GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Əgər sürüşmə zonasındakı torpaqları mən satmışamsa...” - Hacıbala Abutalıbov

“Əgər sürüşmə zonasındakı torpaqları mən satmışamsa...” - Hacıbala Abutalıbov

Tarix: 16-10-2018, 14:50 Bölmə :Müsahibə Baxış: 404
“Əgər sürüşmə zonasındakı torpaqları mən satmışamsa...” - Hacıbala Abutalıbov


Bakı şəhəri Səbail rayonu ərazisində - Badamdar şossesindəki (Badamdarla 20-ci sahəni birləşdirən yol) sürüşmə ilə bağlı ilkin rəy açıqlanıb. GundemXeber.Az bildirir ki, bu barədə Modern.az-a özəl olaraq Baş nazirin müavini Hacıabala Abutalıbov məlumat verib.

“Sürüşmə səbəbi sudur”

O qeyd edib ki, ilkin rəydə sürüşməyə səbəb su amili göstərilib:

“Su olmayan yerdə sürüşmə olmur. Torpağın altındakı gil su daxil olanda sabun halını alır və üzərindəki torpağı sürüşdürüb aparır. İndi bizim məqsədimiz suyun səviyyəsinin süni surətdə azaldılmasına nail olmaqdan ibarətdir. Quyular qazılaraq nasoslar vasitəsilə çəkiləcək və suyun səviyyəsi aşağı salınacaq”.

Baş nazirin müavini torpaq qatının altına su yığılmasının səbəblərinə də aydınlıq gətirib:

“Birincisi, ümumiyyətlə, Badamdar-3 massivində kanalizasiya sistemi yoxdur. İkincisi, bu ərazi 1860-cı ildən bəri sürüşmə zonasıdır və həmişə sürüşüb. 2015-ci ildə bununla bağlı Nazirlər Kabientinin qərarı var. Xüsusi qərara görə, ərazi aktiv sürüşmə zonasına daxildir və orada heç bir tikinti həyata keçirilə bilməz”.

“O torpaqları mən satmışamsa...”

H.Abutalıbov həmin ərazidəki torpaqların onun mer olduğu dövrdə ayrı-ayrı imkanlı adamlara satıldığı iddialarını da cavablandırıb:

“Sizin mülahizələriniz ki var bu yerlər mənim mer olduğum dövrdə satılıb, buna da cavab verirəm.
Birincisi, o torpaqlar dövlət torpağıdır və satılmır. İkincisi, mən 3 gündür ərazidəyəm. 11 evin hamısının sakinlərilə də görüşərək, xəbərdarlıq etmişəm. Hər birinə demişəm ki, bu evlərin hamısı söküləcək. Və sökülməzdən əvvəl bu sürüşmə davam etdiyi üçün fəlakət tikililəri aparacaq. Əgər o torpaqları sakinlərə mən Hacıbala Abutalıbov tərəfindən - hansı ki bu, ömrümdə ola bilməz - yaxud bir başqası tərəfindən satılsaydı, sözsüz bu 11 nəfərdən biri etiraz edərdi. Çıxıb mənə deyərdi ki, “ay Hacıbala müəllim, siz satıbsız axı”. Bu sözü eşitməmişəm. Çünki belə bir şey olmayıb.

İkincisi, evlər sökülsə də, sahiblərinə kompensasiya verilməyəcək. Çünki əhali bilirdi ki, orada ev tikmək olmaz. Bu gün evlərdən birinin böyük divarı sürüşdü. Yəni proses gedir, onsuz da hamısı sürüşəcək. Ona görə də yenə də deyirəm, bu evlərin qalma ehtimalı sıfırdır. Təbii fəlakət baş verib və proses davam etdiyindən evlərin hamısı təbii olaraq sürüşəcək, dağılacaq”.

“Sizin işiniz sual vermək, mənim vəzifəm...”

H.Abutalıbov hər zaman ünsiyyətdə olduğu jurnalistlərə də çağırış edib:

“Siz jurnalistlərin vəzifəsi iddia edilən, müzakirəyə çıxarılan məsələlərlə bağlı sualları mənə ünavanlamaqdır. Çünki bunlara aydınlıq gətirildikcə, oxunursunuz. Mənim də borcum ünvanlanan sualları cavablandırmaq, təbliğ etmək və məsələlərə hüquqi qiymət verilməsinə çalışmaqdır. Bunların hamısı normal proseslərdir. Amma yazanda vicdanınızın səsinə də qulaq asın. Elə edin ki, məni dahi Lev Tolstoyun ömrünün axırıncı illərindəki vəziyyətə salmayasınız. Düzdür, Tolstoy ömrünün sonunu tənhalıqla başa vurdu. Amma bir şeyi də yaddan çıxarmayın ki, mən hər şeyə dözənəm. Çünki tənhalıq özü də xoşbəxtlikdir”.

“Vicdanla yazın”

Baş nazir müavininin “Hacıbala müəllim, niyə özünüzü tənha hiss edirsiniz, axı siz tək deyilsiniz” sualına cavabı belə olub:

“Yox, mən ümumiyyətlə deyirəm. Bilin ki, tənhalıq da bir xoşbəxtlikdir. Tək olsan da sən özün, vicdanın, xeyirxahlığınla bir yerdə yaşayırsan. Ona görə deyirəm ki, bütün jurnalistlər vicdanla yazsınlar”.

Qeyd edək ki, 2018-ci il oktyabr ayının 12-də gecə saatlarında Bakı şəhəri Səbail rayonu ərazisində - Badamdar şossesində (Badamdarla 20-ci sahəni birləşdirən yol) torpaq qatı asfaltın üstünə qədər gəlib. Sürüşən torpaq qatının eni 250, uzunluğu 200, hündürlüyü isə 15 metrdən artıqdır.

Hadisə nəticəsində həmin yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb və yamacda yerləşən 8 fərdi yaşayış evinin (villa) sahiblərinə evləri müvəqqəti boşaltmaq tapşırılıb. Hazırda həmin villalar gözətçilər tərəfindən qorunur.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hacıbala Abutalıbov: Sürüşmə zonasında yapon mütəxəssislər çalışır

    Hacıbala Abutalıbov: Sürüşmə zonasında yapon ...

    15-10-2018, 19:39

  • 
  • Hacıbala Abutalıbov: Sürüşmə zonasında tikilən evlər qanunsuzdur

    Hacıbala Abutalıbov: Sürüşmə zonasında tikilən ...

    13-10-2018, 13:45

  • 
  • Kəmaləddin Heydərov sürüşmə baş verən zonada - Foto

    Kəmaləddin Heydərov sürüşmə baş verən zonada - ...

    13-10-2018, 22:22

  • 
  • Şamaxı fəal sürüşmə zonasıdır

    Şamaxı fəal sürüşmə zonasıdır ...

    24-10-2013, 13:20

  • 
  • Qərargah: Badamdar sürüşmə zonasında üst hissədəki evlərin divarlarında uçqunlar davam edəcək

    Qərargah: Badamdar sürüşmə zonasında üst ...

    16-10-2018, 13:02


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu