GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “ŞİFRƏLİ MƏKTUBUMDAN ERMƏNİ SƏFİRİ XƏBƏR TUTDU…” – Sabiq səfirdən ŞOK açıqlamalar (VİDEO)

“ŞİFRƏLİ MƏKTUBUMDAN ERMƏNİ SƏFİRİ XƏBƏR TUTDU…” – Sabiq səfirdən ŞOK açıqlamalar (VİDEO)

Tarix: 27-08-2018, 12:06 Bölmə :Müsahibə Baxış: 454
“ŞİFRƏLİ MƏKTUBUMDAN ERMƏNİ SƏFİRİ XƏBƏR TUTDU…” – Sabiq səfirdən ŞOK açıqlamalar (VİDEO)


İsfəndiyar Vahabzadə: “Eldar Mahmudovu işdən çıxarandan sonra dedilər ki, biz bilməmişik, onun anası yəhudiymiş, özü də İsrailə işləyirmiş”

“Bizim parlamenti götürək. Ermənilərlə, yəhudilərlə, ruslarla qohumluğu olanlar kök salıblar… Bu milli faciədir”

“Diplomatiyanın yolu ingilis dilini bilməkdən başlamır. Diplomatiyanın yolu milli yanğıdan, milli közərtidən başlayır. Əgər insanın daxilində milli yanğı yoxdursa, ondan diplomat olmaz”. Bu fikirləri Azərbaycan Respublikasının Pakistan, Moldova və Belarusda sabiq səfiri, filologiya elmləri doktoru, professor İsfəndiyar Vahabzadə jurnalist Sevinc Osmanqızı ilə söhbətində bildirib.

“AzPolitika.info”nun məlumatına görə, İsfəndiyar Vahabzadə millətinə bağlı olmayan diplomatın ölkəyə xeyir verməsinin mümkün olmadığını bildirib. O, Azərbaycan Xarici İşlər Nazirliyinə rəhbərlik edən şəxsləri, başda Elmar Məmmədyarov olmaqla, millətə bağlı olmamaqda ittiham edib. Fikrini əsaslandırmaq üçün konkret misallar da çəkib.

Sabiq səfir nazir Məmmədyarovun hansısa bir görüşdən əvvəl Ermənistanın xarici işlər naziri Vardan Oskanyan və Türkiyənin xarici işlər naziri ilə söhbətinə dair maraqlı faktı açıqlayıb: “Türkiyənin xarici işlər naziri soruşdu ki, “hanki dildə konuşacağıq?”. Ermənistanın xarici işlər naziri cavab verdi ki, “bana fark etməz, əfəndilər”. Vahabzadənin sözlərinə görə, bu zaman Məmmədyarov rus dilində bildirib ki, “mən Azərbaycan dilində çox pis bilirəm, ona görə də danışa bilmərəm: “Buradan götürün ki, bu adam kimdir, nəyə qadirdir”.

İsfəndiyar Vahabzadə bildirib ki, Elmar Məmmədyarovu xarixi işlər naziri vəzifəsinə “mənsub olduğu torpağa görə” təyin ediblər: “Milli təhlükəsizlik naziri Eldar Mahmudov vardı, akademik Əhməd Mahmudovun oğlu. Onu işdən çıxarandan sonra dedilər ki, biz bilməmişik, onun anası yəhudiymiş, özü də İsrail kəşfiyyatına işləyirmiş…”

Sabiq səfirin sözlərinə görə, Xarici İşlər Nazirliyində işləyənlərin də bir çoxunun ermənilərlə, yəhudilərlə, ruslarla qarışığı var: “Bu adamlar başqa yerlərdə işləyə bilər. Amma Xarici İşlər Nazirliyində, güc nazirliklərində, kəşfiyyat xarakterli məlumatların olduğu orqanlarda belə adamların işləməsinin mən qəti əleyhinəyəm. Bu barədə mən dəfələrlə yazmışam və buna görə dəfələrlə də döyülmüşəm… Amma yenə deyirəm ki, Daxili İşlər, Xarici İşlər nazirliklərində, Milli Təhlükəsizlik, Müdafiə Nazirliyində başqa millətlərlə qarışığı olanlar işləməməlidir!”

İsfəndiyar Vahabzadə belə adamların xarici kəşfiyyat tərəfindən daha asan ələ alındığına işarə edərək, XİN rəhbərliyinə qarşı ağır ittihamla çıxış edib: “Mən 17 il səfir işləmişəm. O dövr Azərbaycana bir məlumat yazib göndərmişdim. Şifrə ilə göndərmişdim. Üstündən təxminən bir həftə keçmiş erməni səfiri mənə dedi ki, siz filan məktubu göndərmisiniz… Onda hiss etdim ki, bizdə (Xarici İşlər Nazirliyində-red.) Ermənistana işləyənlər var”.

İsfəndiyar Vahabzadənin sözlərinə görə, həmin məktubdan sonra onu, hətta atasını – Bəxtiyar Vahabzadəni ermənilərə bağlamağa çalışıblar: “Guya Bəxtiyar Vahabzadənin anası erməni olub… Ancaq o da baş tutmadı. Bunu deyən adam da sonradan üzr istədi. Dedi ki, mənə də belə deyiblər. Amma kim deyib, daha fərqinə varmadıq”.

Sabiq səfir deputatlar arasında da qarışıq qanlıların üstünlük təşkil etdiyini bildirib: “Bizim parlamenti götürək. Ermənilərlə, yəhudilərlə, ruslarla qohumluğu olanlar kök salıblar. Bunlara toxunan da yoxdur”.

İsfəndiyar Vahabzadə Azərbaycanın xaricdəki səfirlərinin bir çoxunun başının biznesə qarışdığını, diplomatik fəaliyyətlə deyil, alverlə məşğul olduqlarını bildirib: “Bu gün bizim Xarici İşlər Nazirliyndə ziyalı sayıla biləcək adam yoxdur. Bu biabırçılıqdır”.

İsfəndiyar Vahabzadə alveri bacarmayanlara bu gün iş verilmədiyini bildirib: “İsmayıl Şıxlının oğlu niyə bu gün işsizdir? Bax ona görə… Ziya Bünyadovun oğlu niyə bu gün işsizdir? Hansı ki, atası bu ölkənin yolunda canını qoyub. Oğlunu maddə ilə işdən çıxardılar. Şıxəli Qurbanovun oğlunu işdən çıxarıblar… Bu faciədir! Milli faciə!”

gundemxeber.az Savash.org-a istiinadla İsfəndiyar Vahabzadənin videomüsahibəsinin bir hissəsini təqdim edir:

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Şərurlu İsfəndiyar” 650 min dollarlıq avtomobildən danışdı

    “Şərurlu İsfəndiyar” 650 min dollarlıq ...

    17-09-2014, 16:45

  • 
  • "Şərurlu İsfəndiyar" həbs xəbərini təkzib etdi - Yenilənib

    "Şərurlu İsfəndiyar" həbs xəbərini ...

    22-05-2015, 00:01

  • 
  • Şərurlu İsfəndiyar tikdiyi binalara niyə qaz vermir?

    Şərurlu İsfəndiyar tikdiyi binalara niyə qaz ...

    20-10-2014, 10:32

  • 
  • ABŞ səfiri Xarici İşlər Nazirliyinə çağırılıb

    ABŞ səfiri Xarici İşlər Nazirliyinə çağırılıb ...

    23-05-2014, 10:36

  • 
  • “Şərurlu İsfəndiyar”ın adamı fırıldaqçı kimi həbs olundu

    “Şərurlu İsfəndiyar”ın adamı fırıldaqçı kimi həbs ...

    16-05-2014, 10:25


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu