GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Əkrəm Əylisli Mehman Əliyevin müdafiəsinə qalxdı: "Onun 3 ay saxlanılmasının özü ədalətsizlikdir"

Əkrəm Əylisli Mehman Əliyevin müdafiəsinə qalxdı: "Onun 3 ay saxlanılmasının özü ədalətsizlikdir"

Tarix: 28-08-2017, 17:28 Bölmə :Müsahibə Baxış: 412
Əkrəm Əylisli Mehman Əliyevin müdafiəsinə qalxdı: "Onun 3 ay saxlanılmasının özü ədalətsizlikdir"


Tanınmış Azərbaycan yazıçısı Əkrəm Əylisli “Turan” İnformasiya Agentliyinin (İA) direktoru Mehman Əliyevin həbsinə münasibət bildirib. "Azadlıq" radiosunun suallarına cavabında o, Mehman Əliyevi "təmiz və vicdanlı adam" kimi xarakterizə edərək, onun həbsdə saxlanmasını "ədalətsizlik" adlandırıb.


gundemxeber.az Muxalifet.az-a istinaden həmin müsahibəsini təqdim edir:

– Əkrəm müəllim, “Turan”İnformasiya Agentliyinin (İA) direktoru Mehman Əliyevin həbsinə münasibətiniz necədir?

– Hamı kimi, mən də Mehman bəyin həbsinə müsbət yanaşa bilmərəm. Mən Mehman Əliyevi çox təmiz və vicdanlı adam kimi tanıyıram, başqa tərəfdən onu tanımıram.

– Sizcə, o, niyə həbs olundu?

– Bu məsələlərin dərinliyinə bələd deyiləm. Amma məlum məsələdir də… Bu sualın cavabı var və cəmiyyətə də aydındır ki, Mehman Əliyev niyə həbs olundu. Bunu xırdalamağa ehtiyac hiss etmirəm.

– Bəs Mehman Əliyevin həbsi Azərbaycan cəmiyyətinə necə təsir edəcək?

– Mən ömrü boyu cəmiyyətin sağlamlığını arzulayan insanam. Baş verənlər cəmiyyətin sağlamlığına aparmır. Biz səmimilikdən uzaqlaşdıqca, hər şeydən uzaqlaşırıq. Birinci növbədə insan faktorundan uzaqlaşırıq, insan ikinci dərəcəli bir şeyə çevrilir. İnsan mənəviyyatı, daxili varlığı yoxa çıxır. Biz həssas olmalıyıq, amma Azərbaycan cəmiyyətinin təbiətində artıq həssaslıq yox dərəcəsindədir.

– Bir sıra şəxslər son illər Azərbaycan cəmiyyətinin laqeydləşdiyini, maddiyyata meylləndiyini deyirlər və narahatlıqlarını ifadə edirlər. Bu fikirlərlə bölüşürsünüzmü ?

– 1970-ci illərdə yazdığım əsərlərimin birində qəhrəmanın biri o birinə deyirdi ki, çıxaq bayıra, görək, insan bir gecədə nə qədər dəyişir?! Yəni insanların maddiyyata güclü meyllənməsi problemi yalnız Azərbaycanın yox, dünyanın problemidir. Bəşərdə maddiyyata çox güclü istək yaşanır, insana bir şey vermək yox, ondan nəsə qoparmaq ruhu hakimdir. Çox ağır söhbətdir.​

– Ancaq Azərbaycan cəmiyyətində 90-cı illərinin əvvəlində insanlar öz hüquqlarını tələb etməkdən çəkinmirdilər, bəs indiki halı nədən yarandı?

– Ümumiyyətlə, cəmiyyət ona görə belə vəziyyətə düşür ki, xalqın daxili mənəvi enerjisinin qüdrəti pisliyin qarşısını almaqda aciz olur. Sağlam cəmiyyət mənfiliyə zor gəlməlidir, sağlam olanlarda xəstə ruh güclənir. Sovet dövründə, 1985-ci ildə “Literaturnaya qazeta”ya yazmışdım ki, bizi səmimiyyətdən uzaqlaşmaq məhv edəcək. Amma məqaləmi çap etmədilər, cavab verdilər ki, filan yerlərini dəyiş. Görün, nə qədər zaman keçib – 32 il, bir qərinə olacaq. Əlbəttə, yazıçı üçün cəmiyyətin mənəvi saflığına ehtiyac xüsusi şeydir.

-Azərbaycan ziyalıları indiki vəziyyətdə nə etməlidirlər?

– Məncə, hər kəs öz vicdanından çıxış edib hərəkət etməlidir. Yalnız öz mənafeyi üçün çalışmamalıdır, özünü üzdə saxlayıb aşağıda çürüntüyə yol verməməlidir. Mənim təsəvvürümə görə, Azərbaycan ziyalısı hələ dediklərim üçün yetişməyib.

– Bugünlərdə Mehman Əliyevin həbsiylə əlaqədar bir sıra deputatlara, ziyalılara zəng edib münasibət öyrənməyə cəhd etdik, sualımızı eşidən kimi, telefonu söndürdülər. Bu münasibət nədən doğur?

– İndiki dövrdə vəzifədə olmaq bu cür insanlar üçün hər şeydir. Bir zamanlar rus yazıçısı Şukşin yazırdı ki, adam vəzifədən düşdü, olur heç nə. Yəni heç nə olmamaq xatirinə yuxarıda olmaq, rahat dolanmaq onlar üçün vacibdir. İndi məlum olur ki, kimsə bir vəzifəyə sahibdirsə, həmin vəzifə ona hər şeyi verir. Heç vaxt, sovet dövründə də vəzifənin hesabına bu qədər varidatlı, dəbdəli güzəran düzəlmirdi. Baxırsan ki, vaxtilə adi adam olub, vəzifəyə təyin ediləndən sonra öz mənfəəti, ailəsi üçün çalışıb. Bu, əxlaqi cəhətdən deqradasiya deməkdir.

– Mehman Əliyevin həbsiylə bağlı yalnız ölkədən kənarda yaşayan yazıçı Çingiz Hüseynov münasibətini sərgiləyib. Ancaq Yazıçılar Birliyinin üzvləri susur…

– Yazıçılar Birliyinin varlığı ötən əsrin 90-cı illərində mənim üçün bitib. 1991-ci ilin fevralında sonuncu dəfə Yazıçılar Birliyindən çıxmışam. Bu qurum heç vaxt Azərbaycan xalqının mənəviyyatı üçün böyük iş görmək fikrində deyil. Azərbaycan Yazıçılar Birliyində məmur xoşbəxtliyi, rahatlığı hökm sürür…

– Bəs, keçmiş Heydər Əliyevin hakimiyyəti zamanı durum fərqliydi, yazıçılar, alimlər cəmiyyətdəki problemlər, Dağlıq Qarabağ məsələsi barədə müraciət yayırdılar. Nə baş verdi ki, bu cür susqunluq yaşanır?

– Söhbət ondan gedir ki, o təşkilatı saxlayan Heydər Əliyev oldu. Heydər Əliyev olmasaydı, bu təşkilatdakılar indiki güzəranın sahibi olmayacaqdılar. Dövlət büdcəsindən vəsait alırlar, 1600-2000 üzvü ətraflarında fırladırlar. Büdcədən vəsait ayrılmasaydı, bu qurum yox idi. Yazıçılar Birliyinin rəhbərliyində olanlar öz şəxsi təşəbbüsləri hesablarına önəmli ədəbiyyat yaratmayıblar, son 30 ildə cəlbedici bədii əsər yarada bilməyiblər. Bu qədər xərc çəkilir, amma faktiki olaraq ədəbiyyatın inkişafı üçün heç bir iş görülməyib. Əksinə, ədəbiyyatı elə köhnə yerində saxlamaq üçün işləyiblər.

– Yenidən Mehman Əliyevin həbsinə qayıdaq. Nə etmək lazımdır?

– Mənə elə gəlir ki, onun 3 ay saxlanılmasının özü ədalətsizlikdir. Mehman bəy o taleyə layiq adam deyil. Bu adam Azərbaycana xidmət etmək, məmləkəti sivil şəkildə yaşatmaqdan ötrü canını verənlərdən biridir.

– Bir ara Ziyalılar Forumu vardı, bu qurumun üzvlərindən yalnız Cəmil Həsənli danışıb (sualı sonacan dinləmir)…

– Ümumiyyətlə, Ziyalılar Forumuna Mehman Əliyevlə bərabər riyaziyyatçı da, başqa sahənin adamları da gəlirdi. Ziyalılar Forumuna gələnlər Azərbaycanın demokratik gələcəyində maraqlı insanlar idi. Amma indi nə biləsən ki, kim istəyir, kim istəmir? Yaxud boğazdan yuxarı danışıb, o biri tərəfdə rüşvət alır. Artıq Azərbaycan cəmiyyəti bütün harmoniyasını itirib. Düzdür, dünyanın özündə də vəziyyət heç də könül açan deyil. Həqiqətləri demirlər, Suriyanı, İraqı darmadağın edirlər və minlərlə günahsız insan həlak olur. Sanki kosmosdan kimsə gəlib edir.

– Yenidən Ziyalılar Forumunun toplaşıb mövqe bildirməsinə ehtiyac varmı?

– Ziyalı hardadır ki, sən ziyalı axtarırsan?! Ziyalıların bir qismi kefində, dəstgahında, üzdə çox böyük işlər gördüklərini göstərirlər, amma faktiki heç nə yoxdur.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əkrəm Əylisli Mehman Əliyevin müdafiəsinə qalxdı: "Onun 3 ay saxlanılmasının özü ədalətsizlikdir"

    Əkrəm Əylisli Mehman Əliyevin müdafiəsinə qalxdı: ...

    28-08-2017, 17:15

  • 
  • ​Mehman Əliyevin 48 saatlıq saxlanılmasına qərar verilib

    ​Mehman Əliyevin 48 saatlıq saxlanılmasına qərar ...

    25-08-2017, 11:30

  • 
  • Mehman Əliyev Kürdəxanı həbsxanasına köçürüldü

    Mehman Əliyev Kürdəxanı həbsxanasına köçürüldü ...

    25-08-2017, 20:44

  • 
  • "Freedom House" Mehman Əliyevin həbsini pislədi

    "Freedom House" Mehman Əliyevin həbsini ...

    26-08-2017, 14:59

  • 
  • RATİ Mehman Əliyevin azadlığa buraxılmasına çağırıb

    RATİ Mehman Əliyevin azadlığa buraxılmasına ...

    25-08-2017, 19:00


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu