GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “ABŞ vitse-prezidentinin səfəri Gürcüstana və bizim hakimiyyətə etimadın ifadəsidir”

“ABŞ vitse-prezidentinin səfəri Gürcüstana və bizim hakimiyyətə etimadın ifadəsidir”

Tarix: 8-08-2017, 18:11 Bölmə :Müsahibə Baxış: 356
“ABŞ vitse-prezidentinin səfəri Gürcüstana və bizim hakimiyyətə etimadın ifadəsidir”


Gürcüstanlı deputat: “Gürcüstanın NATO və Avropa Birliyinə doğru getməkdən başqa yolu yoxdur”


Gürcüstan parlamentinin deputatı, hakim “Gürcü arzusu” iqtidarının təmsilçisi Mahir Dərziyevlə Qafqaz regionunda baş verən prosesləri, müzakirə etmişik. Məlumat üçün bildirək ki, ötən həftə NATO-nun Gürcüstanda hərbi təlimlərə başlayıb və ABŞ-ın vitse-prezidenti Mayk Pencenin Tiflisdə səfər olub. Bu faktiki olaraq Rusiya-Amerika münasibətləri konteksində növbəti geosiyasi mübarizənin təzahürü kimi xarakterizə olunur.

- Mahir müəllim, hazırda Gürcüstanda NATO təlimləri başlayıb. Bu ölkənin deputatı olaraq təlimlərə münasibətiniz necədir?

- Bəli, Gürcüstanda NATO-nun “Etibarlı tərəfdaş” adlı təlimləri başlayıb. Bu gürcü cəmiyyətində müsabət qarşılanır və bunun da səbəbləri var. Gürcüstan müstəqqillik əldə etdikdən sonra Rusiyanın xeyir-duası ilə burada separatçılıq toxumları səpildi. Gürcüstanın iki bölgəsində əvvəl müstəqillik elan edildi, sonra Rusiya bu ölkələri tanıdı və faktiki ilhaq etdi. Hazırda Gürcüstanda sürünən işğal termini çox işlədilir. Yəni işğal hər gün davam edir. Cənubi Osetiya və Abxaziya demək olar ki, hər gün öz “sərhədlərini” bir neçə metr Gürcüstan ərazilərinə doğru çəkir. Faktiki olaraq hətta atəşkəs şəraitində belə Gürcüstan öz torpaqlarını itirməkdə davam edir. Eləcədə həmin bölgələrdə yaşayan gürcülərlə bağlı təmizlənmə həyata keçirilir, gürcü dilində tədrisə imkan verilmir və s. Yəni Gürcüstan torpaqlarının 20 faizini itirmiş şəraitdədir. Bununla paralel olaraq hökumət Saakaşvili iqtidarından fərqli olaraq “döyüşkən ritorika” üslubundan qaçdı, Rusiya ilə münasibətləri yoluna qoymağa çalışdı, iqtisadi əlaqələrin bərpası üçün addımlar atdı, viza rejimini yüngülləşdirdi və s. Amma buna rəğmən Rusiya ənənəvi siyasətini davam etdirir. Bu şəraitdə Gürcüstan Avroatlantik məkana üz tutur. Gürcüstan Avropa İttifaqı ilə assosiativ müqavilə imzalayıb, NATO üzvü olmağa qərarlıdır.

- Demək istəyirsiniz ki, NATO və Avropa İttifaqına üz tutmağınız Rusiyanın bu addımlarına qarşı Gürcüstanın siyasi gedişidir?

- Bəli. Bizim başqa yolumuz yoxdur. Biz çalışmalıyıq ki, Gürcüstan məsələsi dünyanın gündəmindən düşməsin, bizim müttəfiqlərimizin, dostlarımızın gündəmində olsun. Gürcüstan kiçik bir ölkədir, Rusiya kimi nəhəng dövlətlə hərbi münaqişəyə girməyə, öz ərazi bütövlüyünü hərbi yollarla təmin etməyə imkanı yoxdur. Üstəlik 2008-ci ilin acı təcrübəsi bizim yadımızdadır. Ona görə də, Rusiya məkirli siyasəti Saakaşvili hakimiyyətinin təxribata çəkilməsinə imkan verdi, nəticədə Gürcüstanda əlavə torpaqlar itirdi, qaçqın sayı artdı və həm də imkan yaratdı ki, ruslar Abxaziya ilə Cənubi Osetiyanın müstəqilliyini tanısın. Rusiyanın hərbi gücü, əzələ nümayişi qarşısında bizim başqa yolumuz yoxdur.

- NATO təlimlərindən sonra Rusiya-Gürcüstan münasibətləri bir qədər də pisləşməyəcəkmi?

-Gözlənilir ki, bu baş versin. Mən azərbaycanlı deputatam. Azərbaycan bir müddət əvvəl uğurlu aprel müharibəsi apardı, xeyli torpaq və strateji yüksəklikləri azad etdi. Heç kimə sirr deyil ki, Rusiyanın təsiri olmasaydı, Azərbaycan ordusu böyük əraziləri işğaldan azad edərdi. Elə indi də sirr deyil ki, Ermənistan Rusiyaya güvənir, Rusiya isə imkan vermir ki, Azərbaycan ərazi bütövlüyünü təmin etsin. Yəni Cənubi Qafqazda güclü Rusiya faktoru var. Gürcüstanın da başqa yolu qalmır. Gürcüstan ancaq öz müttəfiqlərinə güvənir, bu problemin daima dünya gündəmində qalmasına çalışır.

- Mahir müəllim, dünən ABŞ-ın vitse-prezidenti Mayk Pence Tiflisə səfər edib. Bu səfərlə bağlı gürcülərin hansı gözləntiləri var?

- Bəli, səfər artıq başlayıb. ABŞ-ın vitse-prezidenti Mayk Pence hərbi təlimləri müşahidə edəcək. Biz, bu səfəri yüksək qiymətləndiririk. Bu səfər ilk növbədə ABŞ-ın Gürcüstana göstərdiyi etimadın və dəstəyin ifadəsidir. Söhbət ABŞ-da prezidentdən sonra ikinci vəzifəni tutan şəxsin səfərindən gedir. Bu ABŞ-dan həm Gürcüstana, həm də mənim təmsil olunduğum Gürcüstan hakimiyyətinə göstərilən dəstəyin təzahürüdür.

- Zamanında ABŞ prezidenti Corc Buş, habelə dövlət katibi Kondaliza Rays Gürcüstana səfər etmişdi. Lakin bu səfərlərin nəticəsi olmadı, əvəzində Gürcüstan torpaqlarını itirməkdə davam etdi...

- Bu gün Gürcüstanda müxalifətin bir hissəsi Rusiya meyllidir. Gürcü siyasi xadimlərindən biri Nina Burcanadzedir. Bu yaxınlarda onun bəyanatı oldu ki, 2008-ci ildə ABŞ Gürcüstan üçün nə etdi ki, ancaq içməli su və pampers gətirdi. Ancaq bilənlər bilir ki, məhz ABŞ və Avropadakı müttəfiqlərimizin basqısı olmasaydı, Rusiya daha böyük bəlalar törədə bilərdi. Məhz Gürcüstanın müttəfiqləri sayəsində Gürcüstanda Rusiyanın addımları dayandırıldı. Təbii Gürcüstan torpaqlarının işğaldan azad edilməsi çox uzun, ağrılı və çətin prosesdir. Bunu hamımız dərk edirik. Ancaq bu gün ABŞ kimi dövlətin vitse-prezidentinin Tiflisdə səfərdə olması bizim üçün böyük dəstək və etimaddır.

- Hazırda Gürcüstanda NATO hərbi bazası varmı?

- Gürcüstanda NATO-nun hərbi bazası yoxdur.

- Bəs Amerikanın?

- Nə Amerikanın, nə də ABŞ-ın Gürcüstanda hərbi bazası yoxdur. Ancaq Əfqanıstana gedən təchizatın xeyli hissəsi Gürcüstan üzərindən həyata keçirilir. Başqa sözlə, Gürcüstanda əksər infrastrukturdan, o cümlədən hərbi infrastrukturdan bu məqsədlə istifadə olunur. Eləcədə digər sülhməramlı əməliyyatlarda da istifadə edilir. Həmçinin Gürcüstan Silahlı Qüvvələri ilə geniş əlaqələr mövcuddur. Bu özünü həm NATO-nun hərbi təlimlərində, təchizatda və s məsələlərdə özünü göstərir. Lakin NATO və ABŞ-ın Gürcüstanda hərbi bazası yoxdur.

- ABŞ vitse-prezidentinin bu səfərindən sonra NATO və ya ABŞ Gürcüstanda hərbi baza aça bilərmi?

- Açığını deyim ki, bu məsələ təkcə Gürcüstandan asılı deyil. Biz istəsək belə, buna NATO-nun razılığı və istəyi lazımdır. Bu hal zəncirvari reaksiyaya səbəb ola bilər. Rusiya öz sərhədləri yaxınlığında hər hansı NATO hərbi bazasının yerləşdirilməsinə qıcıqla yanaşır və bacardığı qədər buna cavab verir, təpkisini göstərir. Başqa sözlə, bunu bizim istəməyimizlə yanaşı NATO-nun da istəməyi lazımdır. Dəfələrlə NATO sammitlərində Gürüstanın NATO-ya üzv olması arzumuzu dilə gətiriləndə NATO rəhbərliyi və üzv ölkələri tərəfindən müsbət qarşılanıb. Eyni zamanda NATO strukturları, rəhbər şəxsləri tərəfindən daima qeyd edilib ki, regionda mövcud olan şərait baxımından Gürcüstanın alyansa üzvlüyü bir qədər təxirə salınır. Həmişə belə olub. Biz hər dəfə NATO sammitlərinə arzu ilə getmişik, lakin hər zaman da bu məsələ təxirə salınıb, qeyd edilib ki, məsələyə yaxın gələcəkdə baxılacaq. Açıq deyim ki, bizim istəyimizə baxmayaraq Gürcüstanın NATO üzvlüyünə qəbul olunması gündəlikdə durmur. Ancaq biz səylərimizi davam etdiririk.

- Bir neçə gün əvvəl Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının yaradılması haqqında qərar verildi. Aydındır ki, Saziş və sənədə əlavə Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının təyinatı, formalaşdırılması və istifadəsini müəyyən edir. Qeyd olunur ki, Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının yaradılmasının əsas məqsədi Qafqaz kollektiv təhlükəsizlik bölgəsində hərbi təhlükəsizliyin təmin edilməsidir. Gürcüstan tərəfinin bu məsələyə münasibəti nədən ibarətdir?

-Əvvəla deyim ki, mənim bu sənədlə bağlı dərin və ətraflı məlumatım yoxdur. Bu haqda yeni eşitmişəm. Ümumilikdə onu deyə bilərəm ki, Rusiya və sülh bir-birilə tərs mütənasib anlayışdır. Bu mənada hesab edirəm ki, Rusiya olduğu yerdə adətən sülh olmur. Sözsüz ki, hərb bir dövlətin suveren hüququ var ki, istədiyi dövlətlə hansısa formatda əməkdaşlıq etsin. Əlbəttə, Ermənistan Gürcüstan üçün dost və qonşu dövlətdir. Gürcüstanın Milli Təhlükəsizlik Doktrinasına görə, Azərbaycan və Türkiyə strateji müttəfiqdir. Ancaq Ermənistan Gürcüstan üçün dost və qonşu ölkədir. Bu vaxta qədər Ermənistanın Rusiya ilə müxtəlif formatlarda əməkdaşlığı olub və biz buna anlaşılan yanaşmışıq. Lakin söhbət ordudan, qoşundan gedirsə, nəzərə almaq lazımdır ki, Qafqaz kövrək regiondur. Burada qüvvələr balansı, sülh tarazlığı hər an pozula bilər. Belə şəraitdə kənar hərbi qüvvənin regionda iştirakı arzu edilən deyil. Biz ən azından belə hallara ehtiyatla yanaşmalı, diqqətli olmalıyıq. Mən bu məqamı dərindən bilmirəm. Lakin Cənubi Qafqazda söhbər əlavə hərbi qüvvədən və əməkdaşlığdan gedirsə, region ölkələri bunun fərqinə varmalıdır. Ümumilikdə belə proseslər regionumuz üçün yaxşı heç nə vəd etmir.

HÜSEYN ABBASOĞLU
"Gündəm Xəbər"
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gürcüstan ABŞ və Britaniya qüvvələri ilə birgə hərbi təlimlərə başlayıb

    Gürcüstan ABŞ və Britaniya qüvvələri ilə birgə ...

    13-05-2016, 01:53

  • 
  • Amerikanın «Abrams» tankları Gürcüstanda - FOTOLAR

    Amerikanın «Abrams» tankları Gürcüstanda - FOTOLAR ...

    6-05-2016, 01:54

  • 
  • Gürcüstanda hərbi çevriliş həyəcanı

    Gürcüstanda hərbi çevriliş həyəcanı ...

    4-12-2012, 12:13

  • 
  • Rusiya NATO təlimlərinə pis baxır

    Rusiya NATO təlimlərinə pis baxır ...

    7-06-2016, 23:42

  • 
  • NATO-dan Rusiyaya göz dağı

    NATO-dan Rusiyaya göz dağı ...

    9-03-2015, 15:18


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (410)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu