“Dünya çempionlarının” sırasında dursaq, ədalətsizliyə məruz qaldığımızı hər kəs daha tez görəcək”
“Neçə illərdi dövlət büdcəsinin imkanları saysız-hesabsız beynəlxalq miqyaslı musiqi və idman yarışlarına səfərbər edirlər. Əsaslandırmaları da budur ki, dünyanın gözü bizə çevrilsin - dayandığımız nöqtədə ədalətsizliyə məruz qalmış, minlərlə insanı torpağından didərgin salınmış, şəhid edilmiş, girov götürülmüş bir ölkəni dünyanın gözü görsün. Amma əminəm ki, biz yüzlərlə idman və musiqi yarışmasında yox, demokratik dəyərlərin və insan azadlığının qorunmasında “dünya çempionlarının” sırasında dursaq, haqlı olduğumuzu, ədalətsizliyə məruz qaldığımızı hər kəs daha tez görəcək. Muxalifet.az xəbər verir ki, bu barədə tanımış iqtisdçı Rövşən Ağayev “feysbuk” səhifəsində yazıb.
“Bütün ölkə uduzub” “Çox təəsssüf ki, bu gün Azərbaycan müstəqil mediası “Turan”sız, ölkəmizin ictimai həyatı Mehman bəysiz qaldı. Etiraf etmək ağırdı, amma demokratik dəyərlər uğrunda mübarizə aparan böyük bir nəslin son nümayəndələri ağır məğlubiyyətlə səhnədən yola salınır. Şübhəsiz ki, bunu özünün qələbəsi kimi bayram edənlər, qol götürüb oynayanlar var. Amma ortada qələbə yoxdu - bütün ölkə uduzub”, - deyə iqtisadçı vurğulayıb./muxalifet.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?