GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Arif Hacılı: 'Himnin bir hərfi belə dəyişə bilməz'

Arif Hacılı: 'Himnin bir hərfi belə dəyişə bilməz'

Tarix: 5-11-2018, 16:42 Bölmə :Müsahibə Baxış: 721
Arif Hacılı: 'Himnin bir hərfi belə dəyişə bilməz'


“Təəssüf ki, ayrı-ayrı vaxtlarda hakimiyyət tərəfindən parlamentə “daxil edilən” deputatlar dövlət artirbutları barədə lazım olmayan fikirlər, düşüncələr ortaya qoyurlar”.

Müsavat Partiyasının başqanı Arif Hacılı deputat Tahir Kərimlinin bu günlərdə dövlət himinin qısaldılması barədə açıqlamasına münasibət bildirərkən deyir.

Himnin sözləri şair Əhməd Cavada, musiqisi bəstəkar Üzeyir Hacıbəyova aiddir. Partiya başqanı hər iki müəllifin də təkcə şeir və musiqi yazmadığını, hər ikisinin də Azərbaycanın böyük fikir və düşüncə sahibi olduğunu vurğulayır.

“Bu himni hətta Stalin repessiyaları xalqa unutdura bilmədi. Bu himinin hər bir cümləsi xalqın yaddaşına hopub, o illərlə qorunaraq günümüzə gətrilib. 1991-ci ildə bərpa edilib və1992-ci ildə layiq olduğu mərtəbəyə - dövlət himni mərtəbəsinə qalxıb. Odur ki, onun nəinki musiqi həcmi, hətta bir hərfi belə dəyişə bilməz”.

Elman Məmmədov “O qədər mükəmməl himndir ki...”

“Bu, deputat Tahir Kərimlinin dövlət himninə öz baxışı, öz yanaşmasıdır ”, - hakim Yeni Azərbaycan Partiyasının parlamentdəki təmsilçisi Elman Məmmədov belə söyləyir.

Onun öz mövqeyinə gəlincə, deputat hesab edir ki, himndə hər hansı dəyişikliyə ehtiyac yoxdur.

“Azərbaycan dövlət himni həm mətni, həm də musiqisi baxımından o qədər mükəmməldir ki, əl gəzdirilməsinə ehtiyac yoxdur. Biz dövlətimizi də, himinimizi də sevirik, bununla qurur duyuruq”, - deyə Elman Məmmədov fikrini izah edir.

Amma deputat başqa bir məqama diqqət çəkir:

“Mən bunu istər qardaş Türkiyədə, istər Türkiyənin Azərbaycan səfirliyinin keçirdiyi tədbirlərdə görmüşəm, “İstiqlal marşı” ifa olunanda onu hamı oxuyur, əzəmətli bir mənzərə, səhnə yaranır. Bax istəyirəm, həmin əzəməti biz də öz himnimizi ifa edəndə yaşayaq”.

Fazil Mustafa: “Linçvari münaisbəti anlamıram”

Deputat, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa həmkarı Tahir Kərimlinin dövlət himni ilə bağlı söylədiyi bəzi məqamlarla razı olmadığını bildirir. Amma bununla belə onun açıqlamasında himnə qarşı “hər hansı hörmətsizlik, aşağılama” olmadığını da qeyd edir və ona görə bu açıqlama ətrafında bu qədər ajiotaj yaradılmasını anlamadığını söyləyir.

Deputat hesab edir ki, həmkarı Tahir Kərimli himnə dövlət atributu kontekstindən yox, sənət və zövq baxımıından yanaşıb.

“Adam demir ki, gəlin himni dəyişək, deyir ki, himinin dinlənilmə müddətini, bəzi sözlərini qısaldaq. Hesab edirəm ki, bu demokraitk cəmiyyətə xas olan və fikrini açıq söyləmək xüsusiyyətidir. Bu açıqlamaya az qala linçvari yanaşmanı anlaya bilmirəm. Hər şeyi bu qədər müqəddəsləşdirmək olmaz, axı. Bu sözləri yazan da, bu musiqini bəstələyən də insandır. Yəni hər kəsin bir zövq məsələsi var”, - deyə Fazil Mustafa bildirib.

O hesab edir ki, bu dini sahədəki “buna toxunma, bu müqəddəsdir”, “ona toxunma bu kəramət sahibidir” kimi yanaşmaların demokratik düşüncə müstəvisinə gətirilməsi cəhdidir.

“Nəqarat götürülsün, minor notlar çıxarılsın”

Ali Məhkəmənin keçmiş sədri, deputat Tahir Kərimli özü isə mətbuata ikinci dəfə açıqlamasında deyib ki, musiqinin həcmi azaldılmalıdır.

“Mən məsələni belə qoymuşam ki, himndə “Üç rəngli bayrağınla məsud yaşa” təkrar olunur, iki dəfə “Azərbaycan” yazılır, biz 4 dəfə oxuyuruq. Nəqaratlər götürülsün, minor notlar çıxarılsın. Mən musiqinin qısaldılmasını, minor notların götürülməsini, mübariz əhval ruhiyyədə fon verilməsini təklif etmişəm”, - “Qafqazinfo”ya açıqlamasında deputat fikrini belə izah edib.

Onun sözlərinə görə, Türkiyənin himni 1 dəqiqə 30 saniyəyə bitdiyi halda Azərbaycan himni 4 dəqiqə çəkir. “Əcnəbilər də, bizimkilər də himn səslənəndə artıq bir-biri ilə söhbət edirlər, fırlanırlar, gəzirlər. Bu da mənə pis təsir edir”.

Azərbaycan Diplomatiya Akademiyasının müəllimi, şərqşünas Nəriman Qasımoğlu Facebook sosial şəbəkəsində yazır:

“Azərbaycan dövlət himninin ifasının uzun sürməsindən şikayət etmək, mahiyyətcə, doğru deyil. Bu, ayrı məsələ, bunu xeyli əsaslandırıblar. Şikayətçi deyir himnimiz 4 dəqiqədir, bu da doğru deyil. Şikayətini geri götürməlidir. Çünki himnimiz o dediyindən təxminən iki dəfə qısadır, yəni 2 dəqiqədən 10-15 saniyə artıq. Başqalarının himninin 2-2,5 dəqiqə olduğunu sübut kimi gətirmək istəyən həmin şikayətçi yenə də yanılır. Bu sözünü də geri götürməlidir. Məsələn, cənab bilmir ki, Amerikanın himni 5 dəqiqə 13 saniyədir”.

Jurnalist, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli isə sosial şəbəkədə deputatıpn təklifini “bekarçılıqdan əcaib "islahatçılar"ın peyda olması” kimi dəyərləndirib.

“Əlbəttə, bütün sahələrdə, o cümlədən himnin musiqisinin cazibədarlığını daha da artırmaq sahəsində hansısa peşəkar addımlar atmaq olar. Amma bu müzakirələri tarixə və tarixi şəxsiyyətlərə həqarət fonunda aparmaq olmaz.. Hələ nə yaxşı ki, o məclisdə himnin fəlsəfəsini bilən və bunu başqalarına da anladan deputatlar var”, - Qulu Məhərrəmli yazır.

XATIRLATMA

Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə himn yazılması üçün müsabiqə keçirmək istəsə də, həmin il aprelin 28-də bolşevik işğalı ilə süquta uğradığı üçün bu baş tutmayıb.

1992-ci il mayın 27-də isə parlament “Azərbaycan Respublikasının Dövlət Himni haqqında" qanun qəbul edib. Həmin qanuna əsasən 1919-cu il-cu ildə bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavadın müəllifi olduğu "Azərbaycan marşı" Azərbaycan Respublikasının Dövlət Himni kimi təsdiqlənib./AzadlıqRadiosu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Müsavat Partiyasının başqanı Arif Hacılı da “bandotdel”ə – Çağrıldı

    Müsavat Partiyasının başqanı Arif Hacılı da ...

    13-10-2016, 22:43

  • 
  • Arif Hacılı: «Xalqın qul olmadığını bilirəm»

    Arif Hacılı: «Xalqın qul olmadığını bilirəm» ...

    2-11-2015, 15:29

  • 
  • Müsavat başqanı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb

    Müsavat başqanı Baş Mütəşəkkil Cinayətkarlıqla ...

    15-12-2017, 23:55

  • 
  • Deputat nərd oynayır, başqan ona siqaret yandırır - FOTO

    Deputat nərd oynayır, başqan ona siqaret yandırır ...

    22-10-2014, 21:40

  • 
  • Arif Hacılı Müsavatdan gedənlərə "xəyanətkar" dedi

    Arif Hacılı Müsavatdan gedənlərə ...

    17-10-2014, 13:43


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu