GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Rusiyalı deputat: "Ermənistanın əvvəlki hökuməti kimi danışıqlar görüntüsü yaratmaq bundan sonra təhlükəlidir"

Rusiyalı deputat: "Ermənistanın əvvəlki hökuməti kimi danışıqlar görüntüsü yaratmaq bundan sonra təhlükəlidir"

Tarix: 30-01-2019, 14:28 Bölmə :Müsahibə Baxış: 470
Rusiyalı deputat: "Ermənistanın əvvəlki hökuməti kimi danışıqlar görüntüsü yaratmaq bundan sonra təhlükəlidir"


Rusiya – Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Rusiya Dövlət Dumasının üzvü Dmitri Savelyev "Report"a eksklüziv müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Davosdakı qeyri-rəsmi görüşü şərh edib, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasının Ermənistana verəcəyi faydalar barədə fikirlərini açıqlayıb.

- Bu yaxınlarda Davosda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında qeyri-rəsmi görüş keçirilib. Bu görüş dünyaya nəyi göstərdi?
- Dünya İqtisadi Forumunun təşkilatçıları bu iki liderin görüşünü forum çərçivəsindəki mühüm proseslər sırasına aid ediblər. Belə ki, Əliyevlə Paşinyan qeyri-rəsmi şəraitdə söhbət edib, Dağlıq Qarabağ məsələsindəki mövqelərini ortaya qoymaq fürsəti qazandılar. Əminəm ki, Əliyev təcrübəli diplomat kimi, Dağlıq Qarabağ münaqişəsinin həllindən Ermənistanın qazanacağı faydaları Paşinyana çatdırıb. Belə faydalar az deyil, çünki Ermənistanın iqtisadi vəziyyəti xüsusilə də Azərbaycan və Türkiyə tərəfindən ən uzun sərhəd sahələrinin bağlı olması üzündən heç də ürəkaçan deyil. Həmin sərhədlər açılsa, Ermənistan nəinki Avropa bazarlarına sərbəst çıxmaq imkanı, üstəlik neft və qaz kəmərləri üçün tranzit ölkəyə çevrilmək fürsəti də qazanar. Sənayesi enerji daşıyıcılarının kəskin qıtlığı ilə üzləşən Ermənistan üçün sonuncu məsələ xüsusi əhəmiyyət daşıyır.
Beləliklə, Azərbaycan bir daha səmərəli dialoqa, məntiqli güzəştlərə açıq olduğunu qarşı tərəfə çatdırıb. Ümidvar olmaq istərdim ki, Ermənistanda hakimiyyətə gələn siyasətçilər reallıqla hesablaşaraq sülhə doğru hərəkətə başlamağa hazır olarlar. Hərçənd Ermənistan cəmiyyətinin Dağlıq Qarabağ məsələsində ciddi güzəştlərə hələlik hazır olmaması danışıqları ləngidə bilər. Ona görə də Nikol Paşinyan konkret addımlar atmaq zərurəti ilə ölkə daxilində sərt etirazlarla qarşılaşmaq ehtimalı arasında çətin vəziyyətdə qalır. Lakin hər halda əvvəlki hökumət kimi danışıqlar görüntüsü yaradaraq hərbi toqquşmanın astanasında var-gəl etmək bundan belə mümkün deyil, çox təhlükəlidir.
- Sizcə, Azərbaycanla Ermənistan liderlərinin bu görüşü Dağlıq Qarabağ münaqişəsinin həqiqi həlli prosesinin başlanğıcıdırmı?
- Məncə, İlham Əliyev ilə Nikol Paşinyan arasındakı saatyarımlıq söhbətin nəticələri fevral ayında Azərbaycanla Ermənistan xarici işlər nazirləri arasındakı son vaxtların sayca üçüncü rəsmi görüşündə özünü göstərəcək. Bu cür fəal şəkildə görüşlərin keçirilməsi rəsmi Bakı və Yerevanın həqiqətən də öz aralarındakı gərginliyi səngitmək xəttini götürdüklərinə ümid yaradır. Həm də Azərbaycan son vaxtlar görüş naminə görüş keçirtmək tərəfdarı olmadığını, yalnız hansısa səmərə verəcəyi təqdirdə görüşlərdə iştirak etməyə razı olduqlarını açıq şəkildə diqqətə çatdırıb. İki ölkə xaric işlər nazirləri arasındakı son Paris görüşünün dörd saat davam etdiyini nəzərə alsaq, rəsmi şəxslərin belə uzun-uzadı danışıqları Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə dair konkret variantlar üzrə müzakirə apardıqlarını güman etməyə müəyyən əsas verir. Yəni Azərbaycanla Ermənistanın razılığa gələ biləcəyinə, danışıqların növbəti mərhələsinin daha səmərəli olacağına ümid yaranır. Dağlıq Qarabağa dair həqiqi razılaşma əldə edilsə, Türkiyə parlamenti də 2009-cu ildə imzalanmış Zürix protokollarını təsdiq edər, nəticədə sərhədlər açılar, Cənubi Qafqazın uzun illərdir həsrətini çəkdiyi sülh əldə edilər.
- Bəs bu sülhə nail olmaq üçün tərəflər hansı güzəştlərə getməlidirlər?
- Azərbaycan tərəfi münaqişənin həllinə dair öz mövqeyini çoxdandır ortaya qoyub, bu mövqe dəyişməzdir. Dağlıq Qarabağ ətrafındakı 7 rayon boşaldılır, azərbaycanlı məcburi köçkünlər öz yurd-yuvalarına qayıdır. İlham Əliyev ölkənin ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa ən geniş muxtariyyat verməyə də razıdır. Məncə, Azərbaycanın hazır olduğunu bildirdiyi bu güzəşt məntiqlidir. Həmçinin Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Dağlıq Qarabağ ermənilərinə təhlükəsizlik və yerli idarəçilik hüququ ilə bağlı da zəmanət verməyə hazır olduqlarını bildirib. Bu, çox ciddi güzəşt addımıdır. İndi də növbə Ermənistandadır. Onlar da siyasi iradə göstərib bu tarixi fürsətdən yararlana biləcəklərmi?! Bunu ən yaxın vaxt ərzində görəcəyik.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyev və Nikol Paşinyan arasında görüş olacaq - Ermənistan XİN rəsmisi

    İlham Əliyev və Nikol Paşinyan arasında görüş ...

    31-05-2018, 15:34

  • 
  • Rusiya XİN Əliyevlə Paşinyanın Düşənbə danışıqları haqda - ŞƏRH

    Rusiya XİN Əliyevlə Paşinyanın Düşənbə ...

    2-10-2018, 14:26

  • 
  • Əliyev və Paşinyan Tvitter-də Qarabağ haqda yazdılar

    Əliyev və Paşinyan Tvitter-də Qarabağ haqda ...

    15-12-2018, 10:53

  • 
  • Paşinyan: İlham Əliyevlə danışıqlara hazıram

    Paşinyan: İlham Əliyevlə danışıqlara hazıram ...

    20-07-2018, 15:47

  • 
  • Paşinyan Qarabağ danışıqlarına hazır olduğunu bəyan etdi

    Paşinyan Qarabağ danışıqlarına hazır olduğunu ...

    11-08-2018, 21:19


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu