GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Astan Şahverdiyev: “Yəni bu qədər qudurmuşam ki, belə söz deyim?”

Astan Şahverdiyev: “Yəni bu qədər qudurmuşam ki, belə söz deyim?”

Tarix: 25-08-2017, 11:26 Bölmə :Müsahibə Baxış: 410
Astan Şahverdiyev: “Yəni bu qədər qudurmuşam ki, belə söz deyim?”


Qalmaqallı deputat “Yeni Müsavat”a danışdı; “Kişi mübarizəsini də kişi kimi aparar...”

Deputat Astan Şahverdiyev daha bir açıqlaması ilə cəmiyyətin qəzəbinə tuş gəlib. Bundan əvvəl o, Rusiyaya işləməyə gedənləri “otxod” adlandırmış, ardınca baş nazirin müavini, “Qaçqınkom” sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin “Mercedes Gelandewagen” avtomobili ilə qəza törətməsini danaraq, onu müdafiə eləmişdi.

Dünən isə onun “Qarabağ” futbol klubunun qələbəsi haqda dediyi fikirlər rezonans doğurub. Belə ki, deputat A24.az-ın əməkdaşı ilə söhbətində “Qarabağ”la maraqlanmadığını deyib: “Moskvadan həmin oyunu izləyirdim. Orada klub haqqında çox gözəl ifadələr səsləndirilirdi. Çox sevindirici bir haldır ki, “Qarabağ” futbol klubu Çempionlar Liqasının qrup mərhələsinə düşüb. Bu bütöv Azərbaycanın qələbəsidir. Lakin bir futbol klubu kimi ”Qarabağ" məni maraqlandırmır. O zaman çox sevinərik ki, torpaq kimi qaytarılar. Bu, artıq bayram olar".

Deputatın bu açıqlamasının mətbuatda ““Qarabağ”ın qələbəsi məni maraqlandırmır" başlığı ilə dərc olunması isə müzakirələri daha da genişləndirib.

Məsələ ilə bağlı deputatın özü ilə əlaqə saxladıq. Astan Şahverdiyev mətbuatda fikirlərinin təhrif olunduğunu dedi:
- Mən o cür fikir səsləndirməmişəm. Bu haqda məndən açıqlama alan müxbirlə də danışdım. O bildirdi ki, yazını ““Qarabağ”ın qələbəsi məni maraqlandırmır" başlığı ilə verməyib. Yalnız digər mətbuat orqanları açıqlamamı bu cür başlıqla dərc edib. Mən qeyd etmişdim ki, “Qarabağı”ın qələbəsi təkcə idmanımızın deyil, həm də siyasi qələbəmizdir, beləliklə, ermənilərin burnu bir daha “ovuldu”. Yəni bu cür demişəm. Bəs məni niyə belə “bəzəyirlər”? Nə məqsədləri var?! Müxbirlə söhbət etdikdən sonra mənə bildirdi ki, bu haqda təkzib verəcək. Daha bilmirəm onu dərc edəcəklər, ya yox, bu onların öz vicdanlarına qalıb, artıq heç nə deyə bilmərəm. Məni məcbur edirlər ki, ““Qarabağ”ın qələbəsi məni maraqlandırmır" başlığını qoyan mətbuat orqanları haqda Baş Prokurorluğa müraciət edim. Axı nə qədər insana böhtan atarlar?! Belə olmaz axı!

- Bundan əvvəl verdiyiniz açıqlamalar da qalmaqal yaratmışdı.

- Təbii ki, bir insan kimi mənim bu məsələyə münasibətim mənfidir. Düşünürəm ki, onlar düz yolda deyillər. Bilirsizmi, belə şeylərlə mənə təsir etmək mümkün deyil. Mənim həm əqli, həm də hər cürə immunitetim onlarınkından qat-qat çoxdur. Mənə təsir edə bilməzlər. Kimsə məqsədli şəkildə bunu təşkil edir və bu cür hərəkətlər edir. Bir daha qeyd edirəm, belə olmaz. Axı böhtan-şər atmaq insanlara yaraşmaz. Bu İslama, müsəlmançılığa sığmır. Bunlar nə qədər bu cür yol tutacaqlar?! Hamısı da cavan uşaqlardır. Onlar indidən belə başlayıblarsa, gələcəkləri nə olacaq?

- Ümumiyyətlə, “Qarabağ FK”nın bundan əvvəlki oyunlarını izləyirdinizmi, azarkeşisinizmi?

- Elə bir azarkeşiyəm ki, bəlkə heç ölkədə mənim kimi 1-2 azarkeş ola, ya olmaya. Bəli, “Qarabağ” idmana böyük yeniliklər gətirdi, ölkəyə bu cür sevinc bəxş etdi. Klubun Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasının həm də siyasi mənası var. Mən həm bir vətənpərvər, həm də idmanı xoşlayan bir insan kimi deyə bilərəm ki, onun qələbəsinin mənası çox böyükdür, bəlkə də ağlasığmazdır.

- Klubun bundan sonra da uğur qazanacağına inanırsızmı?

- Hamısını izləyirəm. Elə bu gün axşam püşkatma mərasimi olacaq. Allaha dua edirəm ki, bu münasib bir püşkatma olsun, klub bundan sonra da “pleyy-of”a çıxsın. Mən bunu arzulayıram. Nə qədər ki, “Qarabağ” müvəffəqiyyətli oyun göstərəcək, ermənilər bir o qədər yanıb-töküləcək. Məsələn, aprel döyüşləri zamanı Fransada idim. Həmin vaxt ermənilərin bizim səfirliyi necə mühasirəyə alıb, daş-qalaq etdiklərinin şahidi olmuşam.
“Qarabağ” mənim gözümdür, ürəyimdir. İndi təsəvvür edin ki, elmlər doktoru, professor, Avropada tanınmış alim bu qədər qanmazdır desin ki, “Qarabağ məni maraqlandırmır”? Bu mümkünsüzdür. Mən heç elə söz deyə bilərəm? Mən yəni bu qədər qudurmuşam ki, belə söz deyim?! Görün insanlar nə günə qalıb ki, açıqlamamın içindəki sözü götürüb başqa cür yozurlar.

Hər şeyin təhəri var da. Kişi mübarizəsini də kişi kimi aparar.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Qarabağ” Gürcüstan çempionunu darmadağın etdi

    “Qarabağ” Gürcüstan çempionunu darmadağın etdi ...

    12-07-2017, 11:33

  • 
  • Milli Məclis Astan Şahverdiyevi cəzalandıracaq — Komissiya sədrindən ŞOK AÇIQLAMA

    Milli Məclis Astan Şahverdiyevi cəzalandıracaq — ...

    7-08-2017, 17:54

  • 
  • İlham Əliyev “Qarabağ” futbol klubuna 2 milyon manat ayırıb

    İlham Əliyev “Qarabağ” futbol klubuna 2 milyon ...

    24-08-2017, 18:02

  • 
  • Nail Allahverdiyevin törətdiyi qəzanı kim gizlədib?

    Nail Allahverdiyevin törətdiyi qəzanı kim ...

    17-08-2017, 15:37

  • 
  • “ASTAN ŞAHVERDİYEV CƏZASINI ALACAQ” – Keçmiş başçı danışdı

    “ASTAN ŞAHVERDİYEV CƏZASINI ALACAQ” – Keçmiş ...

    25-12-2016, 20:25


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu