“İllərdir Ramiz Mehdiyev və Əli Həsənov tandeminin Azərbaycanda vurduqları ziyandan yazanda məni kimlərəsə işləməkdə ittiham edənlər indi dil açıblar”.
Gundemxeber.A xəbər verir ki, bu haqda tanınmış hüquqşünas Aslan İsmayılov özünün Facebook səhifəsində yazıb. Hüquqşünas əlavə edir: “Bu gün Ramiz Mehdiyev və Əli Həsənovu ifşa etməyə növbə yaranıb. Əli Həsənovu öz yaxınları ifşa edir, onun xəyanətlərindən yazırlar. Ancaq bu yazıların heç birində Əli Həsənovun ayrı-ayrı şəxslərə yox, Xalqa, Dövlətə xəyanət etdiklərindən yazan yoxdur. Bir daha deyirəm, Əli Həsənov bu millətin düşmənidir və həbs edilməlidir. Bu adam 25 ildir Azərbaycanın ictimai-siyasi həyatını bərbad hala salıb, xalqımız arasında düşmənçilik toxumu səpib, əxlaqımıza zidd olan tərbiyəsiz ifadələri, söyüşləri, təhqir-böhtanları normaya çevirib. Məni dəhşətə gətirən odur ki, bu adam hələ də vəzifədədir. Bu hakimiyyətin son zamanlar atdıqları addımları, ola bilsin islahat istəyimə uyğun olaraq müsbət dəyərləndirməyə, başa düşməyə çalışıram. 25 illik Əli Həsənov epopeyasını isə heç cür çözə bilmirəm”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?