“Güman edirəm ki, Ümumrusiya Azərbaycan Konqresi ilə bağlı sentyabrda düzgün qərar veriləcək”.
Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Qlobal Gənc Liderlər Forumunda deyib. N. İbrahimov bildirib ki, bununla bağlı Rusiyada keçiriləcək məhkəmənin müvafiq qərarını gözləmək lazımdır: "Bu istiqamətdə müvafiq iş aparılır. Qərardan sonra müəyyən fikirlər söyləmək olar. ÜAK-ın hər hansı bir məhkəmə qərarı ilə ləğvi heç də yaxşı hal deyil. Bu, Rusiyada yaşayan milyonlarla azərbaycanlının narazılığına səbəb olub. Düşünürük ki, bu məsələni yumşaq yolla həll etmək mümkündür. Hər bir təşkilatın idarə olunmasında müəyyən nöqsanlar ola bilər. İstək olduğu halda bu çatışmazlıqları aradan qaldırmaq və məsələni həll etmək mümkündür. Belə radikal qərarların verilməsi azərbaycanlılar arasında narazılığa səbəb olur. Güman edirəm ki, sentyabrda düzgün qərar veriləcək”. N.İbrahimov onu da əlavə edib ki, hər hansı neqativ qərar olarsa, rəsmi fikir bildirəcəklər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?