Ötən ay Türkiyədə həbs olunaraq Azərbaycana gətirilən sabiq deputat, biznesmen Hüseyn Abdullayev vəkilləri vasitəsiylə ilk müraciətini yayıb. Vəkillər Ruhid Əkbərovla Fərid Həsənov “Qafqazinfo”ya müraciətin mətnini göndəriblər.
Həmin açıqlamada “Quska” ləqəbli iş adamı hər şeydən əvvəl ağır günlərində ona dəstək olanlara təşəkkür edib:
“Bu günlərdə vəkillərimin verdiyi məlumata görə, bəzi saytlarda mənimlə bağlı absurd, həqiqətə uyğun olmayan xəbərlər dərc edilib. Qısaca onu qeyd edirəm ki, məni tanıyan və xasiyyətimə bələd olan insanlar gözəl bilirlər ki, Hüseyn Abdullayev ömür boyu mərd-mərdanə yaşayıb. Öz xalqına, millətinə xidmət göstərmiş və heç kimin qarşısında əyilməyib, sınmayıb. Mənə qarşı irəli sürülən bütün ittihamları uydurma və əsassız olduğundan rədd edirəm, qəbul etmirəm. Bununla bağlı bir həftə aclıq aksiyası keçirmişəm. Hazırda səhhətim və sağlamlığım normaldır. Normal qidalanıram. Mənə qarşı irəli sürülən ittihamlarla bağlı özümü müdafiə etmək üçün bütün qanuni vasitələrdən istifadə edəcəm.
Guya, mənim qaldığım təcridxanada ağlamağım və bu kimi böhtan xarakterli məlumatlara cavabım ondan ibarətdir ki, Hüseyn Abdullayev ölər, ancaq kimsəyə yalvarmaz, əyilməz, sınmaz”.
Qeyd edək ki, bir neçə il bundan əvvəl Azərbaycandan gedərək Almaniyada sığınacaq alan H. Abdullayev külli-miqdarda vergidən yayınmada ittiham edilərək beynəlxalq axtarışa verilmişdi.
Sorğu
Yeni dizaynımız necədir?