“Təəccüblü olan odur ki, bülletenləri insanların gözü qarşısında qutuya atanlar olub. Deyilir ki, çəkiliş aparılır, onda bir az da həvəslənir”.
Gundemxeber.Az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
“Həmin insan bilmir ki, bu addımı atmaq olmaz? Məntiq olmalıdır, bunu bilə-bilə edirsə, səbəb nədir? Deməli, hansısa maraq var. İstənilən xoşəgəlməz hal Azərbaycanın ünvanına yazılır. Doğrudanmı, elə insan var ki, istəyir Azərbaycanın ünvanına neqativ sözlər deyilsin? Söhbət daxildə nədənsə razı və ya narazı olmaqdan getmir” – M.Pənahov qeyd edib.
Sorğu
Yeni dizaynımız necədir?