GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Mübariz Qurbanlı: Dini radikalizmin qarşısını almaq dövlətin borcudur

Mübariz Qurbanlı: Dini radikalizmin qarşısını almaq dövlətin borcudur

Tarix: 30-04-2018, 11:25 Bölmə :Müsahibə Baxış: 537
Mübariz Qurbanlı: Dini radikalizmin qarşısını almaq dövlətin borcudur


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Amerikanın Səsinə müsahibəsində tənqidlərə cavab verib

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Amerikanın Səsinə müsahibəsində ölkədəki dini durumla bağlı tənqidlərə cavab verib.


Amerikanın Səsi: ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının illik hesabatında deyilir ki, Azərbaycan dini azadlıqlara münasibətdə sərt mövqeyini dəyişməyib. Dini icma və qrupların rəsmi qeydiyyatı xeyli çətinləşdirilib, mövcud qanunlar hökumətə “tam və hüdudsuz səlahiyyətlər” verir. Sizin münasibətiniz?

Azərbaycanda dini baxımdan hər hansı bir sərt mövqe nümayiş etdirilmir. Bizim ölkəmiz azad, demokratik, tolerant ölkədir.

Mübariz Qurbanlı: Dini Azadlıq üzrə ABŞ Komissiyasının hesabatı ilə tanışıq. Onu ətraflı təhlil etmişik. Biz çox təəssüf edirik ki, bu hesabatda yanlış məlumatlar var. Əvvəlki illərdə yanlış olan və zamanında bizim həmin yanlış məlumatlarla əlaqədar verdiyimiz məlumatlara baxmayaraq hesabat yenə də təkrar olaraq yanlış verilib. Azərbaycanda “Dini etiqad azadlığı haqqında” qanun var, Azərbaycan konstitusiyası dini azadlıqları təmin edir. Azərbaycanda dini baxımdan hər hansı bir sərt mövqe nümayiş etdirilmir. Bizim ölkəmiz azad, demokratik, tolerant ölkədir. Ölkəmizdə dini konfensiyaların, müxtəlif dini qrupların azad şəkildə fəaliyyətinə hər cür şərait yaradılıb.

Amerikanın Səsi: Hesabatda bildirilir ki, Azərbaycanda müsəlman təşkilatları başqa dinlərə aid qruplardan daha çox məhdudiyyətlə üzləşir, hazırda dini fəaliyyətinə görə yüzədək məhbus var. Siz necə hesab edirsiniz?

Azərbaycanda siyasi məhbus və yaxud dini fəaliyyətə görə məhbus termini ilə razı deyilik.

Mübariz Qurbanlı: Əvvəla qeyd edim ki, Azərbaycanda siyasi məhbus və yaxud dini fəaliyyətə görə məhbus termini ilə razı deyilik. Bu terminlərin hesabata salınmasını məqbul hesab etmirik. Azərbaycan müsəlman ölkəsidir. Əhalinin 96 faizi müsəlmandır. Bu gün Azərbaycanda 809 dini icma qeydiyyatdan keçib. Bunun 777-si müsəlman, 31-i qeyri-müsəlman icmasıdır. Azərbaycanda bütün dini icmalar arasında konsensus var. Ölkə prezidenti cənab İlham Əliyevin siyasətində də multikultural və tolerant dəyərlərin hərtərəfli şəkildə təsbit olunması öz əksini tapıb. Ölkəmizdə müsəlman əhalisinin üstün mövqedə olduğu aydın şəkildə özünü büruzə versə də qanunlarımızda, konstitusiyamızda ölkənin hansı dinə mənsub olması təsbit edilməyib. O ki qaldı guya müsəlman icmalarına və ya mömin insanların fəaliyyətinə bu və ya digər formada təzyiq olunması, bununla da razılaşa bilmərik. Biz dini radikal qruplara qarşı mövqe göstəririk və dini radikal qruplara qarşı mübarizə aparılması üç istiqamətdə həyata keçirilir. Bu inzibati, ideoloji və iqtisadi metodlardır. Bu da bütün ölkələrdə həyata keçirilir. Dini radikal qruplara rəvac verilməsi nəticə etibarı ilə təriqətlər, məzhəblərarası qarşıdurmaya və dini səpkidə toqquşmalara gətirib çıxara bilər. Bunun qarşısını almaq isə dövlətin borcu və vəzifəsidir.

Amerikanın Səsi: Ölkədə dini durum necədir? Dini təşkilatların qeydiyyatı, fəaliyyəti, ümumilikdə dini azadlıqların daha da genişləndirilməsi sahəsində hansı islahatlara ehtiyac var?

Bu gün məscidlərin sayı 2500-ə çatıb. Halbuki sovetlər dağılanda cəmi 17 məscid var idi.

Mübariz Qurbanlı: Ölkədə dini durum sabitdir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi birgə fəaliyyət göstərir. Biz maarifləndirici tədbirlərimizi həyata keçirməliyik. Bu iş kütləvi informasiya vasitələri, görüşlər vasitəsi ilə edilir. Çoxlu kitablar nəşr olunur. Biz dini sabitliyin təmin olunması üçün dini konfensiyalarla sıx əməkdaşlıq edirik. Ölkəmizdə yəhudi, xristian, bəhai dini icmaları var. Dini durumun sabit qalması üçün bütün dini icmalarla birgə fəaliyyət göstəririk. Dövlət dini icmalara, dini qurumlara hərtərəfli dəstək verir. Hər il dövlətin büdcəsindən, yaxud prezidentin ehtiyat fondundan müxtəlif dini konfensiyalara maddi yardımlar göstərilir. Sineqoqlar, kilsələr tikilir, məscidlər restavrasiya olunur, yeni məscidlər tikilir. Bakı şəhərində Heydər məscidi istifadəyə verilib, Naxçıvanda daha böyük məscid yaxın vaxtlarda istifadəyə veriləcək. Bu gün məscidlərin sayı 2500-ə çatıb. Halbuki, sovetlər dağılanda cəmi 17 məscid var idi. O cümlədən, dövlət dini kadrların hazırlanmasına xüsusi diqqət yetirir. Prezidentin sərəncamı ilə bu ildən İlahiyyat İnstitutu fəaliyyətə başlayır. İlahiyyat İnstitutu payızda artıq tələbələrini qəbul edəcək. Eyni zamanda Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılıb. Həmin fonda vəsait ayrılıb. Həmin fond vasitəsi ilə fəaliyyət göstərən din xadimlərinə dövlət maddi dəstəyi həyata keçirilməkdədir. Bütün bunlar dini durumun sabit olduğunu, dövlət-din münasibətlərində Azərbaycan modelinin özünü doğrultduğunu göstərir. Bu da hakimiyyətin apardığı siyasətdir.

Amerikanın Səsi: Qafqaz Müsəlmanları İdarəsinin digər müsəlman dini icmaların qeydiyyatı ilə bağlı rəy verməsi nə qədər ədalətlidir?

Qafqaz Müsəlmanları İdarəsinin yaradılan dini icmalara rəy verməsi tamamilə qanunauyğundur.

Mübariz Qurbanlı: Öncə də qeyd etdim ki, Azərbaycanda əhalinin 96 faizi müsəlmandır. Ölkədəki dini icmaların da böyük əksəriyyəti müsəlman dini icmalarıdır. Ona görə də Qafqaz Müsəlmanları İdarəsinin yaradılan dini icmalara rəy verməsi tamamilə qanunauyğundur. Bu, “Dini etiqad azadlığı haqqında” qanunda da təsbit olunub. Biz hesab edirik ki, bu formanın olması daha doğrudur. Çünki dini icmalarla ən çox təmas quran və məscidlərə təyinatı həyata keçirən Qafqaz Müsəlmanları İdarəsidir. Məscidlərin nəzdində fəaliyyət göstərən dini icmaların da ilkin olaraq qeydiyyatının aparılması həmin qurum tərəfindən həyata keçirilir. Amma sonda Qafqaz Müsəlmanları İdarəsinin təqdimatı əsasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini icmaların hüquqi fəaliyyətini özündə əks etdirən şəhadətnaməni onlara verir. Biz hesab edirik ki, bu, normaldır və bu cür davam etməlidir.

Amerikanın Səsi: Terror təşkilatlarının tərkibində olan Azərbaycan vətəndaşları nə qədərdir? Onlara qarşı hansı tədbirlər görülür?

Xüsusi xidmət orqanları bununla məşğuldur və çox səmərəli məşğuldur.

Mübariz Qurbanlı: Azərbaycan qanunvericiliyinə görə, qeyri-qanuni silahlı dəstələrdə iştirak edən şəxslər cəzalandırılır, məhkəmə qarşısına çıxarılır. Suriyada, İraqda və digər ərazilərdə iştirak edənlər aşkara çıxarılır, cəzalarını alırlar. Profilaktik tədbirlər görülür. Xüsusi xidmət orqanları bununla məşğuldur və çox səmərəli məşğuldur.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Din Azadlığı Komissiyası: "Azərbaycan dini azadlıqlara qarşı sərt mövqeyini dəyişməyib"

    Din Azadlığı Komissiyası: "Azərbaycan dini ...

    26-04-2018, 14:40

  • 
  • Məscidlərdə dini bayraqlar qadağan ediləcək

    Məscidlərdə dini bayraqlar qadağan ediləcək ...

    4-11-2015, 16:11

  • 
  • Mübariz Qurbanlı «İslam əbasına bürünmüş radikallığı» nişan göstərdi

    Mübariz Qurbanlı «İslam əbasına bürünmüş ...

    28-11-2014, 23:12

  • 
  • Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə rəhbər təyinatı-SƏRƏNCAM

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə rəhbər ...

    5-05-2014, 18:58

  • 
  • Məscidi siyasət meydanına çevirənlər haqda ölçü götürüləcək -Mübariz Qurbanlı

    Məscidi siyasət meydanına çevirənlər haqda ölçü ...

    3-12-2015, 18:51


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu