“Palmali” qrupunun rəhbəri Mübariz Mənsimovun Türkiyədə həbs edilməsinin SOCAR ilə əlaqələndirilməsi, daha əvvəl açıqladığımız kimi, tam əsassız bir yalandır.
GundemXeber.Az-ın xəbərinə görə, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev Türkiyənin “Mgtv” kanalına açıqlamasında bildirib.
“Türkiyə Cümhuriyyətinin məhkəmə sisteminə heç bir zaman müdaxilə cəhdimiz olmayıb və bunun mümkünlüyünə də inanmırıq. SOCAR Mübariz Mənsimovun özünün həbs edilməsinin marağında deyil və onun barəsində yaxın zamanda ədalətli hökm veriləcəyinə inanır”, – SOCAR-ın prezidenti vurğulayıb.
R. Abdullayev xatırladıb ki, “Palmali” qrupu SOCAR qrupuna qarşı olan maliyyə öhdəliklərini yerinə yetirməkdən imtina etdiyinə görə SOCAR 2018-ci ildə “Palmali” qrupuna qarşı Londonda və Dubayda arbitraj proseslərinə başlayıb.
Onun sözlərinə görə, proseslərin məqsədi “Palmali” qrupunun SOCAR-a və dolayısı ilə Azərbaycan dövlətinə olan yüzmilyonlarla borc öhdəliklərinin qaytarılmasıdır: “Ümid edirik ki, Türkiyə Cümhuriyyətinin hüquq-mühafizə orqanları Mübariz Mənsimov barəsində yaxın zamanda ədalətli qərar verəcək”.
Açıqlamanı “5-ci qüvvət” proqramında kanalın aparıcısı Mustafa Gürbüz səsləndirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?