismi Elçibəyin düşüncələrini başa düşür və nə istədiyini anlayır. Elçibəyin bəzi addımlarını yanlış, qəribə kimi qəbul edən bir çox insan indi o addımların nə üçün atıldığının fərqinə varırlar.

Oqtay Qasımov: “Azərbaycan müxalifəti çörəklə imtahana çəkildi” – Müsahibə (I Hissə)


Oqtay Qasımov: “Mən Əbülfəz bəylə bağlı, ya da getdiyimiz bu yolda imkanım, gücüm çatan nə varsa, onu etməyə çalışmışam”.

- Özünüzü bu gün Elçibəyin ruhuna sadiq hesab edirsiniz, yoxsa qəlbinizin hansısa bir küncündə düşünürsünüz ki, Elçibəyə xəyanət etmisiz? Yəni hərdən özünüzə belə etiraf edə bilmədiyiniz belə hisslər keçirirsinizmi?

- Xeyir, sizin dediyiniz məsələ ilə bağlı çox rahatam. Çünki hər zaman hesabatı ilk olaraq vicdanım qarşısında verirəm. Əbülfəz bəylə bağlı, yaxud getdiyimiz bu yolda imkanım, gücüm, imkanım çatan nə varsa, onu etməyə çalışmışam.

Deyə bilərsiniz ki, bu gün Əbülfəz bəylə bağlı yanlış fikirlər deyilir, kimlərsə onun haqqında təhqiramiz formada danışır və onların cavabları lazımı səviyyədə verilməlidir. Hətta deyə bilərsiniz ki, Əbülfəz bəyə qarşı yetərincə təhqirlər, böhtanlar olanda, buna qarşı çıxa bilməmisiniz, cavab verə bilməmisiniz. Bu baxımdan təbii ki, insanın içində müəyyən sıxıntılar olur. Amma bu müəyyən qədər fiziki imkanlarla bağlıdır. Gücüm yetdikcə bu hallara qarşı çıxmışam, bir çoxlarının cavabını da vermişəm. Amma hər kəsin imkanı bir yerə qədərdir.

- Necə oldu ki, Elçibəyin köməkçisi oldunuz və Elçibəylə ilk dəfə harada tanış olmuşdunuz?


- Əbülfəz bəylə bizim ilk tanışlığımız 1988-ci ildə Meydan Hərəkatı başlamamışdan əvvəl oldu. İndiki Texniki Universitet o zamankı Poltexnik İnstitutunda. Orada oxuyurdum. Bizim tələbələrin arasında da müəyyən fikir mübadilələrimiz olurdu. Amma ümumən bu istiqamətdə bizə yön verən Becan Fərzəliyev adlı müəllimimiz vardı. Onun sayəsində Əbülfəz bəylə tanış olmuşam.

Bizim İnstitutun zirzəmisində laboratoriya var idi və toplantılar bəzən orda olurdu. O toplantıya 1-2 dəfə də mən də qatılmışdım. O zamandan da Əbülfəz bəyi tanıdım. İnstitutu bitirəndən sonra da bizim İnstitutun Xalq Cəbhəsinin təqdimatı ilə Xalq Cəbhəsinin Qərargahında İnformasiya Mərkəsində işə başlamışdım. Bundan sonra bizim Əbülfəz bəylə münasibətimiz daha müntəzəm xarakter almağa başladı. Əbülfəz bəy hakimiyyətə gələndən təxmini bir ay sonra da mən prezident aparatına dəvət olundum və mənə dedilər ki, prezidentin köməkçisi təyin edilmişəm. Bundan sonrası da bəllidir və 8 il davamlı olaraq Əbülfəz bəylə bir yerdə işləmişəm.

- Hazırda bir zamanlar Elçibəyin köməksisi olmağınız sizə dividend gətirirmi?

- Siz dividend dediyinizdə nəyi nəzərdə tutursunuz?

- Yəni maddi və mənəvi baxımdan deyirik...

- Təbii ki, mənəvi cəhətdən rahatam və cəmiyyətin bütün kəsimlərində özümə qarşı olan münasibətdən razıyam. Yəni fərq etmir siyasi baxışları nə olur olsun, insanlar məni tanıdığında hər zaman mənə sayğı ilə yanaşırlar. Amma maddi cəhətdən heç bir dividend olmayıb. Siyasi mövqeyimizlə bağlı yaşadığımız sıxıntılar bu gün də davam edir. Amma bu doğru bildiyimiz fikirlərin dəyişməsinə təsir etməz etməz

.
Oqtay Qasımov: “Azərbaycan müxalifəti çörəklə imtahana çəkildi” – Müsahibə (I Hissə)


Oqtay Qasımov: “O insanlar fədakar insanlardır və gördükləri işlərin qarşılığı olaraq heç bir təməna güdməyiblər”.


- Oqtay bəy, bəs hazırkı işinizdən və dolanışığınızdan razısınızmı?

- Mənim şikayətlənmək fikrim yoxdur. Yəni bu ölkənin durumu nədirsə, bizim də durumumuz odur. Onsuz da ölkədə sosial-iqtisadi vəziyyət kifayət qədər mürəkkəbdir. Sosial-iqtisadi vəziyyətin ağırlığı, cəmiyyətimizin böyük hissəsinə mənfi təsir edir. Biz də eyni sıxıntıları yaşayırıq.

- Eşitdiyimizə görə Kələki həyatınız barədə "Kələki, 4 il, 4 ay" adlı kitab yazmısınız. O kitab niyə nəşr olunmadı? Kimsə bu kitabın çap olunmasını əngələdimi, yoxsa siz özünüz vaz keçdiniz?

- Bu məlumat hardandır sizdə? (gülür). Xeyir, bu kitab halında olan yazı deyil. Sadəcə olaraq mən Kələkidə olduğum dövrlərdə yazdığım gündəlikdir. Yəni gündəlik olan hadisələrin mühüm qismi orada öz əksini tapıb. İnşallah zamanla çalışaram onu kitab halına salım. O gündəlikdə maraqlı məqamlar az deyil.

- Yəni Azərbaycan tarixinin müəyyən və çox ciddi bir hissəsi orada öz əksini tapıbmı?


- Təbii ki, o gündəlikdə müəyyən məsələlərə işıq sala biləcək məlumatlar və cəmiyyətin bilmədiyi bir çox hadisələr var. Həmçinin Kələkidə olan yaşantımız, fəaliyyətimiz ilə bağlı da çox məqamlara yer verilib.

- Yaxın zamanlarda o kitabın çap olunması gündəmdədir? Siz o kitabı maddi vəziyyətə görə çap edə bilmirsiniz, yoxsa orada olan məlumatların üzə çıxmasının hanısa nəticələri olmağından çəkinirsiniz?

- Mən deməzdim o gündəlikdə hansısa bir məqamlar var ki, həmin məqamlar kitabın nəşrinə maneçilik yaratsın. Gündəlikdə olan məqamların kimlərəsə mane olacağın da düşünmürəm. Orada ancaq faktlar var-xronoloji faktlar. Nə, nə zaman, harada olub. Konkret olaraq yaşadığımız hadisələri qeyd etmişəm.

Sadəcə olaraq bizim millətə xas olan yazmaq tənbəlliyi məndə də var. Amma əsas odur ki, o qeydlər var və qismət olarsa fikrimizi daha yaxşı cəmləşdirdiyimiz zamanda onu kitab halına salarıq. Hər halda, o gündəliyi Azərbaycan cəmiyyətinə təqdim etməyin lazımlılığını bilirəm. Təbii ki, tarixçi və səlnamə yazan deyiləm. Məqsədli şəkildə də nəysə yazmamışam. Sadəcə reallıq nədirsə, onu yazmışam və gördüyüm məsələlərə qiymət verməyə çalışmışam. Bu qədər.

- Oqtay bəy, Elçibəydən sonra niyə bir mənalı olaraq siyasəti tərk elədiniz? Siz axı kifayət qədər məlumatlı adamdınız və hakimiyyət mətbəxini də hamıdan yaxşı bilirdiz. Niyə siyasətdən getdiniz? Siyasət sizə iyrənc göründü, yoxsa Elçibəydən sonra siyasətin sizin üçün anlamı qalmadı? Siyasətə qoşulsaydınız daha böyük uğurlar qazana bilməzdinizmi?

- Bilirsiniz, Əbülfəz bəydən sonra mən 2 il partiya sıralarında olmuşam. İndiki KAXCP-də təmsil olunmuşam. 2003-cü ilin prezident seçkilərinə qədər də Demokratik Konqresin katibi olaraq da fəaliyyət göstərmişəm. Qeyd edim ki, mən bu vəzifəyə Əbülfəz bəyin zamanında təyin edilmişdim.

Sadəcə olaraq siyasi fəaliyyətdə olmaq üçün bir sıra məqamlar olmalıdır. Bunlardan birincisi normal siyasi bir mühit olmalıdır. Yəni hər bir insan öz potensialını göstərmək üçün müəyyən şəraiti olmalıdır. Mən birinci bu şəraiti görmədim. İkinci Azərbaycan kimi dövlətlərdə siyasətlə məşğul olmağın müəyyən problemləri var. Biz eyni zamanda bir ailə başçısıyıq və ailəmizin, övladlarımızın təhsilin və onların yaşayışın da təmin etməliyik.

Bütün bunları öz gücünə etmək məcburiyyətində qalanda da siyasi fəaliyyətlə məşğul olmaq imkanların məhdudlaşır. Bu məhdudluq da həm fiziki, həm də siyasi baxımdan olur. Mənim bir məsələyə baxışım hakimiyyət mənsubunun baxışından fərqlidir. Azərbaycanda da müxalifət-iqtidar münasibətləri normal məcrada olmadığı üçün siyasətlə məşğul olmaq problemi yaranır. Digər tərəfdən siyasi fəaliyyətlə məşğul olanda kimlərinsə maddi dəstəyinə, filana ehtiyac olur. Bu da müəyyən qədər asılılıq yaradır və tərəfimən qəbul olunan deyil.

Bu baxımdan kənara çəkilmək daha düzgün idi və mən dəbunu etdim. Daha doğrusu ailənin maddi problemlərimin həll ilə məşğul oldum. Amma bu o demək deyil ki, hər şeydən tam kənardayam. Parlament vədigər seçkilərdə özüm iştirak etməsəm də , mənə yaxın olan, fikirlərin bölüşdüyüm, münasibətim olan insanların seçki kompaniyalarına qatılıb onlara imkanım çatan qədər kömək etməyə, ölkədə baş verənlərə imkan daxilində münasibət bildirməyə çalışmışam. Yəni mənim siyasi fəaliyyətim bu çərçivədə görünə bilər.

- Hakimiyyət mənsubları arasında kiminləsə yaxın münasibətləriniz varmı?


- Xeyir, mənim hakimiyyət mənsubları ilə xüsusi nə münasibətim olmayıb, nə də buna cəht etməmişəm.

- Ümumiyyətlə hakimiyyət mənsubları da heç vaxt sizə maraq nümayiş etdirməyiblər. Yəni ki, aparatda hələ də sizinlə işləyən keçmiş adamlar da sizinlə əlaqə yaratmayıb?

- Bildiyimiz kimi bizdə bu məsələlərə münasibət bir az fərqlidir. Məncə Azərbaycanda doğru olmayan məsələ budur ki, insanın potensialından düzgün istifadə olunmur, ya da heç istifadə edilmir. Türkiyənin dövlət idarəetməsindən məlumatı olan bir adam kimi deyə bilərəm ki, onlarda əqli, zəkası, beyni işləyən bütün insanların hakimiyyətdə təmsil olunmasa belə potensialından dövlət naminə istifadə etməyə çalışırlar. Müəyyən məsələlərdə fikirlərini alırlar. Amma bizdə bu cür deyil və münasibət fərqlidir.

- Azərbaycan müxalifətində hazırda hörmət elədiyiniz adamlar var?

- Bəli, müxalifətdə hörmət etdiyim xeyli insan var. Ən azı bir vaxtlar onlarla bir təşkilatda olmuşam, yol getmişəm və bir çoxuyla da çörək kəsmişəm. Bunların hamısı zamanla yaranmış münasibətlərdir. Kimsə öz işində uğurlu ola bilməyib, bu başqa məsələdir. Amma şəxsi münasibətdə çoxlarına hörmətim var və onlar hörmətə layiq insanlardır. O insanlar-xüsusilə sıravi hərəkatçılar fədakar insanlardır və gördükləri işlərin qarşılığı olaraq heç bir təmənna güdməyiblər. Bu cür insanların qabağında sadəcə olaraq baş əymək qalır. Çünki onlar bütün sıxıntılara baxmayaraq öz mövqelərinə sadiq olublar.

- Oqtab bəy, sizcə Azərbaycan müxalifəti niyə əridi və yoxa çıxdı. Elçibəyin zamanında müxalifət çox ciddi birgücə sahib idi. Bu sırf Elçibəyin xarizması ilə bağlı idi, yoxsa prosesləri digər liderlər özləri bu sonuca gətirib çıxardı?


- Hər halda Əbülfəz bəyin yaşamı və ölümü göstərdi ki, bir liderin proseslərdə və tarixin müəyyən məqamlarında rolu nə qədər əhəmiyyətli imiş. Təbii ki, Əbülfəz bəyin dünyasını dəyişməsi Azərbaycan müxalifətində çox ciddi böhrana səbəb oldu. Düşünürəm ki, bu böhrandan çıxamağın yolu bir-birinə yaxın olan təşkilatların və onların rəhbərlərinin daha sağlam əsaslarda münasibətlər qurub və hədəfləri doğru seçməklə ortadan götürülə bilərdi.

Təəssüf ki, bu məsələlər alınmadı. Zaman-zaman şahidi olduq ki, hansısa birliklər, bloklar quruldu, amma onların ömrü çox qısa oldu. Səbəbi ya təşkilatların rəhbərlərinin partiya maraqlarını önə çəkmək istəkləri, ya da güclərinin yetməməsi ilə bağlı oldu.

Digər tərəfdən bu tək təşkilat liderləri ilə bağlı məsələ deyil. Dövlət aparatının davamlı olaraq müxalifət təşkilatlarına yönəlmiş siyasətininin də rolu var. Yəni müxalifət partiyasının sırasında olan insanlara olan basqılar, təzyiqlər sonunda bu vəziyyətə gətirib çıxardı. Çünki bayaq qeyd etdiyimiz kimi, müxalifət partiyasının üzvü olan insanların işləmək imkanları yox səviyyəsində idi. Onlar maddi yönlə, yəni çörəklə imtahan çəkilirdilər. Bunların hamısının təbii ki, təsiri oldu. Eyni zamanda obyektivlik naminə qeyd etməliyik ki, müxalifət partiyaları və onların rəhbərləri bu vəziyyətdən çıxamaq üçün optimal yollar tapıb ortaya qoya bilmədilər. Buna görə də həmin təşkilatlar və müxalifət düşərgəsi bu günkü kimi çox ağır bir duruma düşdü.

Oqtay Qasımov: “Azərbaycan müxalifəti çörəklə imtahana çəkildi” – Müsahibə (I Hissə)


- Belə bir fikir də var ki, Azərbaycan hakimiyyəti qədər Azərbaycan müxalifəti də korrupsiyalaşıb. Bu fikirlə razısınız? Söhbət sırf 2005-ci ildən sonrakı zamanı əhatə edir.

- Bilirsiniz, Azərbaycan hakimiyyətinin korrupsiyaya bulaşması məsələsi ilə bağlı, həm Azərbaycan cəmiyyətində, həm də bütün dünyada birmənalı fikir formalaşıb. Xeyli tutulan və işdən çıxarılan müxalif düşüncəli insanlarımız olub. Bunların hamısı bizim gözümüzün qabağında oldu. Amma müxalifət nümayəndələrinin korrupsiyaya qoşulması məsələsi mənə qaranlq qaldı.

- Məsələn biz bu mənada deyirik ki, hakimiyyət asanlıqla bir müxalifət partiyasın alır, ya da hakimiyyət asanlıqla müxalifət partiyasın parçalayır və s...

- Bəli, aydındır. Amma bu məsələyə korrupsiya demək olmaz. Bir təşkilatın rəhbəri hardansa, aldığı maddi dəstəyin qarşılığında mövqeyin dəyişib, fərli mövqe sərgiləyirsə və öz tərəfdarların, cəmiyyəti aldatmağa çalışırsa, bu korrupsiya deyil. Bunun adı artıq başqadır. Bu baxımdan da bizim məsələlərə baxışımız bir az fərqlidir.

- Oqtay bəy, ömrünün son ilində və son günlərində Əbülfəz Bəyin Əli Kərimliyə olan münasibəti necə idi? Əli Kərimlinin iddia etdiyi kimi, hər şey çox gözəl idimi, yoxsa çoxlarının iddia etdiyi kimi Bəy Əli Kərimli ilə yollarını ayıracaqdı?

Ardı var…

Azər QARAMANLI
Nərminə UMUDLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Elçibəyin ölümündən 13 il ötür- Elçibəylə vida mərasimi -VİDEO

    Elçibəyin ölümündən 13 il ötür- Elçibəylə vida ...

    22-08-2013, 11:21

  • 
  • “Elçibəyin zəhərlənməsi” işindən nə xəbər?

    “Elçibəyin zəhərlənməsi” işindən nə xəbər? ...

    25-06-2013, 11:32

  • 
  • Poroşenko Elçibəyin kadrına vəzifə verdi

    Poroşenko Elçibəyin kadrına vəzifə verdi ...

    23-07-2015, 12:50

  • 
  • Bu gün Əbülfəz Elçibəyin doğum günüdür

    Bu gün Əbülfəz Elçibəyin doğum günüdür ...

    24-06-2013, 00:46

  • 
  • Milli Məclisdə Xocalı abidəsi və Elçibəyin yubileyi ilə bağlı təkliflər verildi

    Milli Məclisdə Xocalı abidəsi və Elçibəyin ...

    14-05-2013, 13:08


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (171)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu