GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Şirməmməd Hüseynov: Stalinin dəfnində adamlar ayaqlar altında qalıb məhv oldu

Şirməmməd Hüseynov: Stalinin dəfnində adamlar ayaqlar altında qalıb məhv oldu

Tarix: 4-10-2018, 00:13 Bölmə :Müsahibə Baxış: 477
Şirməmməd Hüseynov: Stalinin dəfnində adamlar  ayaqlar altında qalıb məhv oldu


1953-cü il martın ilk günlərində Stalinin xəstəliyi xəbəri ildırım sürətilə bütün planetə yayıldı.

Moskva radiosu müntəzəm olaraq tanınmış həkimlərin imzası ilə tibb bülletenləri elan edirdi. Bu vaxt mən Moskva Dövlət Universitetinin jurnalistika fakültəsində aspirant idim. Universitet və fakültənin yerləşdiyi bina Kremllə üz-üzə, qabaq-qaba­ğa idi. Martın 5-də günortadan sonra Stalinin ölümü xəbəri elan edildi. 4 mindən artıq tələbə və aspirantın yaşadığı Yauza çayının kənarında Stromınka kuçəsində yerləşən qədim dördmərtəbəli əsgər kazarmasında sakitlik, matəm ab-havası hökm sürürdü. Qeyd edim ki, bu yataqxanada 100 nəfərə yaxın azərbaycanlı tələbə və aspirant, həmçinin 4-5 nəfər doktorant həmyerlimiz də yaşayırdı. Sovet tələbələri ilə yataqxanadakı xa­rici tələbələrin hadisəyə münasibəti əlbəttə ki, eyni səviyyədə deyildi. Onların özlərinin də Stalinləri var idi.

Martın 7-də səhər aspirant, filosof həmyerlilərimiz Məmməd Qəniyev və Eldar Mikayılovla (rəhmətə gedib) universitetə yol­landıq. Yolüstü qızıl meydana dəydik, orda qızğın iş gedirdi. Sözləşdik ki, İttifaqlar Evinin qabağında görüşək. Saat birdə elə Moskva mehmanxanasının qabağına çatmışdıq ki, gördük əsgərlər hər tərəfdən gəliş-gedişi kəsməyə başlayırlar. Cəld hərəkət edib özümuzü İttifaqlar evinin arxa qapısının qabağına yetirdik. Qısa müddətdə yox böyük bir izdiham küçə boyu yığış­mağa başladı. Azı 4 saat ayaq üstə durduq. Tabutu gətirdilər. Bütün Moskva bu binaya axışırdı. Əvvəlcə rəsmi adamları, dip­lomatik nümayəndələri, generalları içəri buraxdılar, rəiyyətlə içəri buraxılan ilk dəstədə biz də vardıq. Pilləkənlərdən tutmuş ta çıxış qapılarına qədər hər iki tərəfdən bir neçə sıra zabit cərgəsi durmuşdu. Tabut 5-6 sıra ilə keçən camaatdan 4-5 metr aralı idi. Biz keçəndə fəxri qaravulda Malenkov, Beriya, Xruşşov, Molotov, Bulqanin və başqaları durmuşdular. Tabutun qarşısına çatanda adamların bir qismi dizi üstə yerə çöküb hönkurtü ilə ağlaya-ağlaya surünürdülər. Zabitlər onları qolların­dan qaldırıb zor ilə aparırdılar. Adamlara elə gəlirdi ki, həyat qurtarır, günəş sönür. Axşam və səhəri Moskvanın mərkəzi və onun geniş əhatəsində hərəkət etmək mümkün deyildi. Həyat dayanmışdı. Biz yalnız ikinci gün axşam yataqxanaya qayıda bildik. Sonralar məlum oldu ki, İttifaqlar Evinə düşmək, rəh­bərlə vidalaşmaq istəyənlərdən 100-dən çox adam sıxılıb və ayaqlar altında qalıb məhv olmuşdu. Bu fanatizm və şəxsiyyətə pərəstişin son könüllü qurbanları idi.

Tarix bir hökmü İlahidir - demişlər. Onu yalnız ehtiyat və el­mi əsaslarla arayıb-araşdırmaq, müəmmalı həqiqət və hadisələri bu yolla gün işığına çıxaıtmaq olar. Tarixdən öyrənmək, ibrət dərsi götürmək olar. Amma tarixi imtahana çəkmək, ondan ri­yakar siyasi məqsədlər üçün istifadə etmək, hətta tarix üzərində mühakimə qurmaq yolverilməzdir.

XX əsr bəşəri kəşfləri, elmi-texniki na­iliyyətləri, əsrarəngiz möcüzələri, ümumbəşəri dəhşətli faciələri, fenomen şəxsiyyətləri ilə tarixə qovuşdu. Onun müəy­yən hissəsi bizim nəslin tarixidir, gözümüzün önündə cərəyan edən hadisələrdir, keçən ömrümüzdür. Yaxşı da olsa, pis də ol­sa belədir. Stalin fenomeni tariximizin bir hissəsidir. 40 il bun­dan əvvəl, 1953-cü il martın 9-da Stalinin dəfn mərasimi ilə əla­qədar dərc olunmuş nekroloqlardan birində deyilirdi: “Fantas­tik adamın fantastik karyerası bitdi; 73 il əvvəl Qoridə fağır bir pinəçi ailəsində doğulmuş oğlan Kremldə dünyanın ən böyük imperatorluğunun böyük diktatoru olaraq öldü”.

İ.V.Stalini şəxsən tanıyan, onun köməy ilə ölümün pəncə­sindən xilas olmuş M. Ə. Rəsulzadə bu münasibətlə yazmışdı: “Dövrümüzün tarixinin bu ən böyük müstəbidi haqqında cür­bəcür hökmlər verəcək, onun allahlaşdıranlar şəxsiyyətini müxtə­lif mövqelərdən təhlil edəcəklər. 30 ilə yaxın bir müddətdə Sovet imperatorluğundakı 200 milyon insanın müqəddəratına hökm edən, yer kürəsinin üçdə birini nəzarət altına almış, bütün dinləri inkar edən, kommunist dininin bir peyğəmbəri sayılan, totalitarlar totalitarı bir rejimin ən böyük nümayəndəsi Stalini, onun necə bir demaqoq, bir diplomat, bir marşal, bir generalissimus, fironlara, neronlara, çingizlərə rəhmət oxutduran bir tiran, bu qızıl çar olduğunu azad millətlər cəmiyyətində bilməyən yox­dur”.

“Aydınlıq” qəzeti 5 mart 1993-cü il
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Jurnalistika fakültəsinin tələbəsinin ölümü kameraya düşdü (VİDEO+18)

    Jurnalistika fakültəsinin tələbəsinin ölümü ...

    9-04-2015, 15:13

  • 
  • Stalinin Bakı ilə bağlı AĞLASIĞMAZ PLANI: Xəzərdə ŞOK LAYİHƏ

    Stalinin Bakı ilə bağlı AĞLASIĞMAZ PLANI: Xəzərdə ...

    24-10-2017, 13:30

  • 
  • Yanukoviçin ölüm xəbəri yayıldı

    Yanukoviçin ölüm xəbəri yayıldı ...

    4-03-2014, 10:48

  • 
  • Rikki Martin qəzada öldü (FOTO)

    Rikki Martin qəzada öldü (FOTO) ...

    5-01-2015, 01:30

  • 
  • Universitetdə Jurnalistika fakültəsi ləğv edildi

    Universitetdə Jurnalistika fakültəsi ləğv edildi ...

    8-02-2016, 14:22


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu