GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » İlqar Məmmədov: Vətəndaşlar təhsil haqqının ödənilməsində ciddi problemlə üzləşir

İlqar Məmmədov: Vətəndaşlar təhsil haqqının ödənilməsində ciddi problemlə üzləşir

Tarix: 17-08-2019, 11:07 Bölmə :Müsahibə Baxış: 702
İlqar Məmmədov: Vətəndaşlar təhsil haqqının ödənilməsində ciddi problemlə üzləşir


ReAL Partiyasının sədrinin Amerikanın Səsinə müsahibəsi

ReAL Partiyasının sədri İlqar Məmmədov Amerikanın Səsinə müsahibəsində təhsil problemləri və təhsil haqlarından danışıb.

Amerikanın Səsi: Media ali məktəblərə qəbul olunmuş çoxsaylı insanların təhsil haqqını ödəyə bilməyəcəyini yazır. Təhsil naziri isə təhsil haqlarının hissə-hissə ödənilməsini təklif edir. Ölkədə təhsil haqları əhalinin orta gəliri ilə uzlaşırmı?

Bizim təşəbbüsümüz nəticəsində hakimiyyət problemin həlli üçün qismən kiçik bir addım atdı. Çox kiçicik addım atdı.
​İlqar Məmmədov: Azərbaycan vətəndaşları artıq çoxdandır ki, təhsil haqlarının ödənilməsində ciddi problemlərlə üzləşirlər. Özü də bu, təkcə təhsil haqqının ödənilməsi ilə bağlı deyil. Məsələn, təhsil haqqını ödəyə də bilər. Amma, tələbə hər hansı bir rayonda yaşayırsa, ali məktəb Bakıdadırsa onda, gərək, həm də kirayə haqqı ödəyə. Kirayə haqqını ödəyə bilmir deyə, gedir ya rayon filialında oxuyur, ya da ümumiyyətlə universitetdən imtina edir. Yəni, Azərbaycanda ali təhsilə maddi baxımdan əlçatımlılıq təkcə universitetə ödəniləcək vəsait məsələsi deyil. Bu həm də başqa məsələlərdir - yataqxanalar məsələsi, təlim-tədris mərkəzlərinin uyğun olması, müasir standartlar... Bir çox məsələ var. Əlbəttə, bunun içində təhsil haqlarının ödənilməsi də var. Təhsil haqlarının ödənilməsi ilə bağlı mətbuatda son hesabatları oxudum. Orada qeyd olunur ki, son illərdə minlərlə Azərbaycan vətəndaşı təhsil haqqını ödəyə bilməyib deyə ali təhsildən imtina edib. Əlbəttə ki, biz, Respublikaçı Altenativ olaraq on ay bundan qabaq ali təhsilin bütün islahat dövrünə pulsuz edilməsi təşəbbüsü ilə çıxış edəndə, bu təhlilləri etmişdik. Bu yükün ağırlığını lazımınca dəyərləndirmişdik. Bizim təşəbbüsümüz nəticəsində hakimiyyət problemin həlli üçün qismən kiçik bir addım atdı. Çox kiçicik addım atdı. Bu əlbəttə, bildirdiyimiz məsələni həll etmir. Amma, fevralın 14-də İlham Əliyev bir sərəncam verdi ki, martın 1-dən etibarən Azərbaycanda təqaüd alan tələbələrin sayı 16 min nəfər artırılsın və tədricən təqaüd alan tələbələrin sayı indiki 31 faizdən gələn il 50 faizədək artırılsın. Bu tələbələrin bəzi xərclərini, heç olmasa nəqliyyat xərclərini ödəyə bilər. Bundan başqa, indi insanların iqtisadi vəziyyəti ağırlaşdıqca, əlbəttə Azərbaycan hakimiyyəti başqa yollar da axtarır. O cümlədən, siz dediyiniz təşəbbüs, onun haqqında mən də eşitmişəm. Təhsil naziri universitet rektorlarına tövsiyə verib ki, təhsil haqqını hissə-hissə yığın. Bu bəzi universitetlərdə artıq çoxdan tətbiq olunan bir təcrübədir. Yeni təcrübə deyil. Onu yəqin ki, daha geniş yaymaq istəyirlər. Amma, bu, problemi həll etmir. Azərbaycanda təhsil sisteminin təməl problemləri var və bu təməl problemlər təkcə təhsil sisteminin içində deyil, həm də onun xaricindədir.

İlqar Məmmədov: Vətəndaşlar təhsil haqqının ödənilməsində ciddi problemlə üzləşir

​Amerikanın Səsi: ReAL Partiyası tamamilə pulsuz ali təhsilin tətbiq edilməsini təklif edir? Sizcə bu mümkün ola bilərmi?

Azərbaycan hakimiyyətinin dövlət universitetlərində Azərbaycan vətəndaşlarına satdığı xidmət, yəni təhsil müasir tələblərə cavab vermir.
İlqar Məmmədov: Bu, tamamilə mümkündür və yaxın illərdə icra ediləcək bir təşəbbüsdür. Biz təşəbbüsü irəli sürəndə bunun maddi qiymətini də hesablamışıq. Bu ili götürəndə büdcədən təxminən 150 milyon manat xərcdən söhbət gedirdi. Lakin, bu təhsilin keyfiyyəti məsələsini həll etmir. Təhsillə bağlı bir çox başqa məsələləri də həll etmir. Bu, sadəcə olaraq onu göstərir ki, Azərbaycan hakimiyyətinin dövlət universitetlərində Azərbaycan vətəndaşlarına satdığı xidmət, yəni təhsil müasir tələblərə cavab vermir. Siz bazara gedirsinizsə, hər hansı bir məhsulu alırsınızsa, o məhsulun baza keyfiyyətləri olmalıdır. O baza keyfiyyətlərini Azərbaycan dövləti həmin o təhsilə verə bilmirsə, insanlardan nəyə görə pul yığır? Ona görə, biz, bu təşəbbüslə çıxış etdik. Yenə də təkrar edirəm, qismən də olsa, cüzi də olsa hakimiyyət buna cavab verdi. Mart ayında bir təşəbbüs həyata keçirdi, yəni sərəncam verdi. Hələ bunu yoxlamaq lazımdır ki, bu sərəncamdan sonra həqiqətənmi Azərbaycanda təqaüd alan tələbələrin sayı 16 min artdı və 31 faizdən 45 faizə, sonra isə 50 faizədək artdı. Bunlar hələ araşdırılası mövzulardır. Amma, hər halda biz mövzunu qaldırdıq və bu istiqamətdə addım atıldı. Bircə onu da qeyd etmək istəyirəm ki, təəssüf ki, Azərbaycanda siyasi mühit belədir ki, siyasi müxalifət hər hansı bir təşəbbüslər irəli sürəndə hakimiyyət onları həll etmək yerinə, problemi çozmək əvəzinə, onu pulla bağlayır. Ona görə də Azərbaycanda hələlik sistemli problemləri nə qədər qaldırırsan-qaldır, əgər sən həqiqi bir problem qaldırırsansa onu hakimiyyət tam olmasa da, qismən olsa da pul hesabına bağlayır. Nə qədər ki, neft pulu var. Bu da sağlam deyil. Bu da bir gün partlayacaq.

Amerikanın Səsi: Ölkədə təhsilin hazırki səviyyəsinə münasibətiniz necədir? ReAL Partiyası təhsildə islahatları necə görür?

İlqar Məmmədov: Təhsildə, əlbəttə, islahatlar aparılmalıdır. Amma, mən bayaq qeyd etdiyim kimi, əsas məsələ, problem təkcə təhsilin içində deyil, təhsilin xaricindədir. Əgər insanlar, cəmiyyət, vətəndaşlar, gənc insanlar və onların valideynləri o stimulu alacalqar ki, sən oxusan həyatda nəyəsə nail olacaqsan və sən çoxlu pul qazanacaqsan, mütəxəssis olacaqsan. O stimulları biz cəmiyyətdə yarada bilsək, sizi inandırım ki, özəl və dövlət təhsil müəssisləri bir-biri ilə rəqabətdə hər hansı bir müdaxilə olmadan Azərbaycanda təhsil məsələlərini bir xeyli həll edəcklər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Özünü 600 manata görə öldürüb! - Təhsil haqqını ödəyə bilmirmiş

    Özünü 600 manata görə öldürüb! - Təhsil haqqını ...

    9-01-2018, 13:24

  • 
  • Təhsil haqqını ödəyə bilməyən tələbə cəmiyyətdən maddi dəstək istədi -MÜRACİƏT

    Təhsil haqqını ödəyə bilməyən tələbə cəmiyyətdən ...

    5-09-2018, 15:10

  • 
  • Təhsil Nazirliyi işçilərini məktəblərə yerləşdirdi

    Təhsil Nazirliyi işçilərini məktəblərə yerləşdirdi ...

    17-01-2014, 11:12

  • 
  • Təhsil Nazirliyində növbəti kadr dəyişikliyi

    Təhsil Nazirliyində növbəti kadr dəyişikliyi ...

    6-03-2019, 12:21

  • 
  • Təhsil Nazirliyi orta məktəblərdə yoxlamalar aparacaq

    Təhsil Nazirliyi orta məktəblərdə yoxlamalar ...

    18-11-2013, 16:03


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu