GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Rəhim Qazıyev : “Hansı milli mentalitetdən danışa bilərik”?! – EKSKLÜZİV MÜSAHİBƏ

Rəhim Qazıyev : “Hansı milli mentalitetdən danışa bilərik”?! – EKSKLÜZİV MÜSAHİBƏ

Tarix: 11-02-2019, 21:01 Bölmə :Müsahibə Baxış: 1 107
Rəhim Qazıyev : “Hansı milli mentalitetdən danışa bilərik”?! – EKSKLÜZİV MÜSAHİBƏ


“GündəmXəbər” qəzetinin “Seçmələr” rubrikasının bugünkü müsahibi meydan hərəkatının liderlərindən biri, Azərbaycanın sabiq müdafiə naziri Rəhim Qazıyevdir. O, 19 yanvarda gerçəkləşən mitinq və aksiya sonrası 15-16 yaşlı qız uşaqlarının zorla polis bölmələrinə aparılması ilə bağlı fikirlərini bizə danışdı.

-Rəhim bəy, son zamanlar 15-16 yaşlı qızların zorla polis bölmələrinə aparılması nədən xəbər verir?

-“YAP” hakimiyyətinin “Azərbaycanın təhlükəsizliyinin qarantı, xalqın layiqli həyat səviyyəsinin təmin edəcəyik” – deyərək, vədinə xilaf çıxması və apardığı yalnış siyasətin nəticəsidir. Qısası ölkədə qanun adından qanunsuzluq, ədalət adından ədalətsizlik baş alıb gedir.

-Sizcə, ötən ayın 19-dakı mitinqin əsas səbəbi nə idi?

-Səbəblər sonsuz saydadır, saymaqla bitməz. Bilirsiniz, indiki iqtidar SSRİ rəhbəri olmuş Leonid İliç Brejnevi də kölgədə qoyub. Brejnev SSRİ-də yüksək vəzifə tutmaqla qalmamış, həmçinin “Qəhraman ana” ordenindən başqa yerdə qalan bütün orden-medallarla özünü təltif etmişdi. Ona görə də 1982-ci ildə o, ölən zaman tabutunu qəbrə qoyanda ağırlıqdan onun gupultusunun səsi bütün dünyaya yayıldı.
Mədəsinin ölçüsünü itirən, ayı ətindən kabablar yeməklə doymayan, mövcud iqtidar başını yeməkdən qaldıranda trilyonlarla kapitalı olan Vatikanda kilsə tikir, Fransada kilsələr təmir edir, Rusiyada kimsəsizlər üçün evlər, sığınacaqlar tikdiyi halda bir çox kənd-qəsəbələrimizdə hələ də “Xudayar” bəyin tövlələri vəziyyətində qalan doğum evləri, məktəblər, mədəniyyət evləri qalmaqdadır, həmçinin öz vətəndaşına qarşı son dərəcə ögey, qeyri-səmimi münasibət göstərilir. Ona görə də xalq rejimə ikrah hissi bəsləyir. Gənclər başda olmaqla xalqın haqlı etirazından vahiməyə düşən iqtidar artıq 15-16 yaşlı uşaqları, özü də qız uşaqlarını qanunsuz, zorla polis bölmələrinə apararaq gənclərin gözünü qorxutmaq, mübarizə əzmini qırmaq istəyir.

-15-16 yaşlı qızların atalarının gözü qabağında, məktəbdən zorla polis bölmələrinə aparılması Azərbaycan mentalitetini aşağılamaq deyilmi?

-Milli-mənəvi dəyərlərdən danışmaq üçün birinci olaraq o dəyərlərin qorunması üçün mübarizə aparılmalıdır. Bu gün Faiq Ağayev, Aygün Kazımova, elgizlər, zaurlar və digər bu qəbildən olanlar durub xalqa “mənəviyyat” dərsi keçirsə, hansı milli mentalitetdən danışa bilərik?!...
Adlarını çəkdiyim “mənəviyyat carçıları” sayəsində cəmiyyətimizdə fahişəlik, əxlaqsızlıq çiçəklənir.

-Rəhim bəy, “Azərbaycan Xalq Hərəkatı” (AXH) gənc qızların zorla polis idarələrinə aparmasına kəskin etiraz bildirməklə qalmamış, həm də aclıq aksiyasına başlamışdır. Siz də bu aksiyaya qoşulmusunuzmu?

-Əslində burda uzun müddətli aclıq aksiyasından söhbət getmir. Sadəcə olaraq AXH-in öncülləri baş vermiş hadisəyə etiraz olaraq bir gün aclıq elan etdilər. Şəxsən mən heç vaxt aclıq aksiyasının tərəfdarı olmamışam. Onsuz da bizi istəməyən iqtidar gecə-gündüz arzu edir ki, hamımız birdəfəlik qırılaq. Aclıq edərək onları niyə sevindirməliyəm? Əksinə, mən hər zaman fiziki gücə malik olub iqtidarla aktiv, barışmaz mübarizə aparmağı hər şeydən üstün tuturam.

-AXH haqqında nə deyərdiniz?

-Bu hərəkatı ərsəyə gətirən və müstəsna xidmətləri olan İsgəndər bəydi. O, hərəkatı yaradıb xalqı yenidən həmrəyliyə çağıraraq, yeni mübarizənin başlanğıcını qoydu. Buna görə ona dərin minnətdarlığımı bildirirəm. Bu hərəkata böyük ümidim var. Düşünürəm ki, AXH şaxələnəcək, böyük etirazçılar ordusunu ətrafında birləşdirərək, xalqın uzun illərdir arzuladığı dəyişikliyi həyata keçirəcək.

Abdulla İsmayıloğlu
GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rəhim Qazıyevdən əl çəkmirlər

    Rəhim Qazıyevdən əl çəkmirlər ...

    10-04-2013, 10:09

  • 
  • Rəhim Qazıyev 20 Noyabr faciəsindən bir ay öncə hansı məxfi məlumat alıb? - ŞOK...

    Rəhim Qazıyev 20 Noyabr faciəsindən bir ay öncə ...

    22-11-2016, 02:51

  • 
  • Ərdoğan 23 il öncə Rəhim Qazıyev haqda nə deyib - şok video

    Ərdoğan 23 il öncə Rəhim Qazıyev haqda nə deyib - ...

    2-05-2016, 12:25

  • 
  • Keçmiş müdafiə naziri həbs edilib

    Keçmiş müdafiə naziri həbs edilib ...

    26-12-2017, 20:08

  • 
  • 74 yaşlı keçmiş nazir xırda xuliqanlıqda günahlandırılıb

    74 yaşlı keçmiş nazir xırda xuliqanlıqda ...

    27-12-2017, 13:10


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (266)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
roulette online
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu