Şahin Xiyavlının sözlərinə görə, "Güney Azərbaycan Milli Hərəkatı"-nın insan haqları sahəsində davamlı şəkildə çalışan təcrübəli kadrı yoxdur. Amerikanın Səsinə danışan hüquq müdafiəçisi İranda türk fəallara qarşı polis və məhkəmə basqılarının amansız şəkildə ardtığı bir dönəmdə insan haqları fəaliyyəti sahəsində çatışmazlıqları şərh edib.
Şahin Xiyavlı basqıların artmasının Həsən Ruhaninin prezident dönəminin sonlarına yaxınlaşması ilə əlaqəli ola biləcəyini önə çəkir.
Bir problem insan haqları sahəsində yetərli kadrın olmamasıdır. Bir türk aktivist tutulduğu zaman, onunla bağlı gələn xəbərlərin məzmunu çox dolğun deyildir. “Özəlliklə Rəfsəncani dönəmindən günümüzə qədər baxanda, hər prezident dönəminin sonuna doğru belə ağır hökmlərə şahid oluruq... İndi də Həsən Ruhaninin prezidentliyin sonuna yaxınlaşırıq,” hüquq müdafiəçisi deyir.
O, ‘farsca yetərlilik testi’ təşəbbüsünü də həmin çərçivədə dəyərləndirir:
“Bunların yanında farsca yetəlilik testini də nəzərə alsaq, bu göstərir ki, İran İslam Cümhuriyyəti türk aktivistlərə, türk kimliyi uğrunda mübarizə aparan insanlara qarşı basqıları ciddi şəkildə artırmış və sistemin türklərə qarşı olduğunu açıq şəkildə ortaya qoyur.”
Şahin Xiyavlı hesab edir ki, basqıların artdığı bu dönəmdə, milli hərəkatın durumu nə insan haqları fəaliyyətinə inam baxımından, nə də təcrübəli kadr baxımından yaxşı deyil.
“Milli Hərəkatın bazasında insan haqları və demokratiyaya mənfi vir baxış vardır. İranda totalitar bir sistem vardır və bu bu sistemin bəxş etdiyi o struktur etibarı ilə insan haqları ilə bağlı bilgiləndirmə yoxdur,” Xiyavlı qeyd edir.
İnsan haqları fəaliyyəti davamlılıq gərəkdirən bir fəaliyyətdir. Bu davamlılığı görmürük. Daxildə və xaricdə bu sahədə paralel şəkildə çalışan bir şəbəkə də yoxdur. Onun dediklərinə görə, “digər önəmli məsələ, insan haqları sahəsində yetərli kadrın olmamasıdır. Bir türk aktivist tutulduğu zaman, onunla bağlı gələn xəbərlərin məzmunu çox dolğun deyildir. Onun tutulduğu prosesi, sorğu-sual prosesi və nələr yaşadığına dair məlumat olmur. Fiziki işgəncə görüb görməməsi, təhqir, aşağılama, sorğu-sual zamanı pis rəftara məruz qalması, bunlar haqqında məlumat verilmir. Əlimizdə müəyyən qalıbda bir xəbər olur. Başqa bir şey olmur.”
Hüquq müdafiəçisi həmçinin fəaliyyətlərin davamlı qaydada həyata keçirilmədiyini vurğulayır:
“İnsan haqları fəaliyyəti davamlılıq gərəkdirən bir fəaliyyətdir. Bu davamlılığı görmürük. Məsələn, xəbər gəlir ki, bir fəal iki il həbs yatdıqdan sonra sərbəst buraxıldı... Baxırsan, bunun nə zaman tutulması ilə bağlı məlumat yoxdur. Daxildə və xaricdə bu sahədə paralel şəkildə çalışan bir şəbəkə də yoxdur.”
Milli hərəkata mənsub siyasi təşkilatların fəaliyyətinə diqqət çəkən Şahin Xiyavlı əlavə edir ki, “burada siyasi təşkilatların ya fərdlərin missiyası nədir? Bir fəal tulanda, bizim təşkilatlar ya başqa qurumlarımız niyə özləri bununla bağlı bir xəbər istehsal etmirlər... O məhbusun yaxınları ilə danışa bilərlər. Xəbər, analiz, film, poster və bu kimi şeylər, bunlar yoxdur. Keçmişdə zaman-zaman siyasi məhbuslarla bağlı mitinqlərə şahid olurduq. O mitinqlərin keyfiyyəti ilə bağlı danışmaq istəmirəm, amma indi bu növ işlər də yoxdur.”
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?