GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Nə hə, nə yox deyə bilirəm” - EKSKLÜZİV MÜSAHİBƏ

“Nə hə, nə yox deyə bilirəm” - EKSKLÜZİV MÜSAHİBƏ

Tarix: 2-12-2019, 17:59 Bölmə :Müsahibə Baxış: 1 062
“Nə hə, nə yox deyə bilirəm” - EKSKLÜZİV MÜSAHİBƏ


“Repressiya və İşgəncələr əleyhinə Komitə”nin koordinatoru, hüquq müdafiəçisi Oqtay Gülalıyevin avtomobillə vurulması, bir aydan çoxdur Türkiyənin “Avrasiya” və “Amerikan” xəstəxanasında komada olmasından hərkəs xəbərdardır. “Seçmələr” rubrikasında bu məsələylə bağlı daha geniş “Gündəm Xəbər” qəzetinin baş redaktoru Şirin Cəfəriylə söhbət etdik.

“Nə hə, nə yox deyə bilirəm” - EKSKLÜZİV MÜSAHİBƏ


-Şirin bəy, həm partiya, həm də əqidə yoldaşınız, hüquq müdafiəçisi Oqtay Gülalıyevin son zamanlar başına gələn hadisələr haqqında danışardız.

-Ötən ayın 29-u “28 May” deyilən ərazidə Oqtay bəyin və mənim tanıdığım yaxın yoldaşla çayxanda oturub gözləyirdik. Oqtay bəy də bizim yanımıza gəlməlidi. Təxminən 17.22 radələrində Oqtay bəyi maşın vurduğunu bildik. Daha doğrusu onun mobil telefonu ilə bir şəxs mənə zəng vurub məlumat verdi. Mən dərhal özümü hadisə yerinə yetirdim. Polis və təcili yardım hələ gəlməmişdi. Oqtay bəy huşsuz vəziyyətində yerdəydi. Əvvəlcə sınıq-çıxıq olub-olmamasıyla bağlı onun əlini, qolunu, ayağını yoxladım. Sonra bir qədər səsimi ucaldaraq: “onu kim vurub”? deyə, maraqlandım. Haraya gələn adamlardan biri dedi ki, “vuran adam qaçmayıb burdadı”. Mən həmin şəxsə yaxınlaşan da onun da şok da olduğunu gördüm.

“Nə hə, nə yox deyə bilirəm” - EKSKLÜZİV MÜSAHİBƏ


Bir qədər sonra Oqtay bəy də özünə gəlməyə başladı. İlk sözü də o oldu ki, Şirin mənə nə olub? Dedim ki, qorxulu heç nə yoxdur, sadəcə yıxılmısan. Daha sonra avtomobilləvuran şəxsə Oqtay bəyi dərhal “Semaşko” adlanan xəstəxanaya çatdırılmasını bildirdim, eyni zamanda kafeyə daxil olub mənimlə birgə olan yoldaşa da məlumatlandırdım ki, Oqtay bəyi maşın vurub. Dərhal küçəyə çıxdıq və gördük ki, Oqtay bəyi vuran sürücü xəstəxanaya çatdırmaq üçün yola düşüb. Bundan sonra mənim avtomobilimə əyləşərək biz də xəstəxanaya yol aldıq. Həmçinin Oqtay bəyi vuran avtomobilin markası, nömrəsini özümdə qeyd etdim. Qeyd edim ki, yol boyu Oqtay bəylə telefon əlaqələri yaradaraq danışırdım.
“Semaşka”ya çatdıqdan sonra Oqtay bəyə ilkin müayinələr başladı, tomoqrafiyadan da keçirildi. Oqtay bəy artıq özünə gəlmişdi, danışırdı, gəzişirdi, hətta artıq evə getmək istəyirdi. Amma orda Əmralı həkim var, professordu, O, müayinə zamanı Oqtay bəyin beynində çat olduğunu vurğuladı, ən azı bir neçə gün xəstəxanada qalmalı olduğunu vurğuladı. Eyni zamanda dönə-dönə qeyd etdi ki, 3-4 saatdan sonra yenidən beyin müayinəsindən keçməlidir. Birdən vəziyyət ağırlaşa, beynə qan sızsa dərhal əməliyyata başlamalıyıq.

“Nə hə, nə yox deyə bilirəm” - EKSKLÜZİV MÜSAHİBƏ


-Dediklərinizdən belə başa düşdüm ki, Oqtay bəyin səhhəti ilk əvvəl o qədər də acınacaqlı olmayıb, bəs sonra necə oldu ki, Oqtay bəy komaya düşdü?

-Oqtay bəy xəstəxanaya çatdırıldıqdan bir saat sonra müxalifət və demokratik düşərgənin partiya sədrləri, nüfuzlu şəxsləri və digərləri xəstəxanaya gəldilər. Belə qərara gəlindi ki, xəstəni şəraiti, tibbi imkanları daha yüksək olan özəl klinika “BAKU CİTY Hosbital”a köçürülsün. Sözün düzü digər xəstəxanaya köçürülmə mənim ürəyimcə deyildi. Çünki, artıq burda müayinələr aparılmış, ilkin diaqnozlar qoyulmuş, xəstənin vəziyyətində hər hansı dəyişiklik olsa ona müvafiq tədbirlər görüləcəkdi. Hətta adı çəkilən klinikada çalışan və demokratik düşərgənin də üzvlərindən olan həkim Adil Qeybulla burda (yəni Semaşkada A.İ) da normal əməliyyatlar aparıla biləcək səviyədədir deyə vurğuladı. Lakin müxalifət camiyası “heç bir məsrəfdən qaçası deyilik, əsas Oqtay bəyin sağlamlığı vacibdir” deyərək, köçürülmə qərarını qüvvədə saxladılar. Çoxluğun qərarına hörmət edib etirazımı bildirmədim.

Beləliklə oktyabrın 29-u axşam saat 9-10 radələrində Oqtay bəy adı çəkilən özəl klinikaya köçürüldü. Bizlərə həmin klinikada gözləməyə icazə verməyərək dedilər ki, rəhbərlik gözləməyə qoymur. Məsələ burasındadır ki, adı çəkilən klinikada Oqtay bəyə heç bir müayinə, müalicə aparılmadı. Nə müayinələr olmuşdusa “Semaşka”da olmuşdu. Gecə saat 24.00 radələrində bizə dedilər ki, xəstə dərin yuxudadır gözləyirik. Ayın 30-u isə bizə məlum oldu ki, Oqtay bəy, artıq komadadır.

“Nə hə, nə yox deyə bilirəm” - EKSKLÜZİV MÜSAHİBƏ


-Sözünüzdən belə çıxır ki, xəstəxanalar arası yerdəyişmədən sonra Oqtay bəy komaya düşdü?
-Bəli. Çünki heç bir müayinələr olmadı, əməliyyat aparılmadı.

-Şirin bəy, bilirsiniz ki, Oqtay Gülalıyev “Repressiya və İşgəncələr əlehinə Komitənin” rəhbəridir, ölkədə baş verən qanunsuzluq, korrupsiya, özbaşınalığa qarşı daim öz etiraz səsini çəkinmədən ucaltmaqdadır. Sizcə məhz bunlara görə əqidə yoldaşınızın əvvəlcə maşınla vurulması, sonra da komaya düşməsində hər hansı yüksək rütbəli məmurun sifarişi ola bilərmi?


“Nə hə, nə yox deyə bilirəm” - EKSKLÜZİV MÜSAHİBƏ


Bu sualınıza nə hə, nə yox deyə bilirəm. Çünki Oqtay bəy, özü də hər zaman deyirdi ki, məni sıxışdıranlar, izləyənlər çoxdur. Həmçinin etirazlarına görə onu tez-tez prokurorluq və polis orqanlarına da çağrırdılar. Amma yenə də bunun sifariş olunmasını təsdiq etmək üçün hüquq-mühavizə oqanları şəffav araşdırma aparmalıdır. İlk öncə Oqtay bəyi vuran maşının hadisə törədənə qədər cızdığı trayektoriya mütləq nəzərdən keçirilməlidir. “Azərbaycan Dəmir Yolları QSC”-nin inzibati binası istiqamətindən, hadisənin baş verdiyi yerə qədər, yəni, Oqtay Gülalıyevi vuran «Hyundai» markalı, 90-PZ-543 dövlət nömrə nişanlı avtomobil və onun sürücüsü Kənan Abdullayevin qəsdən vurması və ya qəsdən vurmaması məsələsinə aydınlıq gətrilməsinə görə, ən vacib məsələ avtomobilin hərəkət etdiyi xətt üzrə kameraların açılmasıdır.

“Nə hə, nə yox deyə bilirəm” - EKSKLÜZİV MÜSAHİBƏ


Şəxsən özüm bir jurnalist kimi ilkin araşdırma apararaq, adı çəkilən yol trayektoriyası boyunca kameraların olmasını yoxlamış, fotoşəkillərini də çəkmişəm. Artıq sosial şəbəkələrdə də yayımlamışam. Sürücü Kənan Abdullayev Azadlıq radiosuna açıqlamasında bildirib ki, onun özü də kameraların açılmasında maraqlıdır, hətta onun vəkili bu məsələ ilə bağlı müvafiq qurumlara sorğu da göndərib.

-Oqtay bəyə xəsarət yetirən sürücü barəsində hansı tədbir görülüb?

-Hüquq-mühavizə orqanları sürücünü “Semaşka”dan həmin gecə apardılar. İki-üç gündə saxladılar. Sonra şərti olaraq buraxdılar. Artıq “təsadüfən yüngül xəsarət yetirməklə” bağlı cinayət işi də açılıb. Amma bayaq yuxarıda qeyd etdiyim ki, heç də Oqtay bəyə yetirilən xəsarət yüngül deyil, ağırdır. Çünki o artıq bir aydır komadadır.

“Nə hə, nə yox deyə bilirəm” - EKSKLÜZİV MÜSAHİBƏ


-Sözünüzdən belə çıxır ki, düzgün maddə ilə cinayət işi açılmayıb?

-Bəli.

-Şirin bəy, hal-hazırda Oqtay bəyin vəziyyəti necədir?

-Bilirsiniz ki, “CİTY Hosbital”dakı həkimlərin məsuliyyətsizliyindən sonra Oqtay bəyi, Türkiyə Respublikasındakı “Amerikan xəstəxanasına” köçürüldü. Amma vəziyyəti hələ də ağırdı. Baxmayaraq süni nəfəs vermə aparatlarından ayrılıb. Qan dövranı, ürək döyünməsi normaldı, böyrək fəaliyyətlərində problem yoxdur. Bir qalıb komadan ayılması.

-Ölüm riski varmı?

-Mən ümumiyyətlə ölüm düşünmürəm, heç bu sözü eştmək belə istəmirəm. İnanıram ki, Oqtay bəy tezliklə sağalacaq.

-Oqtay bəyin, başına gələn bu hadisələrlə bağlı mətbuatda, cəmiyyətdə, sosial şəbəkələrdə ictimailəşdirən ilk siz oldunuz. Sizin bu addımınıza dəstək olaraq digər media nümayəndələri də bu barədə dilə gəldilərmi?

“Nə hə, nə yox deyə bilirəm” - EKSKLÜZİV MÜSAHİBƏ


-Bəli. Bizə qarşı əks olan iqtidar yönümlü medialarda bu barədə xeyli yazdı. Hətta ölkənin I Vitse-Prezidenti də bu məsələni nəzarətə götürdü və Oqtay bəyin Türkiyədə müayinə olunması xərclərini birbaşa Heydər Əliyev Fondu tərəfindən ödəniləcəyini bildirdi.

-Sonda nə demək istərdiniz?

-Allahdan Oqtay bəyə şəfa diləyir və tezliklə ayağa qalxaraq sıralarımıza qayıtmasını arzulayıram!

Abdulla İsmayıloğlu
GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ‘Oqtay Gülalıyevin vəziyyətində nə geriləmə var, nə də irəliləyiş’

    ‘Oqtay Gülalıyevin vəziyyətində nə geriləmə var, ...

    4-11-2019, 12:00

  • 
  • Səhiyyə Nazirliyi Oqtay Gülalıyevin durumu ilə bağlı məlumat yayıb

    Səhiyyə Nazirliyi Oqtay Gülalıyevin durumu ilə ...

    31-10-2019, 11:04

  • 
  • Oqtay Gülalıyevin avtomobillə vurulması ilə bağlı cinayət işi başlanılıb

    Oqtay Gülalıyevin avtomobillə vurulması ilə bağlı ...

    30-10-2019, 12:25

  • 
  • Oqtay Gülalıyevin vəziyyətində dəyişiklik yoxdur

    Oqtay Gülalıyevin vəziyyətində dəyişiklik yoxdur ...

    11-11-2019, 15:53

  • 
  • Oqtay Gülalıyev ikinci dəfə əməliyyat olunur

    Oqtay Gülalıyev ikinci dəfə əməliyyat olunur ...

    20-11-2019, 13:32


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (289)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu