GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Erməni həmsədr Vətəndaş Sülh Platformasından niyə qovuldu? - Təfərrüat

Erməni həmsədr Vətəndaş Sülh Platformasından niyə qovuldu? - Təfərrüat

Tarix: 27-12-2017, 12:00 Bölmə :Müsahibə Baxış: 450
Erməni həmsədr Vətəndaş Sülh Platformasından niyə qovuldu? - Təfərrüat


Novella Cəfəroğlu: “İsaxanyan əvvəl dediklərini bir müddət sonra danıb əksini deyirsə, biz nə edək?”

Dekabrın 25-də Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə Heyətinin iclası keçirilib. Sülh Platformasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Vətəndaş Sülh Platformasının həmsədri Rövşən Rzayev gündəlikdə olan məsələləri təqdim edib.

gundemxeber.az musavat.com-a istinadla bildirir ki, gündəlikdə duran ilk məsələ-Vətəndaş Sülh Platforması Katibliyinin rəhbərinin dəyişdirilməsi olub. Katibliyinin koordinatoru Orxan Nəbiyev xaricdə təhsilini davam etdirməsi səbəbindən onun bu vəzifədən azad olunması, lakin Vətəndaş Sülh Platformasının “Ekspertlər Şurası”na üzv olması haqqında xahişi müzakirə edilib. Vətəndaş Sülh Platformasının katibliyinin koordinatoru vəzifəsinə D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnu Müdafiə Cəmiyyətinin əməkdaşı Dilarə Əfəndiyevanın namizədliyi irəli sürülüb. Müzakirələrdən sonra İdarə Heyəti Orxan Nəbiyevin Katibliyin koordinatoru vəzifəsindən azad olunması və Platformanın Ekspertlər Şurasının üzvü, Dilarə Əfəndiyevanın isə Vətəndaş Sülh Platformasının Katibliyinin koordinatoru vəzifəsinə təyin olunması haqqında qərar qəbul edib.

Daha sonra gündəlikdə duran ikinci məsələ-Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının erməni həmsədri Rafael İsaxanyanın oktyabrın 30-da Tiflisdə keçirilən təsis qurultayında qəbul edilmiş Nizamnaməyə təklif etdiyi əlavə və dəyişiklikləri və onun həmsədr olduğu müddətdə Vətəndaş Sülh Platformasının prinsiplərinə zidd hərəkətləri İdarə Heyətində geniş müzakirə edilib. Müzakirə zamanı bildirilib ki, nizamnamənin 6.5-ci maddəsinə əsasən əlavə və dəyişikliklər yalnız Vətəndaş Sülh Platformasının Qurultayı tərəfindən edilə bilər. Həmçinin qeyd olunub ki, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının üzvü nizamnamənin 5.10-cu maddəsinə uyğun olaraq Vətəndaş Sülh Platformasının adına, məqsədlərinə və prinsiplərinə zidd hərəkətə yol verdikdə onun üzvlüyünə xitam verilir.

Platformanın həmsədri Rövşən Rzayev İsaxanyanın nizamnamənin qeyd olunan bəndini pozduğuna görə onun üzvlüyünə xitam verilməsi məsələsinə İdarə Heyətinin münasibət bildirməsini xahiş edib. Yaranmış vəziyyət və təqdim olunmuş faktlar ətraflı müzakirə edilib və Rafael İsaxanyan Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə Heyətinin həmsədri və Vətəndaş Sülh Platformasının üzvlüyündən xaric edilib.

Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə Heyətinin yeni həmsədri vəzifəsinə İdarə Heyətinin üzvü Artur Ağacanovun namizədliyi təklif olunub. A. Ağacanovun namizədliyi müzakirə edilib və o, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə Heyətinin həmsədri seçilib.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı facebookda səhifəsində qeyd edib ki, Sülh Platformasındakı daha bir erməninin-İsaxanyanın Azərbaycan əleyhinə hərəkəti artıq hər şeyi deyir: “Bizim dediklərimiz bir daha özünü doğrultdu. ”Sülh Platforması"nın erməni həmsədri Rafael İsaxanyan televiziyada çıxış edərək bildirib ki, onu guya azərbaycanlılar aldadıb platformaya qoşublar, hələ bir sədr də seçiblər. Azərbaycanın ünvanına da ağzına gələni danışıb və xüsusi olaraq vurğulayıb ki, azərbaycanlılar Dağlıq Qarabağ adında yeri unutsunlar, ora artıq onların deyil. Bizimkilər də onu dərhal iclas çağırıb xaric eləyiblər, yəni atasına od vurublar. Yerinə də Ukraynada yaşayan Artur Ağacanov adında birisini seçiblər. Bu Artur deyir ki, mən erməni deyiləm, albanam, bərk vuranda deyir ki, ümumiyyətlə, azərbaycanlıyam. Bütün bu biabırçılıqdan sonra, görəsən, bu “sülh platforması”nı yenə də davam etdirəcəklər?"

Novella Cəfəroğlu isə “Yeni Müsavat”a bildirib ki, Rafael İsaxanyan Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasına qoşulmaq üçün özü müraciət edibmiş: “Biz haradan biləydik ki, o, bir müddət sonra Sülh Platformasının nizamnamə tələbini pozan mövqe sərgiləyəcək. Bu cür davranış nümayiş etdirdi və İdarə Heyəti də üzərinə düşəni edərək onu üzvlükdən xaric etdi. İsaxanyan iş adamıdır. Məncə, ona Ermənistan hakimiyyəti tərəfindən təsir və təzyiqlər olub. İsaxanyan Azərbaycana 2003-cü ildən əvvəl gəlib-gedib. Sülh Platformasına üzv olduqdan sonrakı dövrdə İsaxanyan Azərbaycana gəlməyib. Özləri gəlir, biz onları məcbur gətirməmişik. Nizamnamədə Azərbaycanın ərazi bütövlüyünə toxunmamaq yazılıb. Kim onu qəbul edir Sülh Platformasına qəbul edilir, qəbul eləməyən və ya nizamnamənin o tələbini pozanlar isə üzvlükdən xaric ediləcək. Martirosyan və ya İsaxanyan əvvəl dediklərini bir müddət sonra danıb əksini deyirlərsə, biz nə edək. Onlara ölkələrindən təzyiq edilir, biz o təzyiqlərin qarşısını ala bilmərik axı. Akif Nağıya isə cavabım budur ki, mən sülh tərəfdarıyam. İstəyirəm ki, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll edək. Mən Azərbaycanın ərazi bütövlüyünü istəyirəm. Biz beynəlxalq təşkilatlara, dünyaya sübut etməliyik ki, biz sülh istəyirik. Ermənistan hakimiyyəti sülh istəyən vətəndaşlarına qarşı təzyiqlər edirsə, bu bir daha onun nümayişi olacaq ki, Ermənistan dövləti sülh istəmir. Akif Nağı ermənilərin Kəlbəcərdə zavod tikməsi barədə yazsın. Yazsın ki, niyə dünya birliyi, BMT, böyük dövlətlər Ermənistanın bütün beynəlxalq normaları ayaq altına almasına münasibət bildirmir. Akif Nağıya mən deyirəm ki, sən niyə müharibə istəyirsən?! Heç vaxt deməmişəm. Akif Nağı müharibə istəyir, mən sülh istəyirəm. Sülhü istəyirəm ki, gənclərimiz qurban getməsin".

Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması 30 oktyabr 2017-ci ildə Gürcüstanın paytaxtı Tiflisdə keçirilən birinci qurultayda təsis edilib. Qurultayda 19 nəfərdən ibarət idarə heyəti, 29 nəfərdən ibarət Ekspertlər Şurası və digər seçkili orqanları formalaşıb. Qurultay “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”nın İdarə Heyəti üzvlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına vasitəçilik edən ATƏT-in Minsk Qrupuna üzv ölkələrin təmsilçilərindən formalaşması və tərkibin 19 nəfərdən ibarət olması haqqında qərar qəbul edib. Ümumi razılaşmaya əsasən, 19 nəfərlik İdarə Heyətində üzvlərin say proporsiyası 5-i erməni, 5-i azərbaycanlı, 9-u isə ATƏT-in Minsk Qrupuna daxil olan digər ölkələrin hərəsindən 1 nəfər olmaqla müəyyən edilib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vətəndaş cəmiyyəti hakimiyyəti beynəlxalq qurumları aldatmağa son qoymağa çağırıb

    Vətəndaş cəmiyyəti hakimiyyəti beynəlxalq ...

    16-09-2016, 15:20

  • 
  • Elmar Məmmədyarov Ermənistanla Böyük sülh sazişi haqda

    Elmar Məmmədyarov Ermənistanla Böyük sülh sazişi ...

    15-10-2014, 15:08

  • 
  • Eldar Namazov yenə üzdə: bu dəfə erməni kəşfiyyatçısı ilə...

    Eldar Namazov yenə üzdə: bu dəfə erməni ...

    4-11-2014, 12:56

  • 
  • Bakıda partlayan neft platformasının görüntüləri yayıldı ( VİDEO)

    Bakıda partlayan neft platformasının görüntüləri ...

    24-08-2013, 00:51

  • 
  • Prezident İlham Əliyev: "Ermənistan sülh istəmir"

    Prezident İlham Əliyev: "Ermənistan sülh ...

    10-01-2016, 16:33


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu