Müsavat Partiyasının başqanı Arif Hacılı şəhid ailələrinə verilməli olan 11 min manat sığorta pulununun verilməsində yaradılan problemlərə münasibət bildirərkən qeyd edib ki, 1992-93-cü və sonrakı illərdə şəhid ailələrinə edilən ödəniş dəfn üçün verilən vəsait olub:
"Şəhid ailələrinin tələbi yalnız ilahi ədalətin bərpası baxımından yox, həm də hüquqi baxımdan düzgündür.
1992-93- cü və sonrakı illərdə şəhid ailələrinə edilən ödəniş dəfn üçün verilən vəsait idi. Bu sığorta haqqı deyildi. İndi bunu sığorta kimi qiymətləndirənlər həmin vəsaitin dəfn pulu olduğunu çox yaxşı bilir, sadəcə şəhid ailələrinə kələk gəlməyə çalışırlar.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?