GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Azərbaycanın baş naziri Novruz Məmmədovdur (Müxtəlif münasibətlər)

Azərbaycanın baş naziri Novruz Məmmədovdur (Müxtəlif münasibətlər)

Tarix: 21-04-2018, 15:31 Bölmə :Müsahibə Baxış: 403
Azərbaycanın baş naziri Novruz Məmmədovdur (Müxtəlif münasibətlər)


Aprelin 21-də Milli Məclis prezident İlham Əliyevin namizdəliyini irəli sürdüyü, prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdir Novruz Məmmədovun baş nazir təyin edilməsinə razılıq verib.

Milli Məclisin Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin sədri Səməd Seyidov bildirib ki, Novruz Məmmədov ən etibarlı və təvazökar məmurdur.

“O Azərbaycan məmurlarına nümunədir”, Seyidov qeyd edib.

Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, deputat Siyavuş Novruzov Novruz Məmmədovla bağlı təqdimatı yüksək dəyərləndirib.

Novruz Məmmədov deyib ki, Azərbaycan dünyada xüsusi yeri olan dövlətdir.

"Biz birlikdə bu dövlətə daha inamla xidmət etməyə davam edəcəyik. Ümummilli lider Heydər Əliyevin yoluna daha inamla bağlı olaraq bu yolu davam etdirəcəyik”, o deputatlar qarşısında çıxışında bildirib.

Novruz Məmmədov 15 mart 1947-ci ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şıxmahmud kəndində anadan olub.

Məmmədov Azərbaycan Pedaqoji Dillər İnstitutunun "Avropa dilləri" fakültəsinin fransız dili şöbəsini bitirib. 1967-1968-ci illərdə Əlcəzairdə, 1971-1973-cü illərdə Qvineyada, 1978-1981-ci illərdə isə yenidən Əlcəzairdə tərcüməçi və baş tərcüməçi işləyib.

Məmmədov 1992-1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun hazırlıq, 1993-1997-ci illərdə fransız dili fakültələrinin dekanı vəzifəsində işləyib.

12 aprel 1997-ci ildə Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 1995-ci ildən 1997-ci ilə qədər keçmiş prezident Heydər Əliyevin fransız dili tərcüməçisi olub.

1997-ci ilin aprelində Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri təyin edilib.

1 iyun 2017-ci ildən Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiridir.

Azərbaycan, fransız, rus, ingilis dillərini bilir.

Evlidir. Üç övladı və nəvələri var.

Novruz Məmmədovun baş nazir vəzifəsinə təyinatı ictimai-siyasi mühitdə birmənalı qarşılanmayıb. Müxalifətdə olan siyasi partiyalar bu təyinatı ölkənin islahatlara meyilli olmamasının göstəricisi kimi xarakterizə edir. İqtidaryönümlü şəxslər isə Məmmədovun hökumətin siyasətinə daim sədaqətli olduğunu bildirir.

Arif Hacılı: Hakimiyyətin cəmiyyətə sürpriz etmək imkanları hüdudsuzdur

Müsavat Partiyasinin başqanı Arif Hacılı Amerikanın Səsinə bildirib ki, belə görünür ki, Azərbaycan hakimiyyətinin cəmiyyətə sürpriz etmək imkanları hüdudsuzdur.

“Hətta bu hakimiyyətdə Artur Rəsizadədən daha zəif, daha təsirsiz və bacarıqsız vəzifə adamını təsəvvür etmək çətin idi. Tapdılar, Novruz Məmmədov”, o ironiya ilə qeyd edib.

Qubad İbadoğlu: Bu təyinat islahatlarla bağlı gözləntilərin dəfnidir

ADR Hərəkatının lideri, iqtisad elmləri doktoru Qubad İbadoğlu Amerikanın Səsinə deyib ki, Novruz Məmmədovun baş nazir postuna təyinatını uğursuz hesab edir .

“Hesab edirəm ki, dövlət başçısı bu təyinatla bir daha göstərdi ki, ölkədə islahatlar aparmağa, çevik və işlək hökümət qurmağa siyasi iradəsi çatmır. Bu təyinat islahatlarla bağlı gözləntilərin dəfnidir. İslahatçı baş nazir ölkədəki dəyişikliklər proqramına malik olmalı və onun aparılmasının məsuliyyətini üzərinə götürə bilən, komandaya malik olan müstəqil şəxs olmalıdır. Növruz Məmmədov islahat aparmaq üçün nə təşkilati qabliyyətə, nə təsərrüfatçılıq bacarğına, nə də ki, peşəkar iqtisadi biliklərə malik deyil. Bu təyinat həm də əvvəlki siyasətin davam edəcəyinin bəyan edilməsi kimi qiymətləndirilməlidir. Bununla dövlət başçısı Nazirlər Kabinetinin əhəmiyyətini daha da aşağı saldı və baş nazir postuinun həmişə nominal olacağına fərman verdi. Hakimiyyət daxilində qruplaşmaları nəzərə alsaq, Novruz Məmmədov keçid dövrünün baş naziri ola bilər. Qruplar arasındakı mübarizənin qalibi onu tezliklə əvəzləyə də bilər.”, iqtisad elmləri doktoru Amerikanın Səinə bildirib.

Zahid Oruc: Novruz Məmmədov dövlət başçısının hansı hədəflər uğrunda savaşdığını yaxşı anlayır

Prezidentliyə keçmiş namizəd Zahid Oruc facebook səhifəsində yazıb ki, Novruz Məmmədov dövlət sirlərini bilir, qlobal mənafe savaşlarından baş çıxarır və birinci şəxsin yürütdüyü siyasətin strateji hədəflərini bütün dünyagörüşünə hopdurmağı bacarıb.

“O, heç zaman intriqalarda və ya maraq toqquşmalarında ad çıxarmayıb. Hamı qəbul edir ki, ölkəmiz yeni bir dönəmə daxil olur. Cənab İlham Əliyev yüksək ambisiyalı proqramları qarşıya qoyduğundan ona çevik, reputasiyası təmiz və xalqın iqtisadi-sosial çağırışlarını öz üzərinə götürməyi bacaran bir hökumət lazımdır. Novruz Məmmədov dövlət başçısının hansı hədəflər uğrunda savaşdığını yaxşı anlayır”, o qeyd edib.

Əli Kərimli: Sadəlövcəsinə İlham Əliyevdən islahat gözləyənlər artıq sakitləşsin

AXCP sədri Əli Kərimli facebook səhifəsində yazıb ki, sadəlövhcəsinə İlham Əliyevdən hələ də islahat gözləyənlər artıq sakitləşsin.

“Köməkçisi, çox vaxt qeyri-adekvat açıqlamaları ilə gündəmə gələn, iqtisadiyyat haqda heç bir təsəvvürü olmayan Novruz Məmmədovu baş nazir təyin etməklə İlham Əliyev növbəti dəfə sübut etdi ki, ona islahat, inkişaf, yeniləşmə yox, kürsüsünün təhlükəsizliyi lazımdır. İlham Əliyev zəif və bacarıqsız adamları ona görə ətrafına toplayır ki, əvvəla, belə adamlardan hakimiyyətinə təhlükə görmür, ikincisi onların yanında özünü xeyli bacarıqlı hiss edir. Deyirdik axı, avtoritar hakimiyyət kökündən dəyişməlidir ki, millətin önü açılsın”, Əli Kərimli yazır.

Cəmil Həsənli: Saxta seçkilərin belə duzlu-məzəli nəticələri olmalı idi

Milli Şuranın sədri Cəmil Həsənli facebook səhifəsində yazlr ki, Novruz Məmmədovun baş nazir vəzifəsinə təyinatı islahat gözləyənlərə tutarlı cavabdır.

“Əgər xatırlayırsınızsa bir neçə gün öncə 11 aprel seçki saxtakarlığı ilə bağlı Novruz Məmmədovun Mir Şahinə verdiyi müsahibəni paylaşıb doyunca gülmüşdük, seçki saxtakarlığının doğurduğu ağır stresi bir qədər atmışdıq. Gülüşün dozası çox olduğundan İlham Əliyev də bu müsahibədən riqqətə gələrək millətin acığına çörəyi "Duz gölün"ndən çıxan Novruz Məmmədovu qoyur baş nazir. İndi nə qədər istəyirsiniz gülün. Saxta seçkilərin belə duzlu-məzəli nəticələri olmalı idi. Amma heç nə olmasa da duz sənayesi geninə-boluna şaxələnəcək, yoxsa xalq xiyarı şorabaya qoymağa duz da tapa bilmirdi. İlham Əliyevin belə duzsuz təyinatından sonra millətimiz duz sarıdan daha əziyyət çəkməyəçək. Bu da sizin üçün islahat! Özü də duzlusundan!” Həsənli ironiya ilə yazıb.

Natiq Cəfərli: Novruz Məmmədov “kompromis baş nazir”dir

REAL Partiyasının Məclis üzvü Natiq Cəfərli Amerikanın Səsinə bildirib ki, Novruz Məmmədovun baş nazir təyin edilməsi maraqlı və gözlənilməz addım olub.

“Əslində onu “kompromis baş nazir” kimi qəbul etmək olar. Artıq heç kəsə sirr deyil ki, hakimiyyət daxilində “siyasi elitaların” ciddi rəqabəti var. Əgər 2 böyük “elitanın” olduğunu qəbul etsək, Novruz müəllimin namizədliyi hər iki tərəfi qane edəcək kompromis addımdır. Əgər hər hansı bir qrupu təmsil edən biri seçilsəydi, bu “elitalararası” gərginliyi artıra bilərdi. Bu seçim isə gərginliyin azaldılmasına, maraqların uzlaşdırılmasına xidmət edir. Novruz müəllim həm də keçid dövrü üçün nəzərdə tutula bilər, indiki sərt vertikala söykənən hakimiyyətin icra qolunda Nazirlər Kabineti lazımsız bir qurum kimi görünür. Ola bilər ki, gələcəkdə institut olaraq bu qurum ləğv edilsin, birbaşa prezidentə tabe olan sahələr üzrə vitse-prezidentlik institutları yaradılsın, bu da həm səlahiyyətin, həm də məsuliyyətin bölgüsünə səbəb olsun”, Cəfərli Amerikanın Səsinə deyib./amerikaninsesi.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Novruz Məmmədovdan sensasion açıqlama

    Novruz Məmmədovdan sensasion açıqlama ...

    11-06-2013, 15:04

  • 
  • Milli Məclis təsdiqlədi: Yeni baş nazirin ilk çıxışı

    Milli Məclis təsdiqlədi: Yeni baş nazirin ilk ...

    21-04-2018, 12:56

  • 
  • Novruz Məmmədov Ağ evi “yumşaltmaq” üçün ABŞ-a gedib

    Novruz Məmmədov Ağ evi “yumşaltmaq” üçün ABŞ-a ...

    19-09-2013, 13:20

  • 
  • Novruz Məmmədov rusiyalı politoloqun cavabını verdi

    Novruz Məmmədov rusiyalı politoloqun cavabını ...

    3-09-2014, 12:09

  • 
  • Novruz Məmmədov: “Azərbaycan Türkiyə və Rusiya arasında gərginliyin azalmasına öz töhfəsini verməyə hazırdır” - VİDEO

    Novruz Məmmədov: “Azərbaycan Türkiyə və Rusiya ...

    26-11-2015, 15:55


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu