Kiminsə mənsub olduğu xalqla bağlı iftiralar söyləməsi, bu məqsədlə yaradıcılığından istifadə etməsi təəssüfləndiricidir.
Bunu ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissoru Eldar Şengelaya, Fuad İbrahimbəyov olan “Qafqaz üçlüyü” filmində azərbaycanlıların vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökü olmayan obrazda, ermənilərin isə alicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim olunmasına münasibət bildirən Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov söyləyib.
F. Heydərov deyib ki, R. İbrahimbəyov cılız məqsədlərini həyata keçirə bilmədiyi üçün xalqını aşağılayır: "Belələrinə satqın da, nankor da demək olar. Bunu ancaq pisləmək olar. Bu gün Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan dünyada layiqli yerini tutub, dünyada tanınıb. Azərbaycanın dünyada tanındığı vaxtda belə addım satqınlıqdan, nankorluqdan başqa bir şey deyil"./APA
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?