“Yoluxma sayı ilə sağalanların sayı ilk dəfədir ki, eyniləşib”.
Bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, biz bu gün sabitləşmə ilə üz-üzəyik: “Sağalanlarla yoluxanlar arasında kəskin fərq azalmağa doğru gedir. Ehtiyatla da olsa deyə bilərəm ki, bəlli sabitləşməyə nail olmuşuq. Buna vətəndaşların qaydalara əməl etməsi nəticəsində nail olmuşuq. İnsanlar ciddi şəkildə qaydalara riayət edirlər”.
Y. Qarayeva əlavə edib ki, son günlərdə xarici ölkələrdən Azərbaycana çox həkim gəlir: “Biz onlarla təcrübə mübadiləsi aparırıq. Həmin ölkələrin protokolların müzakirəsi vacibdir. Hər bir insanda bir yorulma, tükənməzlik yaranır. Bilirsiniz ki, həkimlər və tibb işçiləri arasında yoluxma var. Ona görə də xaricdən gələn işçi qruplar bizə dəstək olurlar”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?