GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Azərbaycan sərhədçiləri Gürcüstana niyə atəş açmadılar? - EYNULLA FƏTULLAYEV YAZIR...

Azərbaycan sərhədçiləri Gürcüstana niyə atəş açmadılar? - EYNULLA FƏTULLAYEV YAZIR...

Tarix: 17-07-2019, 13:44 Bölmə :Müsahibə Baxış: 609
Azərbaycan sərhədçiləri Gürcüstana niyə atəş açmadılar? - EYNULLA FƏTULLAYEV YAZIR...


Bu gün bu çaşqın sual dünən Azərbaycan-Gürcüstan sərhədində baş vermiş ağılsız hadisəyə yaxalanmış hər iki azərbaycanlıdan birinin dilindən səslənir. Bəli, söhbət yenə də qalmaqallı David-Qareci, yaxud da Keşikçidağdan gedir. Necə istəyirsiniz, elə də adlandırın, lakin sosial şəbəkələrdə dünəndən bəri yayılan video Azərbaycan izləyicilərinin təsəvvürünü alt-üst edib. Həmin videoda Gürcüstanın ictimai sektorunun xoş görüntülü hiddəti və dəstəyi bəhanəsi ilə bir dəstə təxribatçının azərbaycanlı sərhədçiyə hücumu və onun əlindən tabel silahının alınması əks etdirilib. Ssenari müəllifləri əvvəldən düşündəklərini gerçəkləşdirməyə yaxındırlar. Həm gürcülərin, həm də azərbaycanlıların üstü açılmış sinirləri tarıma çəkilib. Zərif sabitlik istənilən dəqiqə pozula bilər...

Keşikçidağ monastırları kompleksi erkən xristian pravoslav sivilizasiyasının irsidir və hardasa əfsanəvi yunan pravoslav meteorlarını xatırladırlar, gürcü tarixçilərinin özlərinin də etiraf etdiyinə görə, yalnız gürcü pravoslav kilsəsinin deyil, həm də Qafqaz alban xristian mədəniyyətinin bir hissəsidir. Orta əsrlərə aid mağaralar həm gürcü, həm də alban, ərəb və təbii ki, yunan dilində qədim yazılarla zəngindir. Bu qiymətli inci – o dövrün digər mədəni artefaktları kimi bütün qitə mədəniyyətinin bir parçasıdır.

Qonşu və dost xalqları ayıran və heç cür birləşdirməyən tarixin zənginliklərinə varmadan yalnız bir əsas nəticənin üstündə dayanmaq istərdim: bu monastır, digər tarixi abidələr kimi, nifaq və düşmənlik səbəbi olmamalıdır. Məhz bu səbəbdən fırtınalı 90-cı illərdən bəri məbəd kompleksinin aidiyyəti barədə səngiməyən mübahisələrə rəğmən Azərbaycan və Gürcüstan sərhədin bu hissəsində xüsusi, güzəştli birgə sərhəd xidməti rejimi tətbiq ediblər.

Yenidənqurmadan sonrakı 30 illik dövr ərzində kompleksin məxsusluğu problemi ictimaiyyət arasında hər hansı mübahisə və təbəddülatlara səbəb olmayıb. Axı nəyə görə də olsun? Ziyarətçilər üçün keçid hər zaman sərbəst və məhdudiyyətsiz olub. Nəhəng transmilli və regional geoiqtisadi layihələrin təşəkkül tapmasını təmin edən iki dövlətin – Azərbaycanın və Gürcüstanın strateji ittifaqı nəzərə alınarsa, sərhəd zolağındakı hansısa tarixi qoruğun taleyi özü-özlüyündə münaqişəli vəziyyətin mənbəyi ola bilməzdi. Nəyə görə? Məntiq hardadır? Axı millətlərin ağlını etnik və dini ayrılıqlar və mağara ura-vətənpərvərliyi ilə dumanlandırmış Qorbaçov dövrünün romantizmi çoxdan tarixə qovuşub. Ayrıldıqdan sonra biz yenidən birləşməyə başladıq. Ələlxüsus da, qloballaşmanın qələbəsi dövründə. Sual olunur, axı Avropanın skeptik ruhunun qalib gəldiyi bir dövrdə mərkəzəqaçan qüvvənin cənginə aldığı Gürcüstan ancaq son növbədə milli-ərazi məhdudiyyətlərə can atmalı deyildimi? Birdən-birə nə oldu?

Lakin bu tarixi qoruq uğrunda uydurulmuş mübarizənin süni olaraq yaradılmış meydanında üçüncü qüvvələrin mövcudluğu lap əvvəldən hiss olunur. İstənilən başqa postsovet ölkəsi ilə müqayisədə müxtəlif kalibrli və qeyri-həmcins siyasi sistemə malik Gürcüstanda asan idarə olunan və anarxiya ruhlu işğalçılıq ruhunu yaratmaq daha asandır. Məqsəd nədir? Nifaq salmaq və müstəqil Gürcüstanla onun strateji tərəfdaşları – Azərbaycan və Türkiyə arasında münaqişə alovlandırmaq. Vəziyyəti o həddə çatdırmaq ki, Azərbaycanı sərt sanksiyalara əl atmağa vadar etmək.

İndi anlayırsınızmı ki, nəyə görə azərbaycanlı sərhədçilər bu cür misli görünməmiş soyuqqanlılıq nümayiş etdirdilər?

Təxribatçılar tarixi qoruq ətrafında vəziyyəti təhlükəli nöqtəyə çatdırmağa cəhd edirlər. Əvvəlcə qərbyönümlü dekorasiyalı bir qrup QHT-çi qoruğa müdaxilə edərək orada Gürcüstanın milli bayraqlarını asdı. Azərbaycan təmkin nümayiş etdirdi və qonşu dövləti daha düşüncəli davranmağa çağırdı. İkinci təxribat – sərhəd zastavasına hücum... Bu dəfə də Azərbaycan hakimiyyəti təmkinini və aydın düşüncəsini qorudu ki, bu da Dövlət Sərhəd Xidmətinə və ölkənin siyasi rəhbərliyinə şərəf gətirir.

Vacib qeyd. Azərbaycan müxalifətçiləri tərəfindən yayılan şayiələrə rəğmən, “gürcü işğalçıları”nın hücumu zamanı inanılmaz təmkin və hərbi intizam nümayiş etdirmiş sərhədçi sıravi və müddətli hərbi xidmətdə olan əsgər deyil, Dövlət Sərhəd Xidmətinin giziridir. Xoşbəxtlikdən, özgə iradəsinin icraçıları sıravi əsgərə deyil, peşəkar sərhəd hərbçisinə rast gəliblər.

Azərbaycan yaranmış vəziyyətin bütün ssenarilərini nəzərdən keçirir. DİN, ondan sonra isə Gürcüstan XİN haqlı bəyanat və iradlarla çıxış edərək, ilk növbədə öz vətəndaşlarını kütləvi təxribatçı hərəkətlərə görə qınayıblar. Təkrar edirəm, Azərbaycanda bu cür təxribatların bütün təşkilatçıları və iştirakçıları saxlanılıb cəzalandırılardı. Postmodern Gürcüstanında siyasi və beynəlxalq amillərin cəminin təsiri altında, görünür, hakimiyyət xaricdən idarə olunan ictimai sektor institutlarına qarşı həmlələri özünə rəva görə bilmir. Hərçənd...

Hərçənd, son baş verənlər nəinki Azərbaycanın, həm də Gürcüstanın milli təhlükəsizliyinə təhlükə törədir. Fəqət Gürcüstan parlamentinə son hücum zamanı, asayiş keşikçiləri üsyançılara rezin güllə atanda Gürcüstan hakimiyyəti bariz şəkildə nümayiş etdirdi ki, istəyəndə üsyanları yatırmağı bacarır. Burada sindikalizmin yeri yoxdur. Gürcüstan hökuməti anlamalıdır ki, Azərbaycanın sərhəd zastavasına bir də hücum cəhdi olarsa, anarxist kütləsinə döyüş patronları ilə atəş açıla bilər. Doğrudanmı özünün operativ qüvvələri hesabına bir yığın təxribatçını Rustaveli prospektində olduğu kimi rezin güllələrlə dağıtmaq belə çətindir?

Gürcüstan hökuməti Rustaveli prospektində nümayişçilərə belə atəş açır

Gürcüstan XİN-in də haqlı olaraq bəyan etdiyi kimi, tarixi monastır ətrafında mübahisə delimitasiya üzrə dövlətlərarası komissiya formatında həll edilməlidir. Nəticələri gözləmək lazımdır. Yoxsa... Yoxsa sonra düzəldilməsi mümkün olmayanlar baş verə bilər. Tbilisidə bunu nə qədər tez anlasalar, strateji tərəfdaşımız vəziyyəti bir o qədər tez tənzimləyə bilər.

Son olaraq, müxalifətçi blogerlər və qaragüruhçu cəbhəçilər tərəfindən yaradılmış eybəcər ajiotaj haqqında. Əli Kərimli və ətrafındakılar Azərbaycan hakimiyyətini qərarsızlıqda və acizlikdə ittiham etdilər. Bu da sizə ölkədə mütləq hakimiyyətə namizədlərin psixoloji portreti. Müxalifətçilər çaşqınlıq içində sual verirlər – nəyə görə hakimiyyət gürcü anarxistlər kütləsinə birbaşa atəş açmaq əmrini vermədi?! Cəbhəçilər mundir şərəfi və ləyaqət kodeksi haqqında söz açdılar.

Müxalifət liderləri siyasi vəziyyəti yalnız belə qiymətləndirə bilirlər – cəmi iki gediş əvvəldən. Növbəti dəfə hakimiyyətin əleyhdarlarının yaxşı təşkil olunmuş təxribatın bütün miqyasını dərk etmək üçün analitik düşüncələri çatmadı (bəlkə də dərk edirlər, lakin ssenari müəlliflərinin işinə yaramaq qərarına gəliblər?) və xaricdən siyasi texnoloqların hazırladığı ssenarinin çox uzağa gedən nəticələrini anlamadılar. Axı ssenari müəllifləri məhz silahlı insidentə və vəziyyətin xaotik olaraq dövlətlərarası münaqişəyə qədər gəlib çatmasına ümid edirdilər. Bunu anlamaq və dərk etmək beləmi çətindir?!

Çılpaq emosiyalar və məsuliyyətsiz populizm üzərində siyasi platformanı necə qurmaq olar?! Bu azmış kimi, indiki vəziyyətdə söhbət daxili siyasi qarşıdurmadan deyil, ölkənin milli dövlətçilik maraqlarından gedir. Hərçənd, biz nədən danışırıq? Axı məqsəd vasitələrə haqq qazandırır. Məqsəd isə istənilən vəziyyətdən, hətta milli təhlükədən də istifadə etməklə ictimai müqavilə ilə bərqərar olmuş status-kvonu pozmaqdır. Bütün vasutələr hakimiyyətə qarşı, bütün vasitələr hakimiyyət naminə.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gürcüstanın xarici işlər naziri yenə Azərbaycanla sərhəd mübahisəsindən danışdı

    Gürcüstanın xarici işlər naziri yenə Azərbaycanla ...

    3-05-2019, 19:08

  • 
  • Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

    Prezident İlham Əliyev Azərbaycanın pravoslav ...

    5-01-2017, 22:49

  • 
  • Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

    Prezident İlham Əliyev Azərbaycanın pravoslav ...

    15-04-2017, 00:27

  • 
  • Eynulla Fətullayev “Lotu Quli”nin qarşısında belə oxudu -VİDEO

    Eynulla Fətullayev “Lotu Quli”nin qarşısında belə ...

    1-10-2018, 11:59

  • 
  • SƏRHƏDDƏ AKSİYA - Gürcüstan gərginlikdə maraqlıdır

    SƏRHƏDDƏ AKSİYA - Gürcüstan gərginlikdə maraqlıdır ...

    6-05-2019, 23:02


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (115)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu