GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » "Epidemiyanı, pandemiyanı məndən artıq bilən varmı?" - Baş epidemioloq ittihamlara CAVAB VERDİ

"Epidemiyanı, pandemiyanı məndən artıq bilən varmı?" - Baş epidemioloq ittihamlara CAVAB VERDİ

Tarix: 3-07-2020, 13:58 Bölmə :Müsahibə Baxış: 1 612
"Epidemiyanı, pandemiyanı məndən artıq bilən varmı?" - Baş epidemioloq ittihamlara CAVAB VERDİ


Azərbaycanın Baş epidemioloqu İbadulla Ağayev barəsində səslənən fikirlərə münasibət bildirib.

İ.Ağayev Pravda.az-a açıqlamasında deyib ki, ona zəng ediləndə həmin an üçün proseslərdən xəbərsiz olub: “İyulun 2-də mənə zəng ediləndə, dəfn mərasimindəydim. Vəfat edən yaxınımdır. Mərasimdə 4 nəfər iştirak edirdi, ikisi qəbirqazan, qardaşı və mən idim. Üstümə hücum çəkirlər ki, ölkədəki vəziyyətdən xəbəri yoxdur. Deyirlər ki, ölkənin baş epidemioloqu niyə xəbərsizdir… Telefonumda internet yoxdur. Bunu zəng edənə də dedim, vəziyyəti izah etdim. Yalandan nə deyim? Nəsə səhv olarsa, necə olacaq? Həmin an üçün məlumatsızamsa, nə deyim? Rəqəmlər gündəlik dəyişir. Ümumilikdə, hər şeydən xəbərim var, bilirəm. Mən epidemiyadan, pandemiyadan 50 ilə yaxındır ki, dərs deyirəm… Cənab nazirin verdiyi tapşırıqların hamısından xəbərim var, icrası ilə məşğuluq. Vətənə xidmət edən adamam. Baş epidemioloqla bərabər, həm də Tibb Universitetinin Epidemiologiya kafedrasının müdiriyəm. Tələbələrim, o cümlədən ölkə bilir ki, necə insanam. Nə əldə etmişəmsə, halal zəhmətimlə etmişəm. Nə qədər yaşayıram, canımda can var, o qədər də Azərbaycan xalqına xidmət edəcəyəm. Azərbaycanda doğulmuşam, burada da ölmək istəyirəm. Həmişə ölkəmə xələl gətirəcək işlərə qarşı olmuşam. Özünüz də görürsünüz, heç bir jurnalistin zəngini geri çevirmirəm. Bütün saytların, televiziyaların əməkdaşlarının suallarını cavablandırıram. İnsanıq da, çətin vəziyyətdə ola bilərik. Dəfələrlə jurnalistlərə təşəkkürümü bildirmişəm ki, belə çətin vəziyyətdə çalışırlar, informasiya dəstəyi verirlər. Ayıbdır, səsimi yazıb, hədəfə gətirirlər. Bir-birimizə hörmət etməliyik. Nə demişəm ki, ölkənin qatmısınız bir-birinə? Konstitusiyanın 32-ci, Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən, belə şeylər yolverilməzdir. Mənim icazəm olmadan səsimi yaya bilməzlər. Bunu etməklə nəyə nail oldular ki? Nə pis iş görmüşəm ki?”.

O, 1992-ci ildən – AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründən vəzifədə çalışmasına irad bildirənlərə də cavab verib: “Epidemilogiya kafedrasının müdiriyəm, əməkdar elm xadimi, müəlliməm. Təbiidir ki, Baş epidemioloq mən olmalı idim…Epidemiyanı, pandemiyanı məndən artıq bilən varmı? Bu elmi tədris edirəm. Tutaq ki, AXC-Müsavat cütlüyünün vaxtından Baş epidemioloqam, epidemioloqun cəbhəyə nə dəxli var ki? Yeni Azərbaycan Partiyasının üzvüyəm. Kommunist Partiyasının da üzvü olmuşam. Həkim üçün nə cəbhə? Necə olur, Rusiyanın Baş epidemioloqu 50 ildir çalışır, Ermənistanda da Baş epidemioloq xeyli müddətdir, işləyir, Azərbaycanda işləmək mümkün deyil? Epidemioloqam, professoram, ölkədə bu elmin başında duran mənəm... Bir məsələni qeyd edim, ictimai əsaslarla çalışıram. Mənə pul versələr də, verməsələr də, vətənimə xidmət edirəm, bunu hamı bilsin”.

Baş epidemioloq əhaliyə bir daha çağırış edib: “Gecə-Gündüz televiziyalarda çağırış edirəm. Çıxışlarımın birində, hətta yalvardım ki, əziz xalqım, xahiş edirəm, tibbi maskadan, əlcəkdən istifadən edin, sosial məsafəni qoruyun. Özünüz özünüzün həkiminiz olun. Bu xəstəlik təkcə Azzərbaycanda deyil ki, bütün dünyada var. Vallah-billah, Allaha and olsun, həkimlərimiz gecə-gündüz mübarizə aparırlar. Prezident İlham Əliyev bu istiqamətdə mühüm addımlar atır. Təsəvvür edin, ölkənin iqtisadiyyatı ikinci plana, əhalinin sağlamlığı isə önə keçib. Bu da ölkənin epidemioloji salamatlığının qorunması üçündür. Əhalidən bir daha xahiş edirəm, qaydalara əməl etsinlər. Pandemiya ilə zarafat etmək olmaz. “Boş şeydir” deyib keçmək olmaz, bu, ciddi xəstəlikdir. Bu qədər ölənlər, xəstəxanada müalicə alanlar nədir bəs? Bəziləri özü xəstəliyə yoluxmayınca inanmır. Hazırda ölkədə həyata keçirilən tədbirlər çox düzgündür. Sadəcə, müəyyən qrup insanlar var ki, qaydaara riayət etmirlər. Xəstələnirlər, amma gizlədirlər, özləri müalicə edirlər, ağırlaşandan sonra əlacsız qalıb, həkimə müraciət edirlər. Belə olan halda, həkim də nəsə edə bilmir. Özünüzdə narahatlıq hiss edirsinizsə, tibb müəssisələrinə müraciət edin. Sahə həkimləri protokollara əsasən müayinə edir… Əhali qaydalara nə qədər tez riayət edərsə, pandemiya bir o qədər tez bitər. Hazırda ölkədə vəziyyət müsbətə doğru gedir”.

Gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Baş epidemioloqdan şok açıqlama: "Heç nədən xəbərim yoxdur, kənddə oturmuşam"

    Baş epidemioloqdan şok açıqlama: "Heç nədən ...

    2-07-2020, 16:44

  • 
  • Baş epidemioloq: "Azərbaycanda "donuz qripi" yoxdur"

    Baş epidemioloq: "Azərbaycanda "donuz ...

    11-01-2019, 15:19

  • 
  • Səhiyyə Nazirliyi: Azərbaycanda 16 nəfərdə H1N1 virusu tapılıb

    Səhiyyə Nazirliyi: Azərbaycanda 16 nəfərdə H1N1 ...

    1-02-2019, 14:30

  • 
  • Baş epidemioloq: "Xəstələnməyən insanın maska taxması məntiqli deyil"

    Baş epidemioloq: "Xəstələnməyən insanın ...

    28-02-2020, 11:13

  • 
  • "Piyan" idim, 102-yə zəng eləyib dedim ki..."

    "Piyan" idim, 102-yə zəng eləyib dedim ...

    25-07-2017, 21:13


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu