Azərbaycan əsilli rusiyalı milyarder-oliqarx Araz Ağalarov növbəti dəfə “Komsomolskaya Pravda”-ya koronavirus pandemiyası və neftin kəskin ucuzlaşması ilə bağlı Rusiya iqtisadiyyatının üzləşdiyi vəziyyətlə bağlı danışıb.
Gundemxeber.Az virtualaz.org-a istinadla xəbər verir ki, oliqarx indiki böhran vəziyyətində hökumətin “pul kəsən maşını” işə salmalı olduğunu deyib, yəni dövriyyəyə əlavə pul kütləsi buraxmağa çağırıb. Deyib ki, əlavə pul kütləsi iqtisadiyyata zərər vurmaz.
“Pul kəsən maşın iqtisadiyyata ziyanlı deyil, əgər onu hansısa maddi nemətlərin istehsalı ilə kompensasiya etsək. Tutaq ki, tikintiyə trilyon rubl ayırdılar və bunun hesabına 20 milyon kvadratmetr mənzil sahəsi tikildi. Yəni pul ayırmaq və intensiv şəkildə tikmək...”,-oliqarx bildirib.
Araz Ağalarov qeyd edib ki, Yaponiyada, Avropada, Amerikada ötən əsrin 20-ci və 30-cu illərində baş vermş bütün dağıdıcı böhranlar ancaq hökumətin kütləvi tikinti başlatması ilə aradan qalxıb. O cümlədən Çin kütləvi tikintinin hesabına dirçəlib. “Nə qədər ki, biz də bunu işə salmamışıq, mövcud problemlərin üstündə ayaq döyməkdə davam edəcəyik”,-o deyib.
Milyarder koronavirusun yayılmasının qarşısını almaq üçün Rusiyada tətbiq edilən karantin rejimini də düzgün hesab etmir. Onun fikrincə, karantindən çıxmaq lazımdır, çünki virusun yayılmasının qarşısını almağın digər başqa üsulları da var-nəzarəti gücləndirmək və işləməyə davam etmək.
“Məsələn, biz öz müəssisələrimizdə bütün təhlükəsizlik tədbirlərini görmüşük. Total nəzarət tətbiq etmişik. Mağazalarımıza girən, hansı ki, “Tvoy dom” ərzaq mağazalarımız işləyir, bütün alıcıların əlləri dezinfeksiya edilir. Və tez-tez ərzaq səbətlərinin dəstəyini də dezinfeksiya edirik. Bütün satıcılar maska taxırlar və onları müntəzəm olaraq dəyişirlər. İşə çıxanların hamısının temperaturu yoxlanılır. Hesab edirəm ki, belə rejimi nə qədər istəsən davam etdirmək olar”,-o deyib.
Biznesmen neftin qiymətləri ilə bağlı optimist danışıb. O hesab edir ki, neft bir çox ekspertlərin proqnozlaşdırdıqları kimi heç vaxt 10 dollar ola bilməz. Çünki ənənəvi olaraq bir barrel neftin qiyməti həmişə 1 qram qızıla bərabər olub. “Neft nə vaxtsa, 1970-ci illərdən əvvəl 1 dollar olanda qızıl da 1 dollar idi. Qızıl isə bu gün haradasa 50 dollara yaxındır, deməli neft də bu qiymətə yaxın olmalıdır. Koronavirusu nəzərə almaqla, çünki təyyarələr uçmur, maşınlar, avtobuslar getmir, tələbat aşağı düşür, bəzi korrektələr etmək olar. Lakin hər halda hasilatın maya dəyəri var. Ona görə də 10 dollar istisna edilir. Mən belə ssenari görmürəm. Hesab edirəm ki, qiymət 30-35 dollar, ilin sonuna doğru isə 40 dollardan yuxarı olacaq”,-biznesmen bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?