GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “O polis özünü atmasaydı, Mövlud intihar etməyəcəkdi” - Sevinc Fədai/ MÜSAHİBƏ

“O polis özünü atmasaydı, Mövlud intihar etməyəcəkdi” - Sevinc Fədai/ MÜSAHİBƏ

Tarix: 1-06-2017, 12:14 Bölmə :Müsahibə Baxış: 482
“O polis özünü atmasaydı, Mövlud intihar etməyəcəkdi” - Sevinc Fədai/ MÜSAHİBƏ


"Bu, ianə kampaniyasına bənzəyirdi, Ucalın ona ehtiyacı yoxdur”

Mən Mövludla son görüşümüzü belə xatırlayıram: qapıdan çıxanda dedi ki, Emil, bir işıq ucu var, yaxşı olacaq... Bax, belə nikbin və zil qaranlıq içində də işıq görən işıqlı adam idi o...

Həyatda sevdiyim üçüncü adamdır ki, 28 yaşında ömrü sona çatır: Barış Akarsu, Viktor Tsoy və Mövlud Mövlud... Barış doğum günü partisinə gedərkən yol qəzasında, Tsoy Litvadan yeni albomunun hazırlığından dönərkən avtomobil qəzasında həyatını itirərkən, Mövludun "qəzası” kitabının çapına az qalmış baş verdi.

Mayın 27-də onun "Çətirsiz” kitabının təqdimatına gedə bilmədim. Ona görə də Mövludun xanımı Sevinc Fədai ilə görüşüb kitabı və onun yaradıcılığı, həyata baxışları ilə bağlı söhbətləşmək istədim. Sağ olsun, müsahibədən qaçan Sevinc sözümü yerə salmadı, danışmağa razılıq verdi.

Onun BakuPost.az-a müsahibəsini təqdim edirik:

- Sevinc, ondan başlayaq ki, bütün bu hadisələrdən sonra özünü necə hiss edirsən?

Yaxşıyam... Elə hesab edirəm ki, Mövlud əvvəlkindən indi daha yaxşıdır. Nədənsə, qəribə bir rahatlıq var içimdə. Mən onu yoxmuş kimi qəbul edə bilmirəm.
Elə bilirəm ki, bu müsahibəni verəndə də yanımdadır... Yəni, yoxluğuna inanmaq dözülməz olardı. Özümə bunu təlqin etmişəm ki, Mövlud var və həmişə yanımdadır.

Məzar daşı qoyulanda da fikirləşdim ki, gedim-getməyim. Sadəcə, qəbir üstünə gedəndə mənə ölüm çatdı. Sonra ordan qayıtdım və özümü yenə toparlayıb inandırdım ki, Mövlüd var, gələcək, gəlməsə də yaşayacaq.

- Eyni hisslər Ucal üçün də qüvvədədirmi, yəni atasının varlığını hiss etməsi?

- O hiss edir ki, Mövlud yoxdur. Ona həmişə dədə-dədə deyirdi. Çox həssas uşaqdır. Axşam idi, onu yatızdırırdım. Əlini telefona uzatdı ki, ver dədə ilə danışım.

Sonra mənim susmağımı görüb üzünü çevirdi və bir nöqtəyə baxıb yatdı. Yəni elə bil ki, atasızlıq yükünü daşımağa başlayıb. Ancaq bu itkini ona hiss etdirməməyə çalışıram. Qoy böyüsün, zamanı gələndə ona hər şeyi başa salaram.

- Ümumiyyətlə, intihar etmiş atanın övladını böyütmək başqa uşaqların tərbiyə sistemindən fərqlidirmi?

- Övlad böyütməyə heç vaxt dırnaqarası baxmamışam. Bir çox ailələrdə uşaqlar Allah ümidinə böyüyür. Mən Ucal doğulmamışdan qabaq fikirləşirdim ki, bir insan böyüdəcəm.

Təbii ki, iki insanın böyüdəcəyi uşaqla bir insanın böyüdəcəyi uşaq fərqlidir. Amma çalışacam ki, həyatında boşluq, yara olmasın. Çünki uşaqlıq travmalarını böyüyəndə düzəltmək mümkün olmur.

- Sevinc, bu sualı sənə verməliyəm: hadisənin ilk günlərində verdiyin müsahibə çoxlarına qeyri-səmimi təsir bağışladı, hətta Aydın Canıyev də bu haqda məqalə yazmışdı. Niyə müsahibən belə qarşılandı?

- Bilirsiz, cəmiyyət ərinin dalınca saçını-başını yolan, ağlayan qadın görmək istəyirdi. Bunu görmədilər. Onlar elə bilirdilər ki, yalandan, üzülmüş bir obraz yaratmaq istəyirəm. Ancaq ehtiyac görmürəm ki, necə üzüldüyümü göstərim. Heç kimin göz yaşımı görməsini istəmirəm.

- Niyə istəmirsən?

- Hətta biri yazmışdı ki, bundan sonra şeirlər yazacaq, başını bağlayacaq və s. Əksinə, hətta anam da göz yaşımı görmür. Mövludun da bunu görməsini istəmirəm. Amma bilirəm ki, Mövlud görür.

Sadəcə, heç kəsə zəif tərəfimi göstərmirəm. Evli olanda da, ayrı yaşayanda da tək-tük dostlardan başqa kimsə bilməyib ki, biz ayrılmışıq. Mövludla ayrıldığımız iki ayda bir-birimizin yanında olmuşuq, görüşmüşük.

Son bir həftə istisna olmaqla tez-tez görüşürdük. Ona görə də tək-tük dostların qınağından başqa heç kimin qınağı məni incitmədi.

İndi də heç kimi qınamıram, heç kimdən anlayış da gözləmirdim, müsahibəmi də kimlərsə qeyri-səmimi qəbul edibsə özü bilər. Mən demirəm ki, siz kimsiz nəsə deyirsiz.

Sadəcə, qınanmaqla təəccüblənmədim. Ən əsası Mövlud hər şeyi yaxşı bilirdi. Mövlud qarşısında vicdanım narahat olsaydı, mən də bar-bar bağırardım, adamların mənə acımasını istəyərdim.

“O polis özünü atmasaydı, Mövlud intihar etməyəcəkdi” - Sevinc Fədai/ MÜSAHİBƏ


- Bəlkə bax belə aqressiv sözlərin, yəni "heç kimdən anlayış gözləmirdim, özümə ağlamağa stop qoymuşdum...” kimi ifadələr insanların sənə münasibətini dəyişir?

- Niyə aqressiv olur ki? Elə fikirləşmirəm ki, insan acısını ictimai şəkildə yaşamalıdır. Bilirsən Emil, son aylarda Mövludun özünə də demişdim ki, ətrafımızda, dünyamızda dəhşətli hadisələr olur.

Məsələn, suriyalı uşağın ölüsünün dəniz sahilində tapılması haqda fotonu görəndə Mövlüdla günlərlə özümüzə gəlmədik.

Mövlüd da, mən də həssas idik. Deyirdim ki, Mövlud, yanımızda insanlar anidən ölürlər, yanğın hadisəsində daha çox ölümü hiss etmişdim, yəni bütün bunları bilən adamlar xırdalığa getməməlidir, bir-birinə həmdəm olmalıdır.

Çünki biz yazı-pozu ilə məşğuluq. İnsanlar bizə baxır, yazılarımızı oxuyur, insanlara təsəlli verə bilirik.

Ayrıldığımız iki ayda mənim də zəif anlarım çox olub, amma hiss etdirməmişəm. Leksikonumda indi də kimsə soruşanda deyirəm ki, yaxşıyam. Mən insanları məni qınamağını başa düşürəm.

Amma o qədər adam var ki, susdular. Onlar mən qədər Mövlud üçün yanırlar. Onlar üçün mənimlə münasibət saxlamaq indi asan deyil. Məni günahlandırmaq haqqını da onlara verirəm. Çünki Mövlud boyda yazarı, insanı, dostu itirmişik.

Deyə bilmərəm ki, niyə bu yanğı ilə üstümə gəlirsiz? Mən hətta Kamyunun "Yad”ındakı adamı da başa düşürəm. O mənada məni qınayan hər kəsi başa düşürəm.

Sadəcə, bəzi dostlar var idi ki, yanımızda olublar. Onların məsələni ətraflı bildikdən sonra fikirləri də dəyişdi. Ancaq o adamları itirmişəm. Çünki onların ittihamları bəs idi.

- Yəni Mövludla münasibətlərdə özünü Kamyunun "Yad”ının yerində görürsən?

- Yox. Sadəcə hər kəsin öz həqiqəti var. Zamanla daha soyuq başla fikirləşmək olar.

“O polis özünü atmasaydı, Mövlud intihar etməyəcəkdi” - Sevinc Fədai/ MÜSAHİBƏ


- Sevinc, səhv etmirəmsə, Mövlud bu ölkədə ilk intihar edən yazıçıdır?

- Bəli - ilk idi.

- Səncə, yazıçı intihar etməlidirmi?


- Heç kim intihar etməməlidir. Mövlud əsərlər yaratmaq qabiliyyəti olan adam idi. Sözə, yaradıcılığa sığına bilərdi.

Bu hadisələrdən sonra psixoloq yanına gedirdim. Psixoloqdan da soruşdum ki, Mövlud niyə yaradıcılığına sığına bilməsin, axı kosmopolit idi?

Dedi ki, onlar özlərinin qəbul etdiyi həqiqətləri yazmayıblar. O həqiqətlərə özləri çatmayıblar, sadəcə onlardan yazıblar. Demək çatmayıb ki, sığına bilməyiblər.

- Ümumiyyətlə, onun yazılarını oxuyurdun?

- İlk oxucusu olurdum (gülür). Gecə yazısını bitirirdi, ilk mənə oxuyurdu. Deyirdi ki, yalandan tərifləmə. Fikrimi əsaslandıranda inanırdı. Bir dəfə hansısa hekayəsini oxuyub qurtaranda sual elədim ki, qurtardı?

Elə bildi ki, lağ edirəm. Acıqlandı mənə, dedi ki, belə böyümüsən məni tənqid edirsən? Sonra fikrimi izah elədim, hekayənin sonuna əlavə etdi, dedim bax, gördün indi hekayənin sonu alındı. Yəni, Mövlud belə çılğın adam idi.

Yazısı çıxanda soruşurdu ki, niyə paylaşmadın? Deyirdim ki, qoy oxuyum, sonra paylaşım. Çox inciyirdi. Bizdə bir cırtqoz sözü var e, sözün yaxşı mənasında əsl cırtqoz idi Mövlud (gülür).

Sonra paylaşanda görürdü ki, yazısının yaxşı yerini tutub Feysbukda statusa çıxarmışam, xoşuna gəlirdi. Belə bir adam idi. Yəni, uşaq kimi əzizlənməyi bir başqa sevirdi, yazıçı kimi başqa nəvazişi sevirdi.

Fikrinə güvəndiyi adam bir yazısını paylaşanda təkrar-təkrar açıb hansı yeri bəyənibsə o yeri neçə dəfə oxuyurdu. Ancaq sizə deyim ki, özünə tənqidi yanaşırdı. Bir hekayəni 3 saata yazırdısa, üstündə 6 ay işləyirdi. Deyirdim ay Mövlud, bəsdir də, yaxşıdır. Çap elətdir.

- Heç olubmu hansısa yazısına pis rəy verəsən, bu da onda bir yaradıcı depressiyası yaratsın?

Yox. Pis rəy verdiyim hekayəsi olmayıb. Ən balaca hekayəsində də enerji olurdu. Bir tərəfdən də axı bizim ruhumuz yaxın idi... Ona görə də yazılarını bəyənirdim.

Mənə həmişə deyirdi ki, mənaya bax, cümlələrdə səhvlərə baxma, onsuz da redaktədə səhvlər düzələcək. Buna görə küsürdü, oxumurdu, keçirdi o biri otağa. Dəqiqədə 100 dəfə küsüb barışırdıq.

“O polis özünü atmasaydı, Mövlud intihar etməyəcəkdi” - Sevinc Fədai/ MÜSAHİBƏ


- Olub-keçənlərdən sonra Mövlud barədə memuar yazmaq fikrin varmı?

- Nə vaxtsa ola bilər. İndi buna hazır deyiləm. Mənə elə gəlir ki, Ucala yazdığım həmin yazını elə Mövluda həsr eləmişəm.

- Yeri gəlmişkən, Mövludun kitabı çap olundu və bir narazılıq var idi. Deyirdilər ki, onun 17 hekayəsi olmayıb, esselərini də hekayə kimi salıblar...

- Bir publisistik yazısı təqdim olunub. "Əzab çəkirəm, aşkım” adlı anasına yazdığı esse idi. Sadəcə, nə qədər yazıbsa onları kitaba salıblar. Mövlud o qədər yazmışdı.

Çünki işinə məsuliyyətlə yanaşırdı. Onun "unutmadığım adamlar” silsiləsindən 4-5 hekayəsi çıxdı. İnciyirdi ki, yazarlar arasında adımı çəkmirlər. Deyirdim ki, Mövlud bu yazı sahəsi vəfasızdır. Bir il yazma unudulursan. Jurnalistika da belədir.


Amma ümidləndirirdim ki, yazmaq lazımdır. Deyirim ki, uşaqlıq travmalarını yazırsan, stili dəyişmək lazımdır. Onda deyirdi ki, bah, Sevinc məni artıq bəyənmir. Sonra "Monstrak” kimi fərqli üslublarda hekayə yazdı.

- Şəhriyar Del Gerani kitabın qiyməti və Ucala bankda hesab açılmasına sərt reaksiya verdi. Sən necə düşünürsən?

- Şəhriyarın statusundan əvvəl özüm müdaxilə etdim. O uşaqların niyyəti düşünüldüyü kimi deyildi. Amma kitabın qiymətinin qoyulmamasına etiraz olundu, bir də Ucalın adına hesab açılmasına etiraz etdim.

O xəbərləri də saytlardan çıxartdırdım. Çünki bu, ianə kampaniyasına bənzəyirdi. Ucalın buna ehtiyacı yoxdur. Onun belə miskin, zəif səsləndirilməsinə qarşıyam.

Ucala nə qədər həssas uşaq olsa da, güclü olacaq və travmaların öhdəsindən gələcək. Bir fürsət yaranıb deyim, o vaxt paylaşırdılar ki, ay yazıq uşaq, tək qoymayın, can və s. İstədim yazam ki, Ucala belə yanaşma olmasın, nə isə susdum. Çünki belə davranışla gələcəkdə o özünü atasız, yazıq hissə edə bilər.

Qətiyyən buna qarşıyam. Kimsə Ucalı sevirsə onu bir şəxsiyyət kimi görsün. Mövluda da deyirdim ki, görünən adamlardan potensiallı, istedadlısan, özünü zəif göstərmə.

Çünki Mövlud əks cərəyanları, tarixi, əks istiqamətli adamları bilirdi. Elə bilirdim ki, yanımda canlı "google” var. Güclü oxu qabiliyyəti var idi. Mən 10 günə oxuduğum kitabı o bir günə bititirdi. Deyirdim ki, güclü olmaq lazımdır.

“O polis özünü atmasaydı, Mövlud intihar etməyəcəkdi” - Sevinc Fədai/ MÜSAHİBƏ


- Sevinc, son sualımı verirəm - Mövludun ömrünü belə sona çatdırmağı gözlənilən oldu?

- Mən evdən gedəndən sonra bir ay günün 10-12 saatını Mövludla yazışırdıq. O vaxt onu intihar fikrindən daşındırdım. Dedi ki, o qədər yazışdıq məni ümidləndirdin. Amma o sözləri dost kimi dayaq olmaq üçün deyirdim.

Bir dəfə zəng etdi ki, Sevinc, qərar vermişəm, bir daha sənə intihar edəcəm deməyəcəm. Çünki bu özü səni yorur, hədə altında saxlayır.

Güclü olacam, özümü toparlayacam, bacarsam münasibəti düzəldəcəm. Mən də çox sevinmişdim. Fikirləşirdim ki, Mövlud bizi qorxutmaq üçün dərman içər, sonra bizə zəng edər qaçıb gedərik mədəsini yuyarıq.

Çünki hündürlükdən qorxurdu, adicə "lampıçka”nı mən düzəldirdim, iynə vurdurmaqdan qorxan adam idi. Ancaq sənə deyim bir məsələ var - o binadan bir polis özünü atmışdı. Mənə dedi ki, üzərindən ailəsinin şəkillərini tapıblar.

Dedim, yəqin ki, ağlından belə bir fikir keçmir. Dedi yox, nə danışırsan, mən indi daha böyük ideyalar, planlar düşünürəm, işlər qururam.

Ancaq indi fikirləşirəm ki, həmin binadan polisin özünü atması hadisəsi olmasaydı, Mövludun ağlına gəlməzdi ki, özünü 17-ci mərtəbədən atsın...

Emil Salamoğlu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mövlud Mövlud intihar etdi - Özünü 17-ci mərtəbədən atdı

    Mövlud Mövlud intihar etdi - Özünü 17-ci ...

    16-03-2017, 20:39

  • 
  • “Mən Mövludun intiharını gördüm” – Hadisənin şahidi

    “Mən Mövludun intiharını gördüm” – Hadisənin ...

    16-03-2017, 21:21

  • 
  • Tanınmış yazarı intihara SÜRÜKLƏYƏN SƏBƏB

    Tanınmış yazarı intihara SÜRÜKLƏYƏN SƏBƏB ...

    16-03-2017, 22:06

  • 
  • Prokurorluq Mövlud Mövludla bağlı məlumat yaydı

    Prokurorluq Mövlud Mövludla bağlı məlumat yaydı ...

    17-03-2017, 22:35

  • 
  • Mövlud Çavuşoğlu Azərbaycana başsağlığı verdi

    Mövlud Çavuşoğlu Azərbaycana başsağlığı verdi ...

    2-04-2016, 21:27


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu