GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Mikayıl Müşfiqin ən yaşlı qan qohumu: “Ona birinci gülləni Mircəfər Bağırov vurub” - MÜSAHİBƏ

Mikayıl Müşfiqin ən yaşlı qan qohumu: “Ona birinci gülləni Mircəfər Bağırov vurub” - MÜSAHİBƏ

Tarix: 27-10-2018, 00:35 Bölmə :Müsahibə Baxış: 665
Mikayıl Müşfiqin ən yaşlı qan qohumu: “Ona birinci gülləni Mircəfər Bağırov vurub” - MÜSAHİBƏ


"Müşfiq dünyasını dəyişdi, canını qurtardı, Dilbər xanım isə hər gün öldü-dirildi"

Onu müsahibəyə razı salmaq asan olmadı. Telefondaca dedi ki, bu mənim üçün olduqca həssas məsələdir, bəziləri kimi bunu “şou”ya çevrimək istəmirəm, Müşfiq əmimin narahat ruhu məndən inciyər. Ancaq nakam şairimizin ruhunun dinclik tapması üçün çalışdığımızı dedikdən sonra görüşə razılıq verdi. Əvvəl Mikayıl Müşfiqin mənsub olduğu İsmayılzadələr nəslinin başına gələn dəhşətlərdən böyük yanğı ilə söhbət açdı. Sonra isə gündəmə gəldik. GundemXeber.Az AzNews.az-a istinadla Mikayıl Müşfiqin əmisi nəvəsi Vahab İsmayılzadə ilə müsahibəni təqdim edir.

- Bir neçə gün əvvəl mətbuatda belə bir məlumat yayıldı ki, Mikayıl Müşfiq güllələndikdən sonra dənizə atılmayıb, Puta qəsəbəsindəki gizli məzarlıqda digər repressiya qurbanları ilə birgə basdırııb. Puta qəsəbəsində qazıntı da aparıldı. Aşkar olunan cəsəd qalıqlarının Müşfiqə aid olması ehtimalı var. Bu xəbəri eşitdikdə necə reaksiya verdiniz?

- Əlbəttə xəbəri eşidəndə içimizdə hardasa bir təsəlli hissləri baş qaldırdı ki, nə yaxşı oldu Müşfiq əmimizin qalıqları tapıldı. Biri var hər il gedib büstünün yanında dayanasan, tədbir keçirib gələsən, biri də var bilirsən ki, məzarı mövcuddur. Gedib ziyarət edirsən, “Yasin” oxutdurursan. Bu özü təsəllidir.

- Amma o qalıqların Müşfiqə aid olması hələ dəqiq deyil.

- Mən istəyərdim ki, dəqiq olsun.

- Bunun üçün Müşfiqin yaxınlarından DNT nümunəsi götürülməli, qalıqlarla müqayisə edilməlidir.

- O barədə bizə artıq müraciət olunub. Əvvəl dedilər ki, analiz götürmək üçün ana tərəfdən qohumların olması çox vacibdir. Ana tərəfdən isə Müşfiq əmimin qohumlarından heç kəs yoxdur. Varsa da mən tanımıram. Bəlkə də dayısı uşaqları qalıb, amma mənim xəbərim yoxdur. Bildiyim odur ki, Müşfiq uşaq olanda dayısı Peterburqda oxuyub. Müşfiqin yaxınlarından bacısı Balacaxanım bibim vardı. Yetmişinci illərdə rəhmətə gedib, məclisi bizdə keçirilmişdi. Bunu niyə görə deyirəm? O vaxt mən uşaq olsam da, bəzi məsələlər gözümün qabağında baş vermişdi. Doğma bacısıdır da, yəqin DNT nümunələri üçün bacısının qəbrindən analiz götürmək olar. O gün televiziyadan da gəlmişdilər. Gedib Balacaxanım bibimin məzarın göstərdik, çəkiliş aparıldı.

- Analiz götürmək üçün qəbrin açılmasına ehtiyac yaranacaq. Yəqin etirazınız olmaz?

- Mənim əlbəttə etirazım olmaz. Düzdür, qəbrin açılmağı İslamda yaxşı qəbul olunmur. Amma təki biz bilək ki, o qalıqlar Müşfiqindir. Ya da əksinə, ürəyimizdə bir narahatlıq qalmaz, bilərik ki, o sümüklər Müşfiq əmimə aid deyil. Bunun üçün Balacaxanım bibimin qəbrinin açılmağına razılıq verərik.

- Qazıntı aparılan yerə getmisiz?

- Yox. Mən baxa bilmərəm o sümüklərə. O sümüklər Müşfiqin olmasa da, baxa bilmərəm. Bununla belə bir nəticə əldə olunması üçün öz tərəfimdən hər bir köməyə hazıram.

- Ümumiyyətlə Müşfiqin öldürüldükdən sonra dənizə atılmayıb hardasa basdırılması ehtimalı var idi? Bu vaxta kimi belə bir söhbət eşitmişdiniz?

- Dəqiq yadımda deyil, deyəsən elə Balacaxanım bibimin yasında atamın tanışlarından biri gəlib dedi ki, bir nəfər var, hökmü icra edən adamdır. Halallıq almaq istəyir. İcazə versən, gələrdi. Deyir Yunis müəllimə denən, istəyir öldürsün, ancaq təki məni qəbul eləsin, yaşlı adamam, daha bu günahla yaşaya bilmirəm.

- Müşfiqi güllələyən adam idi?

- Bəli. Atam bir kəlmə dedi ki, rədd elə! Bundan sonra tanış xüdahafizləşib çıxdı. Mən onu yola salanda gördüm ki, küçədə hündür, yaşlı bir adam dayanıb. Paltosunun da yaxasını yuxarı qaldırıb. Tanış çıxıb ona nə isə dedi, çıxıb getdilər. Sən demə Müşfiq əmimin hökmünü icra edən adam imiş, küçədə gözləyirmiş ki, atam razılıq versə, gəlsin.

- Sonradan özünüz bu haqda maraqlanmamısınız?

- O mövzulara qayıtmaq çox ağırdır.

- Siz Müşfiqin güllələnməsi barədə o vaxt nə eşitmişdiniz?

- Eşitdiyim nədir, deyim. Atama danışmışdılar ki, Mircəfər Bağırov özü bir dəfə Müşfiq əmimin kamerasına girib. Onunla danışıb. Ondan soruşub ki, səni incitmirlər? Müşfiq də cavab verir ki, yox. Mircəfər də istehza ilə deyir ki, üz-gözündən görürəm. Bütün sifəti partlaq-partlaq imiş, dırnaqlarını çıxarıbmışlar. İşgəncə görsə də, Mircəfərə şikayət eləməyib. Mircəfər çıxanda deyib ki, sənin dilini açmağın yolunu taparam. Bu görüşdən sonra onu başqa kameraya köçürürlər. Kameranın yeri şüşə qırıqları ilə dolu imiş, orda yatıb, orda dururmuş. Mircəfər Bağırov bu kamerada da ona baş çəkir. Qapı açılanda Müşfiq ona nə deyir, nə demirsə Mircəfər tapançanı çıxarıb birinci gülləni vurur. Yanındakı da kontrol gülləsini başından vurur.

- Yəni güllələnmə Nargin adasında, məhkəmə qərarından sonra həyata keçirilməyib?

- Yox, kamerada olub. Mircəfər şəsxən vurub.

- Siz bunu kimdən eşitmisiz?

- Atamgilin söhbətlərindən eşitmişəm. Atamın o sahədə işləyən tanışları danışırdılar.

- Sonra meyiti aparıb dənizə atıblar?

- O bilinmir. Mircəfər özü dəfələrlə adam öldürüb. Bu fakt var. Bəziləri də deyirlər ki, guya kameranın qapısı açılanda Müşfiq şeir deyə-deyə Mircəfərin üstünə gedib. Açığı mən buna inanmıram, o an kimin yadına şeir düşər? Müşfiq çox güman hirsindən-qəzəbindən ona nəsə acı sözüb deyib, Mircəfər də özünə sığışdırmayıb onu vurub.

- Müşfiqin deyəsən bir övladı olub...

- Yalçın adında bir oğlu vardı. Uşaq vaxtı tif xəstəliyindən ölüb.

- Yoldaşı Dilbər xanımın taleyi necə oldu?

- Müşfiq dünyasını dəyişdi, canını qurtardı, Dilbər xanım isə dünyasını dəyişdiyi günə kimi hər gün öldü-dirildi.

- Dilbərgilə gedib-gəlirdiz?

- Mən uşaq vaxtı getmişəm. Balacaxanım bibimin yasına gələndə məni evlərinə apardı, bir, ya iki gün onlarda qaldım. Onun Leyla adında bir qızı vardı.

- Ərə getmişdi.

- Getməli idi də... Hərə onun haqqında bir söz deyirdi. O qədər ruhi sarsıntı keçirmişdi, axırda havalandı. Hamısı Müşfiqin yolunda olmuşdu. O ki Müşfiqin dalınca həbsxanaya gedir, orada “nadzorlar” ona çox əziyyət verirlər, pislik edirlər. Ondan sonra ruhi xəstəxanaya düşür. Müşfiq əmim kişi xeylağı idi, əziyyət görə bilərdi. Amma Dilbər xanımın əziyyəti, faciəsi ondan da təsirlidir. Bizim binanın qabağında çörək dükanı vardı. Balacaxanım bibimin yasına gələndə iki dənə çörək almışdı. Anama dedi ki, əmi oğlumu görmək istəyirəm. Mən də gedib atamı çağırdım. Dilbər bibinin gəldiyini xəbər vermədim. Atam gəldi, Dilbəri görən kimi anama tat dilində nəsə dedi, danladı ki, buna görə məni çağırmısan? Dilbər də bayaqdan sinəsinə sıxdığı iki çörəyi göstərib dedi ki, əmi oğlu, gördüm dükana təzə çörək gətiriblər. Yas üçün aldım, camaata paylayarsız. Özündə deyildi də, havalı idi.

- Müşfiqin represiyya olunmasından sonra təkcə yoldaşı yox, digər qohumları da təqib olundu...

- Müşfiq xalq düşməni elan olunandan sonra Əsəd əmim, Vahab əmim də təqib olundular. Eyni familiya daşıdıqlarına görə hər biri əzab çəkib. Balacaxanım bibimin əri müsavatçı idi. Onu repressiya eləmişdilər. Ona görə bibimi də həbs elədilər. Balacaxanım bibimin də Dilbər xanım kimi səhhəti korlanmışdı. Tez-tez ruhi xəstəxanada yatırdı. Heç kəsin evində qalmırdı. Yasamalda bir otaqlı evi vardı. Deyirdi məni ora aparın. Atamgil aparıb qoyurdu öz evinə. Qapını isə heç kəsə açmırdıı. Elə pəncərədən qonşu uşaqlarına pul verirdi, çörək alsınlar. Anam tez-tez bazarlıq edib ona dəyməyə gedəndə anamı da evə buraxmırdı.

İstər Müşfiq əmimin yoldaşına, istər bacısına qarşı çox zülmlər, çox murdarlıqlar edilib. Dilbər xanımın başına gələnlər Balacaxanımın da başına gəlib. Bundan başqa Müşfiqin Böyükxanım adlı böyük bacısı vardı. Müşfiq hələ həbsxanada olanda özünü yandırdı, onda hələ güllələnməmişdi. Bizim nəsil çox faciələr yaşadı. Ona görə Müşfiqin ehtimal olunan o qalıqlar təsdiqlənsə, bizim üçün bir təsəlli yeri olar. Bilərik ki, məzarı var.

- Son olaraq bir sual verim. Bu qalıqların Müşfiqə aid olduğu təsdiqlənəcəyi təqdirdə harada dəfn olunmağını istəyərdiniz?

- Əvvəla onu deyim ki, bu məsələdə kim nə əziyyət çəkirsə, çox sağ olsun. Hamısına təşəkkür edirəm. Dəfn məsələsinə gəldikdə isə Fəxri Xiyabanda dəfn olunmağını istəyərdim. Necə ki, yazıçılar Birliyinin o vaxtkı üzvləri Fəxri Xiyabanda uyuyur, qoy o da Fəxri Xiyabanda dəfn olunsun, bir yerdə uyusunlar.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mikayıl Müşfiq gecəsi...

    Mikayıl Müşfiq gecəsi... ...

    26-01-2017, 21:02

  • 
  • Əbülfəs Qarayev Mikayıl Müşfiqin meyitinin qalıqlarının tapılması ilə bağlı iddialara münasibət bildirib

    Əbülfəs Qarayev Mikayıl Müşfiqin meyitinin ...

    23-10-2018, 12:31

  • 
  • Müşfiq “yenə o bağ olaydı” şeirini kimə yazıb?

    Müşfiq “yenə o bağ olaydı” şeirini kimə yazıb? ...

    22-11-2014, 23:44

  • 
  • Mikayıl Müşfiqin heykəlini dağıtdığına görə iş icraçısı işdən qovulub

    Mikayıl Müşfiqin heykəlini dağıtdığına görə iş ...

    1-03-2017, 00:14

  • 
  • Mikayıl Müşfiqin üzünə duranlar, arvadını... - Acı tarix

    Mikayıl Müşfiqin üzünə duranlar, arvadını... - ...

    6-06-2017, 14:34


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu