GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Qəbul imtahanlarının iki dəfə keçirilməsindən yalnız DİM qazandı”

“Qəbul imtahanlarının iki dəfə keçirilməsindən yalnız DİM qazandı”

Tarix: 1-08-2017, 11:06 Bölmə :Müsahibə Baxış: 385
“Qəbul imtahanlarının iki dəfə keçirilməsindən yalnız DİM qazandı”


Kamran Əsədov: “Yüksək bal toplayan şəxslərə xüsusi şərait yaradılmalıdır”
“Dünya reytinqində ilk minliyə daxil olmayan universitetlərimizdə təhsil haqlarının hətta yüzlüyə daxil olan universitetlərdən çox olması absurddur”


Ali məktəblərə qəbul imtahanları artıq yekunlaşıb və ixtisas seçimi başlayıb. Ötən illərdən fərqli olaraq bu il abituriyentlər iki dəfə imtahan vermək şansı əldə etdilər. Maraqlıdır, görəsən, abituriyentlərə verilən bu şans təhsilə hansı üstünlükləri qazandırıb, onlar ixtisas seçərkən nələrə diqqət etməlidir? Bu və digər suallara cavab tapmaq üçün Təhsil Xidmətləri Araşdırma Mərkəzinin rəhbəri, təhsil üzrə ekspert, tarixçi alim Kamran Əsədovla söhbətləşdik.

- Qəbul imtahanları yekunlaşdı. Bu il abituriyentlər iki dəfə imtahan vermək şansı qazandılar. Nəticəyə baxdıqda bu şans hansısa üstünlüklər qazandırdı deyə bilərikmi?

- Ali məktəblərə qəbul imtahanlarının 2017-2018-ci ildən etibarən iki dəfə keçirilməsi hesab edirəm ki, gözlənilən nəticəni vermədi. Bu yenilik tətbiq ediləndə gözlənilirdi ki, imtahanda iştirak edənlərin birinci imtahan ilə ikinci imtahan arasında kəskin fərq olacaq. Ən azından ona görə ki, birinci imtahan hələ tədris ili başa çatmamış olmuşdu və abituriyentlərin təkrarlamaq üçün vaxtları olmamışdı. Əslində imtahanlarda nəticələrin əvvəlki illərlə müqayisədə kəskin şəkildə yaxşılaşmasını gözləmək absurd olardı. İlk növbədə ona görə ki, bu il qəbul imtahanlarının vaxtları çox gec, imtahanlara 1 ay qalmış məlum oldu. Bundan başqa, abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmaları üçün sınaq imtahanları qəbul imtahanlarına qədər keçirilmədi. Yalnız birinci imtahandan sonra iki dəfə sınaq imtahanı keçirildi. Düşünürəm ki, qəbul imtahanlarının iki dəfə keçirilməsi təcrübəsi nəticənin qaldırılması baxımından özünü doğrultmadı. Buna qədər abituriyentlər bir dəfə imtahanlarda iştirak zamanı psixoloji gərginlik keçirirdilərsə, iki dəfə keçirilməklə bunun aradan qaldırılması gözlənilirdi. Lakin abituriyentlərin bir çoxu birinci imtahandan sonra əldə etdikləri nəticələrdən sonra arxayınlaşdılar ki, bu da onların ikinci imtahanda aşağı nəticə göstərmələri ilə nəticələndi. Birinci imtahandan zəif nəticə göstərənlər isə ikinci imtahana qədər gərgin psixoloji dövr yaşadılar ki, bu da onların ikinci imtahanda daha da psixoloji gərginliyə saldı və hətta əvvəlki zəif nəticələrdən də bərbad nəticələr göstərdilər. Qəbul imtahanlarının iki dəfə keçirilməsindən yalnız DİM maddi olaraq qazanc əldə etdi, təhsilimiz, abituriyentlər heç bir şey əldə etmədilər.
- Bir sıra ali məktəblərdə təhsil haqları artırıldı. Təhsil haqqını ödəyə bilməyən tələbələr təəssüf ki, təhsildən kənarda qala bilər. Bu cür tələbələrə hansı güzəştlər tətbiq edilməlidir?

- Hesab edirəm ki, ali məktəblərə qəbul zamanı abituriyentlərin elə qeydiyyata gələn kimi təhsil haqqını ödəməsi qaydası absurddur. Təəssüf ki, bizim universitetlər ancaq maddi qazancı qarşılarına məqsəd qoyduqları üçün insan kapitalı qazanmaq haqda düşünmürlər. Hesab edirəm ki, bir sıra universitetlər təhsil haqqını tələbə birinci kursu bitirəndən sonra alsalar, tələbələr onların aşağı səviyyəli tədrisindən, bərbad təhsilindən, normal olmayan idarəçiliklərindən narazı qalıb təhsil haqqını ödəməkdən imtina edib təhsilini dayandıracaq. Universitetlərin əvvəlcədən məcburi şəkildə abituriyentlərdən təhsil haqlarını almalarına səbəb özlərinə, təhsillərinə, tədrislərinə əmin olmamalarıdır. Bütün hallarda orta məktəbi iyun ayında bitirib, gərgin imtahan aylarını geridə qoyan abituriyentdən, onun valideynindən qısa vaxt sonra, avqust ayında 3-5 min manat təhsil haqqını birdən-birə tələb etmək doğru deyil. Məhz yüksək təhsil haqqı qısa müddətdə tələb edildiyinə görə yüzlərlə abituriyent qəbul olduğu universitetdən imtina edir.

- Azərbaycanın iqtisadi reallığını və əhalinin orta aylıq əmək haqqını nəzərə alsaq, ölkəmizdə təhsil haqları əslində nə qədər olmalıdır?

- Təəssüflər olsun ki, Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin təhsil haqqı hədsiz dərəcədə yüksəkdir və reallığı əks etdirmir. Orta statistik azərbaycanlının aldığı aylıq əmək haqqı ilə övladının ali təhsil haqqını ödəməsi mümkün deyil. Dünya reytinqində ilk minliyə daxil olmayan universitetlərimizdə təhsil haqlarının hətta yüzlüyə daxil olan universitetlərdən çox olması, sadəcə olaraq, gülüş doğurur. Reallıq odur ki, hazırda universitetlərin təhsil haqları indikindən 5-6 dəfə ucuz olmalıdır. Alınan təhsil haqqı çox yüksək, verilən təhsil isə çox aşağıdır. Ali təhsil müəssisələrimizin, akademiyalarımızın hazırladıqları kadrların böyük əksəriyyəti hətta daxili bazarımızın tələblərini ödəmir, nəinki beynəlxalq bazarın. Bizim universitetlərimizin məzunlarına dünya bazarında demək olar ki, ehtiyac yoxdur.

- İxtisas seçimində nələrə diqqət edilməlidir?

- İxtisas seçimi qəbul dövründə ən mühüm mərhələlərdən biridir. Abituriyentlərə kömək etmək məqsədilə hər bir ixtisas qrupu üzrə qəbul imtahanları keçirildikdən və cavablar elan olunduqdan sonra müsabiqədə iştirak edən abituriyentlərin ballarının paylanma cədvəllərini DİM çap edib ictimaiyyətin nəzərinə çatdırır. Yəni burada 200 bal toplayan neçə abituriyent var və yaxud 500 bal neçə abituriyent toplayıb, hamısı haqqında məlumatlar verilir və abituriyent buna əsasən balının hansı ixtisasa uyğun olduğunu təyin edə bilir. Bundan əlavə, ixtisas seçilməzdən əvvəl keçid balları təyin edilir. Keçid balları ötən ilin müsabiqə vəziyyəti ilə bu ilin müsabiqə vəziyyəti arasında fərqin əsasında yaranır. Ən ciddi problem də burda yaranır. Abituriyentlər, onların valideynləri düşünür ki, əvvəlki illərdə hansı balla o ixtisasa qəbul olubsa, bu il də o balla olacaqdır. Lakin bu heç də belə deyil. Hər il üçün müsabiqə vəziyyəti abituriyentlərin sayı və onların topladıqları ballara görə müəyyən olunur. Tövsiyə edirəm ki, abituriyentlər onlara təqdim olunan informasiyaları düzgün təhlil edib və buna əsasən qərar versinlər. Müsabiqədə iştirak edən abituriyentlərə iyul ayının 29-dan avqustun 10-na qədər vaxt verilib. Kifayət qədər vaxtın olması ilə yanaşı, abituriyentin ixtisas seçərkən kodlaşdırmada səhv etmək şansı yoxdur. Çünki səhv olan zaman proqram avtomatik olaraq abituriyentə yanlış olması ilə bağlı məlumat verir. Abituriyentə yalnız informasiyaları düzgün təhlil etmək və balına uyğun olaraq ixtisası müəyyənləşdirmək qalır. Məsləhət görürəm ki, abituriyentlər ixtisas seçən zaman o ixtisasın əvvəlki ilə olan plan yerinə, təhsil haqqına və o ixtisas üzrə digər universitetlərdə formalaşmış ballara diqqət yetirsinlər.

- Sizcə, abituriyentlərin ixtisas seçimi əmək bazarının tələblərinə uyğundurmu?

- Bu gün istər valideynləri, istər abituriyentləri düşündürən bir məsələ var. O da budur ki, qəbul olduqları ixtisası bitirdikdən sonra harada işləyəcəklər və ya ümumiyyətlə, iş tapa biləcəklərmi? Düşünürəm ki, Azərbaycanda hələ də ali təhsil müəssisələrində simvolik, əmək bazarında ehtiyac olmayan onlarla ixtisaslar var. Adicə 2017-ci ildə orta məktəblərdə müəllim olmaq üçün 10 min vakant yerə 50 min müəllim elektron ərizə vermişdi. Bütün yerlər tutulduqdan sonra 40-min əli diplomlu şəxslər, işsiz əmək bazarında qalacaq. Lakin bu qədər əmək bazarında işsiz müəllim ordusunun olmasına baxmayaraq bizim universitetlər, orta ixtisas təhsil müəssisələri müəllimlik ixtisaslarına qəbul həyata keçirir və hətta hər il bu ixtisasların plan yeri artırılır. Hesab edirəm ki, belə ixtisaslar çoxdur. Bunlar ixtisar olunmalıdır. Bizim bu qədər baytar, zootexnik, meşəçi, meliorasiya mühəndisi, elektrik mühəndisi, regionşünas, jurnalist, iqtisadçı və sair ixtisaslarımıza artıq ehtiyac yoxdur. Əmək bazarı daha mobil ixtisasları tələb edir.

- Yüksək nəticə göstərən abituriyentlər çox zaman xarici ölkələrdə oxumağı seçir. Sizcə, bu nə ilə bağlıdır? Onlar ölkəmizdə istədikləri üstünlükdə təhsil ala bilməyəcəklərini düşünür, yoxsa tamamilə başqa səbəblər var?

- Xarici ölkələrdə oxumağa gedənləri iki qrupa bölmək olar. Birincisi yüksək təhsil almaq istəyənlərdir. Onları ölkədəki təhsilin səviyyəsi qane etmir. İkincisi isə ölkədə ali məktəbə qəbul ola bilməyib, necə olursa-olsun, haradan olursa-olsun, ali təhsil sənədi almaq istəyənlərdir. Əslində birincilər ikincilərdən daha çox ölkə üçün təhlükəlidir. Ona görə ki, biz hazır potensiallı, bilik və bacarıqlara malik kadrı itiririk. Bir çox hallarda Azərbaycanda yüksək bal toplayan gəncləri buradakı təhsil, təhsil ocağındakı mühit qane etmir və o, xarici ölkələrə üz tutur. Təəssüf ki, bizim 2-3 universitetdən başqa digərləri yüksək bal toplayan abituriyentləri cəlb etməkdə maraqlı deyillər. Onlar balından asılı olmayaraq plan yerlərinin dolmasını, gəlir əldə etməyi düşünürlər. Bir çox hallarda yüksək bal toplayanlar xarici ölkələrdə təhsil almağa getdikdən sonra oradakı mühit onları qane edir və onlar həmin ölkədə qalırlar. Bu zaman biz həm düşünən birini, həm də potensial vətəndaşı itirmiş oluruq. Bu məsələni xüsusi nəzarətdə saxlamağa ehtiyac var. Yüksək bal toplayan şəxslərə xüsusi şərait yaradılmalı, güzəştlər edilməlidir ki, onlar ölkəmizdə qalsınlar. Universitetlər bu tələbələri cəlb etməkdə maraqlı olmalıdır./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • DİM iyulun 14-də II və III qruplar üzrə qəbul imtahanları keçirəcək

    DİM iyulun 14-də II və III qruplar üzrə qəbul ...

    8-07-2017, 12:08

  • 
  • Sabahdan Azərbaycanda ali məktəblərə ixtisas seçimi başlayır

    Sabahdan Azərbaycanda ali məktəblərə ixtisas ...

    28-07-2017, 11:33

  • 
  • Azərbaycanda ali məktəblərə ixtisas seçimi başladı

    Azərbaycanda ali məktəblərə ixtisas seçimi başladı ...

    29-07-2017, 14:27

  • 
  • Ali məktəblərə I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının suallarının düzgün cavabları açıqlanıb

    Ali məktəblərə I və IV ixtisas qrupları üzrə ...

    23-07-2017, 19:36

  • 
  • Sınaq və rus bölməsi abituriyentlərinin Azərbaycan dili imtahanlarının vaxtı açıqlanıb

    Sınaq və rus bölməsi abituriyentlərinin ...

    16-03-2017, 22:15


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu