GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Mənə Əli Həsənovun heç nəyi lazım deyil, oğlumu qaytarsınlar” — Avtoqəzada ölən sürücünün anası ilə ŞOK MÜSAHİBƏ

“Mənə Əli Həsənovun heç nəyi lazım deyil, oğlumu qaytarsınlar” — Avtoqəzada ölən sürücünün anası ilə ŞOK MÜSAHİBƏ

Tarix: 8-08-2017, 13:16 Bölmə :Müsahibə Baxış: 437
“Mənə Əli Həsənovun heç nəyi lazım deyil, oğlumu qaytarsınlar” — Avtoqəzada ölən sürücünün anası ilə ŞOK MÜSAHİBƏ


“Astan Şahverdiyev yalan danışdığına görə utanıb yerə girsin!”


Avqustun 3-də paytaxtın Heydər Əliyev prospektində ağır qəza törətmiş Baş nazirin müavini, “Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus “Mercedes Gelandewagen” markalı avtomobilin həmin qəzada həlak olan sürücüsü Mehdi Əliyevin anası Nazilə Əliyeva müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

“Hadisə baş verən iki gün ərzində yazıq övladımı günahkar bilirdim”

– Hadisədən necə xəbər tutdunuz?

– Gəlinim xəbər verdi. İnternetdə yazılanda ki, qəzaya uğrayan avtomobili Mehdi Əliyev idarə edirmiş, ölümü görüb qayıtdım. Ancaq əmin idim ki, Mehdi heç zaman maşını elə sürətlə sürməz. Oğlum harın uşaq deyildi, o zəhmətlə böyümüşdü, ali təhsilli idi, hərbi xidmətdə olmuşdu. Oğlumu tanıyan adamlar onun qanacağından bəhs edərdilər.

Digər tərəfdən isə maşın oğlumun deyildi. O heç zaman əmanət edilən maşını sürətlə sürməzdi. Hadisə baş verən iki gün ərzində yazıq övladımı günahkar bilirdim. Onu, özümü qınayıb deyirdim ki, axı nə üçün bərk sürmüsən? Utandığımdan insanların üzünə baxa bilmirdim. Ancaq iki gün sonra məlum oldu ki, sükan arxasında oturan adam oğlum olmayıb, bir az ürəyim toxtadı. Düşündüm ki, mənim balam təqsirkar deyil.

“Nə Əli Həsənov, nə də həyat yoldaşı əlaqə saxlayıb bizə başsağlığı verməyib”

– Əli Həsənov və ailəsindən kimlər sizə başsağlığı verib?

– Doğrudur, hadisə baş verən günün səhərisi Nail Allahverdiyevin atası və ya qohumları maraqlanmışdı. Oğlumun cənazə işlərinə də köməklik göstərirlər. Ancaq bütün bunlar mənə təsəlli verə bilməz. Mən anayam və sağ-salamat igid oğlumu itirmişəm. Cəmi bir oğlum var idi, ailəmizi o dolandırırdı. Mən oğlumu istəyirəm. Nə Əli Həsənov, nə də həyat yoldaşı əlaqə saxlayıb bizə başsağlığı verməyib. Çox istəyirdim ki, Nailin anası gəlib mənimlə görüşsün. Çox istəyirdim ki, anası gəlib görsün mən nə əzablar çəkirəm. Mənə onların heç nəyi lazım deyil, oğlumu geri qaytarsınlar. Mənə Əli Həsənovun heç nəyi lazım deyil, Nail Allahverdiyevə hansı cəzanın verilməsi mənim üçün əhəmiyyətli deyil, mənə oğlum lazımdır. Lap istəyirlər, sabah Naili azadlığa buraxsınlar, bu məni zərrə qədər də maraqlandırmır. Mən oğlumu istəyirəm. Guya sabah onu azadlığa buraxmayacaqlar? Lap indi açıb buraxsınlar, amma mənim oğlumu qaytarsınlar. Onların mənə heç nəyi lazım deyil. Onun körpə balası yetim qalıb. Bir oğlum var idi, onu min zəhmətlə atasız, müəllimə maaşımla böyütmüşəm. Ailədə bizə baxan yeganə adam idi.

“Mehdi 3 yaşlı körpə oğlunu yetim qoydu”

– Oğlunuz Nail Allahverdiyevlə necə tanış olmuşdu?

– Oğlum onların yanında sürücü kimi işə düzəlmişdi. Oğlumun birdən-birə varlı bir ailə ilə tanışlığı da sırf işlə bağlı olub. Daha harın həyat tərzi yaşamaq üçün getməmişdi. Oğlum hərdən mənimlə söhbətində də deyirdi ki, mən ora sırf işə üçün getmişəm, ailəmizi dolandırmaq lazımdır. Təqribən bir ilə yaxın idi ki, onların yanında sürücü kimi işə düzəlmişdi.

Oğlum ağıllı, qanacaqlı övlad idi. Rəhmətlik haqqında heç kəs bir kəlmə də pis söz deyə bilməz. Bütün məhlə onun qanacağına bələd idi. Oğlumun yoxluğuna hələ də inana bilmirəm. Mehdi 3 yaşlı körpə oğlunu yetim qoydu. Heç körpə balasını doyunca görə bilmədi. Onun bütün amalı ailəsi və körpə balası ilə bağlı idi. Oğlum ancaq bunun üçün yaşayırdı. Özü əziyyətlə böyümüşdü deyə, istəyirdi ki, balası əziyyət çəkməsin. Oğlum atasız böyümüşdü, indi onun da balası atasız böyüyəcək. Atasını itirəndə Mehdinin 15 yaşı vardı. Həyat yoldaşım xəstə olduğu üçün onun ölümünü birtəhər qəbul etmişdik. Ancaq sağ-sağlam oğlumun ölümünü qəbul edə bilmərəm. Mən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə dərs deyirəm, aldığım maaş çox azdır. Oğlum işləyib qazanıb bizi dolandırırdı. Evin kişisi o idi. Ona görə də özünü oda-gözə vururdu. Evə qazanc gətirmək üçün bütün zəhmətə qatlaşırdı.

“Astan Şahverdiyev yalan danışdığına görə utanıb yerə girsin!”

– Hadisə törədilən vaxtı deputat Astan Şahverdiyev oğlunuzu təqsirli bilərək, sükan arxasında rəhmətlik Mehdi Əliyevin olduğunu iddia etmişdi. Bütün bunlardan xəbəriniz var idimi?

– Gərək o deputat yalan danışdığına görə utanıb yerə girsin! Heç nədən utanmırsa, heç olmasa yalan danışmasın. Yalan danışmaqdan qorxmursa, Allahın qəzəbindən qorxsun. Mən o iki gündə nə əzablar çəkmişəm, bunu Allah bilir./ölkə.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əli Həsənovun nəvəsi ilə bağlı açıqlama — "Hazırda ailəsinin yanındadır"

    Əli Həsənovun nəvəsi ilə bağlı açıqlama — ...

    4-08-2017, 17:45

  • 
  • Əli Həsənovun nəvəsinin “Galendewagen”i iki Türkiyə vətəndaşını da vurub -2 ÖLÜ, 2 YARALI

    Əli Həsənovun nəvəsinin “Galendewagen”i iki ...

    4-08-2017, 15:14

  • 
  • Əli Həsənovun nəvəsini hansı cəza gözləyir?

    Əli Həsənovun nəvəsini hansı cəza gözləyir? ...

    5-08-2017, 12:50

  • 
  • "Gelandewagen"də ölən Mehdi kimdir? - YENİ FAKTLAR

    "Gelandewagen"də ölən Mehdi kimdir? - ...

    4-08-2017, 14:55

  • 
  • Türkiyə XİN-dən Əli Həsənovun nəvəsinin törətdiyi qəza ilə bağlı — RƏSMİ AÇIQLAMA

    Türkiyə XİN-dən Əli Həsənovun nəvəsinin törətdiyi ...

    7-08-2017, 18:52


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (80)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu