GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Mehman Əliyevin xanımı: “Mən onun həbsini gözləyirdim”

Mehman Əliyevin xanımı: “Mən onun həbsini gözləyirdim”

Tarix: 4-09-2017, 13:40 Bölmə :Müsahibə Baxış: 406
Mehman Əliyevin xanımı: “Mən onun həbsini gözləyirdim”


“O qədər tutulan, haqq-ədalət uğrunda saxlanılan oğullarımız var, mən onların ailəsindən artıq deyiləm ki…”

«Heydər Əliyev iki il bir vəzifəni boş saxladı ki, Mehman Əliyev onu götürsün. Mehman Əliyev də müstəqil adamdır, heç vaxt deyiləni etməyib, öz amalı ilə yaşayıb, o vəzifəni qəbul etmədi. Ancaq Heydər Əliyevin ona çox böyük hörməti var idi. İndi qalanlar nə fikirləşirlər, fikirləşsinlər…».

Bütün bunları «Turan» İnformasiya Agentliyinin direktoru, vergidən yayınmaqda ittiham olunan, barəsində noyabrın 7-dək həbs-qətimkan tədbiri seçilən Mehman Əliyevin həyat yoldaşı Zemfira Əliyeva "Azadlıq" radiosuna müsahibədə deyib.

– Zemfira xanım, Mehman bəyin həbsi sizin üçün gözlənilməz idi, yoxsa əvvəldən özü sizi buna hazırlamışdı?

– Mən buna hazır idim. Bunu gözləyirdim. Onu həbs etməyə çalışanlar bunu çoxdan istəyirdilər. Qurduqları tələ alınmırdı, ya nədisə, yubanırdı. Amma mən onun həbsini gözləyirdim. Özümü də hazırlamışdım ki, o qədər tutulan, haqq-ədalət uğrunda saxlanılan oğullarımız, igidlərimiz var ki, onların ailəsindən, o analardan, gəlinlərdən biri də mən. Mən onlardan artıq deyiləm ki.

– Mehman Əliyev vergidən yayınmaqda ittiham olunur. Bir çoxu buna inanmır, beynəlxalq qurumlar hökuməti onu sərbəst buraxmağa çağırırlar. Siz bu ittiham haqda nə deyə bilərsiniz?

– Cəfəngiyatdır, quramadır, özlərinin də inanmadığı bu iş biabırçılıqdır. Bununla özlərini biabır edirlər, Azərbaycanın adına ləkə gətirirlər. Mehmanı bütün dünya tanıyır. Mehmanın idealist olmasını, millətinin, vətəninin, həqiqətin uğrunda, halallıq uğrunda vuruşduğunu hər bir kəs bilir. Mehmana bu ləkəni yaxırlar. Nə vergilər? Nə oyundur bu? Siz əvvəl bir özünüzə baxın, sonra Mehman haqqında danışın. Mehmanı xalq tanımır? Mehman mükəmməl bir şəxsiyyətdir. Çox adamların idealıdır. O mənim həyat yoldaşım, başımın tacıdır. Mənim vüqarımdır. Mükəmməl bir oğuldur, mükəmməl atadır, mükəmməl şəxsiyyətdir, mükəmməl dostdur. Kimi aldadırlar? Xalq o xalq deyil. Xalq sadəcə səsini çıxara bilmir, səsini çıxaranlar həbsxanadadırlar. Səsini çıxaran olanda analar, gəlinlər, övladlar ağlayır. Bunun bir axırı olacaq?!.. Mehman vergidən yayınıb? Mehman kirayədə yaşayır. Mehmanın bu cəfəngiyatı uyduranlar kimi bəlkə villaları var, zavodları-fabrikləri, nələri-nələri var? Mehmanın hansı şəraitinə görə şübhələniblər? Hanı o pullar? Kirayə yaşayır ona görə? 1990-cı ilin maşınını sürür ona görə? Mən hər sübh namazında «Quran»ı oxuyuram. Özü də Nəriman Qasımoğlunun tərcümə etdiyi «Quran»ı oxuyuram, demək olar, əzbər bilirəm. «Bəqərə» surəsində deyir ki, gözlərini kor, qulaqlarını kar, ürəklərini daş etmişəm, vaxt verirəm, günahları daha da artsın, o dünyada əməllərinə görə cavab verəcəklər. İnsan özü ilə nə aparır? «Allah rəhmət etsin», ya da «Allah lənət etsin».

– Qızınız necə qarşıladı atasının həbsini? O, gəncdir hələ.

– Demək olar, qızım da mənimlə eyni xasiyyətdədir. Mehmanın verdiyi, mənim verdiyim tərbiyəni götürüb. Mükəmməl şəkildə qarşıladı. Düzdür, ağladı, amma necə deyim, o mənə dəstək durur, mən ona, o mənə ürək-dirək verir, mən də ona. Məni bircə darıxdıran odur ki, hələlik Mehmanın atasına yalan danışıram. Onun 88 yaşı var, beş əməliyyat keçirib. Mehman bəlkə də onu yenidən dünyaya gətirdi, onun həkimi oldu. İndi fikirləşin, Allah bunu götürər? 88 yaşında, beş dəfə əməliyyat keçirən bir kişi oğlunun həbsinə necə dözsün? Hələlik aldadıram. Allah deyir ki, yalanla kiməsə kömək edirsənsə, qəbuldur. İndi Mehman bizə yazır ki, ona nələr lazımdır, nə alaq. Biz də onları aldıqca, stolun üstünə qoyuruq. Atası da görür ki, bu nədir. Mən də yavaş-yavaş deyirəm nələrisə. Əvvəlcə dedim ki, Mehman xaricdədir, indi deyirəm ki, «ata, Mehman bura gələndə saxlaya bilərlər». Deyirəm ki, «sən bilirdin oğlun haqq uğrunda vuruşur, bilirdik ki, axırı belə olacaq»…

– Deməli, Mehman bəy istəməsə də, onun həbs xəbərini artıq atasına da vermək istəyirsiniz?

– Verməyə bilməzdim. Mehman üçün hazırladığımız şeyləri stolun üstündə görür, soruşur ki, kimin üçündür. Bir də qohumların, yaxınların çoxuna demişəm ki, bizə gəlməyin, zəng də vurmayın, çünki atası şübhələnir… Mehmanı həddən çox adam sevir. Buzovnada adam qalmayıb bizə zəng vurmasın, dindarından, evdar qadınından tutmuş ziyalısına kimi. Hamı çox narahatdır. Hamı da bir sözü deyir: «Pərvərdigara, belə bir insana da əl qaldırmaq olar?». Onun həbsini Mehmana «əl qaldırmaq» kimi başa düşürlər. Hamısı da Mehmanın onlara etdiyi yaxşılıqlardan danışırlar, inanın danışdıqlarından xəbərim belə olmayıb. O, etdiyini dilinə gətirməzdi. Mehman ayrı Mehmandır. Hər bir qəlbdə yeri olan insandır. Onunla fəxr edirik. Dedikləri cəfəngiyatdır, heç kim buna inanmır, inanmayacaq da. Haqq qalib gələcək. Buna görə də başı uca gəzirik. Mehmanın həbsdən sonra hörməti daha da artdı, tanımayanlar tanıdı. Ona görə əzilmirik, mübarizik, qüvvətliyik, güclüyük. Özümüzdən zəiflərdən, insanları həbsxanaya salanlardan, ciblərə narkotik atanlardan ucadayıq. Mehmana bircə onu deyərdim ki… Amma nə deyim? Səsimi eşitməyəcək ki. Yenə də möhkəm olsun. Bir dənə qorxuram səhhətində problem olsun, buna görə sıxılıram.

– Səhhətində hansı problemlər var ki?

– O, özünü ancaq idmana getməklə saxlaya bilirdi. Onurğa sütununda, kürəyində problemlər var, mədəsində problem var. Bir dənə buna görə narahatam. Yeməyə görə narahat deyiləm, yemək sevən deyil. Sizə bir şey danışım. Bizim bir itimiz var, adı Laykadır. Ona daha çox yazığım gəlir. Mehmanın maşınının səsini lap uzaqdan tanıyırdı. Dərhal bilirdi ki, gələn Mehmandır. İndi bütün günü yol gözləyir. Kim gəlsə görəcək ki, qapının küncündə oturub gözləyir. Onun halı mənə daha çox əziyyət verir.

– Mehman bəyin bu il 60 yaşı tamam olur və onun azadlığa buraxılması üçün bir neçə nəfər zamin durub, prezidentə müraciət edilib. Siz onun yubileyinə qədər sərbəst buraxılacağına inanırsınızmı?

– Nə bilim vallah. Mən də istərdim… Çox adam deyir ki, prezidentin bundan xəbəri yoxdur. Hətta adlar, ünvanlar deyilir ki, kimin sifarişidir. Mən də, necə deyim, ümid etmək istərdim, inanmaq istərdim ki, prezidentin bundan xəbəri yoxdur. Çünki məhz prezidentin imicinə xələl gətirən bir addımdır bu. İnşallah təkcə Mehman yox, Mehman kimi haqq-ədalət uğrunda tutulan oğulların hamısı azadlığa buraxılar. Mehmanın 60 yaşını həbsxanada keçirməsi günahdır. Orda ad günü keçirməyəcək onsuz da. Oturub kitablarını oxuyacaq. Amma çox istərdik ki, 60 yaşında öz evimizdə olsun, balasının yanında olsun.

– Vaxtilə Mehman Əliyev mərhum prezident Heydər Əliyevi suda batmaqdan qurtarmışdı. Mehman bəy özü bu haqda danışmağı sevməsə də, o, həbs ediləndə çoxları həmin əhvalatı xatırlayaraq deyirdi ki, atasını xilas etdiyi halda İlham Əliyevin «Turan»ın direktorunun həbsinə göz yumması ədalətli deyil. Amma bəziləri hesab edir ki, bu cür yanaşma doğru deyil, istənilən halda Mehman Əliyev həbs edilməməli idi. Bu haqda siz nə düşünürsünüz?

– Vaxtında bunlar yazıldı, deyildi. Amma bunu yazanlar Mehmana sevgidən bunu xatırlayırdılar, bir daha onların yadına salırdılar. Onları bunda qınamaq olmaz. Mehmanı sevənlər yazıblar, pisliyinə yazmayıblar, olanı danışırlar. Bəlkə kiminsə yadından çıxıb?.. Heydər Əliyev də Heydər Əliyev idi. O, iki il bir vəzifəni boş saxladı ki, Mehman Əliyev onu götürsün. Mehman Əliyev də müstəqil adamdır, heç vaxt deyiləni etməyib, öz amalı ilə yaşayıb, o vəzifəni qəbul etmədi. Ancaq Heydər Əliyevin ona çox böyük hörməti var idi. İndi qalanlar nə fikirləşirlər fikirləşsinlər… O yazılanları dəstəkləyirəmmi? Hər halda, Mehmana istəkdən, bu məqam da nəzərə alınsın deyə, yazıblar.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mehman Əliyev həbsdə qaldı

    Mehman Əliyev həbsdə qaldı ...

    30-08-2017, 18:16

  • 
  • "Freedom House" Mehman Əliyevin həbsini pislədi

    "Freedom House" Mehman Əliyevin həbsini ...

    26-08-2017, 14:59

  • 
  • Mehman Əliyev Kürdəxanı həbsxanasına köçürüldü

    Mehman Əliyev Kürdəxanı həbsxanasına köçürüldü ...

    25-08-2017, 20:44

  • 
  • ​Mehman Əliyevin 48 saatlıq saxlanılmasına qərar verilib

    ​Mehman Əliyevin 48 saatlıq saxlanılmasına qərar ...

    25-08-2017, 11:30

  • 
  • Turan agentliyinin direktoru Mehman Əliyev 3 aylıq həbs edilib

    Turan agentliyinin direktoru Mehman Əliyev 3 ...

    25-08-2017, 20:36


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu