Köməkçisi Oqtay Qasımov: “Elçibəyin qarşısında bir neçə yol var idi”
“Azərbaycanın Ordusu yeni formalaşmağa başlamışdı. Ordunun başında dayanan insanlar, o cümlədən zabit heyətinin böyük hissəsi, bəlkə də hamısı desək yanılmarıq, Sovet hərbi məktəblərində təhsil almış hərbçilər idi. Onların böyük əksəriyyəti bu və ya digər şəkildə Rusiyanın hərbi kəşfiyyatı, Dövlət Təhlükəsizlik Xidməti vasitəsilə Moskvaya bağlı idilər. Onlar müstəqil dövlətin demokratik yolla seçilmiş prezidentinin əmrlərini faktiki olaraq yerinə yetirməkdən imtina etdilər”.
Bu sözləri Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov “Real Vaxt”da 1993-cü il, İyun hadisələri barədə danışarkən deyib.
Onun sözlərinə görə, prezident Əbülfəz Elçibəyin həyatının təhlükədə olması ilə bağlı Milli Təhlükəsizlik Xidmətinə, Prezidnetin mühafizə xidmətinə ciddi məlumatlar daxil olurdu.
“Məlumatlar arasında “Azneft” meydanında “Qrad”ların quraşdırılacağı və Prezident Aparatının atəşə tutulacağı, hücumlar ediləcəyi kimi məlumatlar da var idi. Preziedentin qətlə yetiriləcəyi və hətta dəfn komissiyasının üzvləri barədə məlumatlar daxil olmuşdu. Mötəbər mənbələrdən daxil olan məlumatlar idi və təbii ki yoxlanılırdı”, - deyə Oqtay Qasımov bildirdi.
O qeyd etdi ki, bu məlumatlar Əbülfəz Elçibəyin Bakını tərk etməsinin əsas səbəbi deyildi. Onun qarşısında bir neçə seçim dayanırdı.
Müsahibəyə daha ətraflı videomaterialda baxa bilərsiniz.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?