GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Xədicə İsmayıl avropalılara: Siz hansı proqresdən danışırsınız?

Xədicə İsmayıl avropalılara: Siz hansı proqresdən danışırsınız?

Tarix: 27-10-2018, 11:33 Bölmə :Müsahibə Baxış: 403
Xədicə İsmayıl avropalılara: Siz hansı proqresdən danışırsınız?


“Avropa Şurası Azərbaycanda 2015-ci ildə Azərbaycanda "Yaxşı idarəetmə naminə tərəfdaşlıq" çərçivəsində layihələrə başladıqdan bəri ölkədə siyasi məhbusların sayı 2014-cü ildə 98-dən 2018-ci ildə 130-a, 2011-2014-cü illərdə 0 difamasiya hökmlərindən 2015-2017-ci illər arasında onlarla hökmə, işgəncədən ölüm halları 2013-də 0-dan 2017-də 6-a yüksəlib,” deyə araşdırmaçı jurnalist Xədicə İsmayıl bildirib.

Avropa İttifaqı və Avropa Şurasının €5.2 milyon avro dəyərində maliyyələşdirdiyi layihələr barədə hesabatın təqdimatından sonra Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri səfir Kyastutis Yankauskas və Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyesi dəhlizdə qarşılayan İsmayıl bu qədər pulun hara və niyə xərcləndiyini sual edib.

Onun sözlərinə görə, avropalıarın milyonlarla avro xərclədikləri layihələrin ardınca bir çox göstəricilər üzrə Azərbaycanda insan haqlarının durumu daha da pisləşib, lakin Yankauskas və Hernyesin təqdimatları belə bir təsəvvür yaradır ki, Azərbaycanda əslində “proqres” baş verib.

"Biz ən yüksək keyifyyətli materiallar və tədris veririk." - Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri səfir Kyastutis Yankauskas Xədicə İsmayılla söhbətində təşkilatının həyata keçirdiyi multi-milyon avroluq layihələri müdafiə edib.
"Biz ən yüksək keyifyyətli materiallar və tədris veririk." - Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri səfir Kyastutis Yankauskas Xədicə İsmayılla söhbətində təşkilatının həyata keçirdiyi multi-milyon avroluq layihələri müdafiə edib.
İsmayılın sorğularına cavab verən Yankauskas “bəzi sahələrdə proqresin olduğunu, digərlərində isə arzuolunan proqresin olmadığını” qeyd edib.

“Mövcud problemlərin olduğunu tanımaq onları həll etmək yönümündə birinci addımdır. Əminəm ki, əgər bu təlimlər olmasaydı, situasiya yəqin ki, daha pis olardı,” Yankauskas təlimlərin bəlkə də intensivləşdirilməsinə ehtiyac olduğunu bldirib. “Sizin dediyiniz rəqəmlər mühümdür və bu rəqəmlər hökumətə çatdırmaq çox mühümdür,” o əlavə edib.

Azərbaycanlı jurnalist ölkədə insan haqları sahəsində həqiqi proqres olmadığı bir halda Yankasukasa bu qədər xərclənmiş pulun müqabilində “əməkdaşlığın imitasiyası”-nın “çirkli pulyuma əməliyyatları”-nı xatırlatdığını söyləyib.

Bu proqrama xərclənən hər bir avro-sent sənədləşdirilib.
Yankasukas pulyuma əməliyyatları barədə ittihamların həqiqətə uyğun olmadığını bildirib və vurğulayıb ki, avropalıların həyata keçirdiyi layihələr “insanları öyrənməyə məcbur edə bilməzlər,” yalnız bunun üçün şərait yarada bilərlər.

“Bu proqrama xərclənən hər bir avro-sent sənədləşdirilib,” deyə Hernyes bu məqamda söhbətə qoşulub.

İsmayıl layihənin həyata keçirildiyi vaxt qərəzli məhkəmə hökmlərinin artıdğını qeyd edib və hansı əsasla təşkilatçıların "proqres" haqda danışdıqılarını sual edib.

“Siz Azərbaycanda məhkəmə orqanlarına düzgün şeyləri tədris etdiyinizə, verdiyiniz tövsiyələrin düzgün olduğuna əminsinizmi?”

Hernyes suala cavabda Azərbaycanda difamasiyaya aid qanunun qüvvədə olduğunu və hakimlərin mövcud qanuna uyğun davrandıqlarını bildirib.

“Biz möcüzə, yaxud cəld nəticə gözləyə bilmərik,” o əlavə edib.

Korrupsiya İttihamları

Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Azərbaycan hökumət ilə münasibətlərində korrupsiya faktlarına göz yummaqda günahlandırılıb. Səbəb qurumun keçmiş vitse-prezidenti – italiyalı siyasətçi Luca Volontè-nin Azərbaycan rəsmilərindən €2.4 milyon avro məbləğində rüşvət alması ilə bağlı ittihamlardır.

AŞPA korrupsiya ittihamları üzrə müstəqil istintaq qrupunun 219 səhifəlik hesabatını bu ilin aprelində AŞPA-nın plenar iclasında qızğın müzakirələrdən sonra qəbul edilib.

2017-ci il yanvarın 27-də Büro AŞPA-da korrupsiya hallarının araşdırılması üzrə qərar qəbul edib. 2017-ci il mayın 29-da Büro istintaq qrupunun üç üzvünü təyin edib: Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) keçmiş hakimi Nikolas Brats (Böyük Britaniya), Fransadan keçmiş hakim Jan Lui Briqeri və AİHM-in keçmiş hakimi Elizabet Fura (İsveç).

İstintaq qrupu rüşvət alan 17 deputatın adını açıqlayıb, AŞPA kuluarlarında sistemli ələ alınmalar və korrupsiya faktlarını ifşa edib. 9 ay ərzində istintaqçılar təhqiqat aparıb və hesabatda onun nəticələrini açıqlayıb.

Sənəddə konkret dövlətlərin maraqları ilə bağlı ayrı-ayrı məsələlər üzrə səsvermə zamanı bəzi deputatların ələ alındığı bildirilir. Azərbaycandan gedən hədiyyələr: bir neçə min dollarlıq kürü, pullar, seksual xidmət təklifi daha çox səy-küy doğurub.

2001-ci ildə Avropa Şurasına qəbul olunduqdan bəri Azərbaycanda onlarla jurnalist, o cümlədən Xədicə İsmayıl və yüzlərlə siyasi fəal həbs edilib.
Bakı tərəfindən deputatların ələ alındığını ilk dəfə 2012-ci ildə Almaniyadakı Avropada Stabillik Təşəbbüsü (ESI) təşkilatının fəalları bəyan edib.

2015-ci ildə İtaliyada keçmiş deputat Luka Volonte bir neçə milyon avro rüşvət aldığına görə saxlanılıb. O, AŞPA-da iri siyasi qrupa rəhbərlik edib.

“AŞPA-da Azərbaycanla bağlı məsələ müzakirə edilərkən səsverməyə daha çox deputat gəlib, assambleyaya az-az gələnlər də burada olub. Həmin adamlar Azərbaycanın xeyrinə səs veriblər,” hesabatda deyilir.

Azərbaycan Avropa Şurasına 2001-ci ildə üzv olaraq qəbul edilib. O vaxtdan bəri Azərbaycanda onlarla jurnalist, o cümlədən Xədicə İsmayıl, və yüzlərlə siyasi fəal həbs edilib. Jurnalistləri Müdafiə Komitəsi mütəmadi qaydada Azərbaycanı Şimali Koreya, Səudiyyə Ərəbistanı və İran kimi ölkələrin daxil olduğu “ən çox senzuraya məruz qalan 10 ölkə”-nin sırasına daxil edir. Vaşinqtonda qərargahlanan Freedom House təşkilatı Azərbaycanı “azad olmayan” ölkələr kateqoriyasına daxil edib./amerikaninsesi.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Avropa İttifaqı və Azərbaycan Lənkəran iqtisadi rayonunda regional inkişafa dəstək sazişi imzalayıb

    Avropa İttifaqı və Azərbaycan Lənkəran iqtisadi ...

    3-10-2018, 16:29

  • 
  • Xədicə İsmayıl partiya yaradır

    Xədicə İsmayıl partiya yaradır ...

    3-02-2014, 14:53

  • 
  • ​Avropa İttifaqı SÖZÜNÜ TUTDU: Türkiyəyə 3 milyard avro ödəyəcək

    ​Avropa İttifaqı SÖZÜNÜ TUTDU: Türkiyəyə 3 ...

    14-03-2018, 20:00

  • 
  • Xədicə İsmayıl həbs olundu

    Xədicə İsmayıl həbs olundu ...

    5-12-2014, 20:31

  • 
  • “Azərbaycanla problemlərin bu ayın sonunadək həll ediləcəyini gözləyirik” – Avropa Şurası

    “Azərbaycanla problemlərin bu ayın sonunadək həll ...

    2-11-2017, 14:48


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu